1-Qəbirlər məscid olmamalıdır!

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
Vəhhabilərin əli ilə mədəni mirasların məhv edilməsi2-Digər bir bəhanə

Onlar bə’zən deyirlər ki, qəbrin üzərində bina tikil­məsi ona pərəstiş olunmasına səbəb olur. Bu barədə aşa­ğıdakı Peyğəmbər hədisini dəlil gətirirlər:
لَعَنَ اللهُ الْیَهُودَ اِتَّخَذُوا قُبُورَ اَنْبِیَاءِهِمْ مَساجِدَ
«Allah yəhudilərə lə’nət etsin; çünki öz peyğəmbər­lə­­rinin qəbirlərini özlərinə məscid seçmişdilər.»[1]
Lakin bütün müsəlmanlar üçün adi bir məsələdir ki, heç kəs Allah övliyalarının qəbirlərinə pərəstiş etmir və ziyarətlə ibadət arasında aşkar fərqlər vardır. Biz di­ri olan böyük şəxsiyyətlərin görüşünə, ziyarətinə get­di­yimiz, onlardan iltimasi-dua etdiyimiz kimi, din bö­yük­lərinin və islam yolunda şəhid olanların da qəbir­lə­rinin ziyarətinə gedir, onlardan iltimasi-dua edirik.
Görəsən, aqil bir şəxs deyərmi ki, böyük şəxsiyyət­lə­rin diri olduğu vaxt ziyarət edilməsi onlara ibadət, küfr və şirkdir?! Ziyarət vəfatdan sonra da elə həmin mə’nanı da­­­şıyır. İslam Peyğəmbəri «Bəqi» qəbiristanlığında dəfn olunanların ziyarətinə gedərdi. Sünnülərin mö’tə­bər mənbələrində Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qəbri­nin və sa­ir qəbirlərin ziyarəti ilə əlaqədar çoxlu mətləb­lər qeyd olun­muşdur.
Allah-Taalanın yəhudiləri lə’nətləməsinə gəldikdə isə, onun səbəbi, peyğəmbərlərin qəbirlərini özlərinə səc­dəgah etmələri idi. Halbuki, heç bir müsəlman heç bir peyğəmbərin qəbrini özünə səcdəgah qərar vermə­miş­dir.
Diqqət yetirilməlidir ki, hal-hazırda da Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in pak, mütəhhər qəbri və qübbəsi «Məs­ci­dun-Nəbi»nin kənarında asimana yüksəlmişdir və bütün müsəlmanlar, hətta vəhhabilər belə, müqəddəs rov­zədə (Peyğəmbər məscidinin o həzrətin qəbrinin yanında yerləşən və ona birləşən bir hissəsidir) gündəlik vacib namazları, digər vaxtlarda da müstəhəb namazları qılır, axırda da Peyğəmbərin qəbrini ziyarət edirlər.
Bu iş qəbrə pərəstiş etmək sayıla, yaxud haram iş ola bilərmi?! Yoxsa əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alih)-in qəbri bu işlərdən istisnadır?! Şirkin, Allahdan qeyrisinə pə­rəs­­tişin haramlığında istisna ola bilərmi?! Şüb­həsiz, qəbirlərin ziyarət edilməsinin ibadətə heç bir dəxli yoxdur. Peyğəmbər (səlləllahu əleyhi və alih) və sair ilahi övliyaların qə­bir­­lə­rinin kənarında namaz qılmağın da heç bir işkalı (şübhəsi, iradı) yoxdur, yuxarıdakı hədis də yalnız qəbirləri pərəstiş yeri qərar verən şəxslərə aiddir.
Dünya şiələrinin imamların qəbirlərini ziyarət et­mə­sindən agah olanlar bilirlər ki, vacib namaz­ların vax­tında, müəzzinin səsi ucaldığı zaman hamı üzü qibləyə dayanır, vacib namazlarını camaatla birlikdə qılır və ziyarət zamanı əvvəlcə 100 dəfə «Allahu Əkbər» deyir, on­dan sonra iki rəkət müstəhəb namaz qılır, müstəhəb nama­zı da üzü qibləyə yerinə yetirirlər ki, həm əvvəldə, həm də axırda ibadət və pərəstişin yalnız Allaha məxsus olduğunu bildirsinlər.
Lakin təəssüflər olsun ki, xüsusi məqsədlər daşıyan töhmət, iftira və yalan qapıları açılmış, azlıqda olan vəhhabilər özlərinin bütün müxaliflərinə cürbəcür töhmətlər vurmuş, iftiralar yaxmışlar.
Bu işin düzgünlüyə yozulmasının ən yaxşı yolu bundan ibarətdir ki, belə deyək: Onlar elm və mə’lumatlarının azlığı nəticəsində islami məsələləri düzgün şəkildə təhlil etməkdən acizdirlər, şirk və tövhidin həqiqətini dərk etməmiş, ziyarətlə ibadət arasında dəqiq şəkildə fərq qoya bilməmişlər.

[1] «Səhihi Buxari», 1-cl cild səh.110. Həmin mə’na «vən-nəsara» əlavəsi ilə «Səhihi Müslüm»də də gəlmişdir 2-ci cild, səh.67.

 

Vəhhabilərin əli ilə mədəni mirasların məhv edilməsi2-Digər bir bəhanə
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma