9-Peyğəmbərin dövründə, yaxud ondan sonrakı dövr­lərdə səhabələrə ilahi cəza qanunlarının icra edil­məsi

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
8-Tarixin şəhadəti 10-Yersiz yozum və izahlar

Sünnülərin «Sihah» və digər mö’təbər kitablarında ya­zılır ki, Peyğəmbərin əsrində, yaxud ondan sonrakı dövr­lərdə bə’zi səhabələrə, böyük günahlara düçar olduq­larına görə şər’i hədd vurulmuşdur (cəza verilmişdir).
Belə isə, yenə də onların hamısının adil olduğunu de­yir­siniz?! Onlardan heç bir xəta iş baş ver­mə­miş­dir?! Bu necə ədalətdir ki, böyük günahlara mürtəkib olan­lara şər’i hədd vurulur və onların üzərində cəza qanunları icra edi­lir, amma onların ədalətləri yenə də öz yerində möhkəm və sabit qalır?!
Aşağıda bir neçə nümunəni qeyd edirik:
a) Nəiman adlı bir səhabə şərab içdi, Peyğəmbər əmr etdi, ona şaallaq zərbəsi vurdular.[1]
b) Bəni-əsləm tayfasından bir kişi möhsinə zina et­mişdi, Peyğəmbər onun daş-qalaq olunmasına hökm verdi.[2]
v) İfk hadisəsində Peyğəmbər göstəriş verdi ki, bir neçə nəfərə qəzf həddi vursunlar.[3]
q) Peyğəmbərdən sonra Əbdür-Rəhman ibni Ömər və Üqbə ib­ni Haris (o, Bədrdə iştirak etmişdi) şərab içdi və Mi­si­rin valisi Əmr ibni As ona şər’i hədd vurdu, sonra Ömər öz oğlunu çağırıb bir daha hədd cari etdi.[4]
ğ) Vəlid ibni Üqbə şərab içib məst olmuş və elə o halda sübh nama­zı­na pişnamazlıq edərək onu dörd rəkət qılmışdı. Onu Mədinəyə çağırdılar və ona şərab içmə cəzası verildi.[5]
Bundan əlavə, çoxlu misallar da qeyd etmək olar ki, məs­­ləhət onların zikr olunmamasındadır. Yenə də həqiqət­lər qarşısında gözlərimizi bağlayaraq onların hamı­sı­nın ədalətli olmasını deyəkmi?!

 


[1] «Səhihi Buxari», 8-ci cild, səh.13 6775-ci hədis, hədd kitabı.
[2] «Səhihi Buxari», 8-ci cild, səh.22 hədis 6820.
[3] «Əl-mö’cəmul-kəbir» 23-cü cild, səh.128 və s. kitablar
[4] «Sünəni kübra», 8-ci cild, səh.312 və digər kitablar.
[5] «Səhihi Müslüm», 5-ci cild, səh.126, hədis 1707.

 

8-Tarixin şəhadəti 10-Yersiz yozum və izahlar
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma