İslami rəvayətlərdə ayaqlara məsh çəkmək

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
Ayaqqabının üstünə məsh çəkmək!Müxalif rəvayətlər

İmamiyyə fəqihləri müttəfiq fikirlə deyirlər ki, dəstəmazda ayaqlara məsh çəkməkdən başqa heç nə qəbul olunmur. Əhli-beyt təriqi ilə nəql olunan rəvayətlər də bu mə’nanı dəstəkləyir. (Yuxarıda İmam Baqir (əleyhis-salam)-dan nəql etdiyimiz hədisi mülahizə etdiniz; bu barədə nəql olunan hədislər olduqca çoxdur.)
Lakin sünnü mənbələrində olan hədislər bir-birilə tam fərqlidir. Ayaqlara məsh çəkilməsi ilə əlaqədar on­lar­­­la hədisdə deyilir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) başına məsh çəkdikdən sonra ayaqlarına da məsh çəkmişdir. Di­gər hədislərdə isə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in ayaqlarını yu­ma­­sı, bə’zilərində isə ayaqqabının üstündən məsh çək­məyi qeyd edilir.
O həzrətin yalnız məsh çəkməsini deyən və birinci qrupdan olan hədislər aşağıdakı məşhur kitablardadır: 1-«Səhihi Buxari», 2-«Müsnədi Əhməd», 3-«Sünəni ibni Macə», 4-«Müstədrəki Hakim», 5-«Təfsiri Qurtəbi», 6-«Əd-durrul-mənsur», 7-«Kənzul-ümmal» və s. (Sünnülərin nəzərində bu kitabların e’tibarlılığı danılmazdır.)
Bu rəvayətlərin raviləri aşağıdakı məşhur şəxs­lər­dir: 1-Əmirəl-mö’minin Əli (əleyhis-salam) 2-İbni Abbas, 3-Ənəs ib­ni Malik (Peyğəmbərin xüsusi xidmətçisi), 4-Osman ib­ni Əffan, 5-Busr ibni Səid, 6-Rəfaə, 7-Əbuzər və s.
Biz burada beş rəvayəti qeyd etməklə qənaətlənirik. Alu­si kimi məşhur müfəssirlərin dediyi «ayağa məsh çə­kil­məsini göstərən rəvayət birdən artıq deyildir ki, bunun­la da şiələrin əlinə bəhanə düşmüşdür» - sözləri[1] doğrudan da qəri­bədir.
1-Əmirəl-mö’minin Əli (əleyhis-salam) deyir: «Mən Peyğəmbər (səlləllahu əleyhi və alih)-in ayaqlarının üstünə məsh çəkdiyini gördüyüm vaxta qədər fikirləşirdim ki, ayağın altı məsh etmək üçün onun üstündən daha irəlidir.»[2]
Bu hədisdə Peyğəmbər (səlləllahu əleyhi və alih)-ın ayaqlarına məsh çək­məsi Əli (əleyhis-salam) kimi bir şəxsin vasitəsi ilə aşkar şəkildə zikr edilmişdir.
2-Əbi Mətər deyir: Biz məsciddə Əli (əleyhis-salam)-ın hüzurun­da oturmuşduq. Bir nəfər gəlib ona dedi: «Peyğəmbər (səlləllahu əleyhi və alih)-in necə dəstəmaz almasını mənə göstər.» Həz­rət, Qən­bəri çağırdı və buyurdu ki, bir kuzə su gətirsin. Sonra əl­lə­rini və üzünü üç dəfə yudu, barmağını ağzına salıb (diş­lərini) yudu və üç dəfə burnuna su çəkdi, (üzü­nü və) əl­lə­rini üç dəfə yudu, bir dəfə başına, bir dəfə də ayağının üs­tündəki çıxıntıya qədər məsh çəkdi.[3]
Hər iki hədisin Əli (əleyhis-salam)-ın vasitəsi ilə Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olunmasına baxmayaraq, iki müxtəlif hadisədən xəbər verir ki, onların arasında müştərək miqdar Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dəstəmaz aldığı zaman ayağının üstünə məsh çəkməsidir.
3-Busr ibni Səid deyir: Osman oturaq saldığı yerə gəl­di və dəstəmaz almaq üçün su istədi. Ağzına su alıb qar­qara etdi, sonra burnuna su çəkdi. Sonra üzünü və əllə­ri­nin hər birini üç dəfə yudu, başına və ayaqlarına üç dəfə məsh çəkdi və sonra dedi: «Peyğəmbər (səlləllahu əleyhi və alih)-in belə dəs­təmaz aldığını görmüşdüm.» Sonra orada olan Pey­ğəm­bər (səlləllahu əleyhi və alih) səhabələrindən onun əməlini təsdiq etmə­ləri­ni istədi və dedi: «Belə deyilmi, ey hazır olanlar?!» Dedi­lər: «Bəli!»[4]
Bu hədis göstərir ki, təkcə Osman deyil, səhabələrdən bir qrupu da aşkar şəkildə şəhadət vermişlər ki, ayaq­la­ra məsh çəkilməsi Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dəstə­maz­dakı adəti idi. (Baxmayaraq ki, üç dəfə başa və üç dəfə ayaqlara məsh çəkilməsi onların bə’zilərinin nəzərində müstəhəb olmuşdur, yaxud da ravinin səhvidir).
4-Rəfaə deyir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in belə buyur­duğunu eşitdim: “Sizin namazlarınızdan heç biri, dəstə­mazı Allah-Taalanın göstəriş verdiyi kimi yerinə yetir­məyincə düzgün olmaz: Üzü və əlləri dirsəyə qədər yuyun, başa və ayaqlara – ayağın üstündəki çıxıntıya qədər – məsh çəkin.”[5]
Nəql olunmuşdur ki, Əbu Malik Əş’əri öz qövmünə de­yirdi: «Hamınız bir yerə yığışın, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qıldığı namazı sizin üçün oxuyum.» Hamısı yığış­dıq­da, dedi: «Aranızda, sizin qəbilənizdən qeyri bir şəxs var­mı?» Dedilər ki, yox, təkcə bizim bacı oğlan­ları­mız­dan biri buradadır (bacılarını əri başqa bir qəbilədən idi). O dedi: «Bacınız uşağı da sizin qəbi­lə­niz­dən hesab olunur.» (Bu tə’bir göstərir ki, hakim qüvvə­lər müəyyən siyasi məqsədlər səbəbi ilə namaz və dəstə­ma­zın həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih)-in göstərişi əsa­sın­da ye­ri­nə yeti­ril­məsinə mane olurdular.) Bu zaman bir qab su is­tə­di. Dəstəmaz aldı, ağzına və burnuna su çəkib, üzü­nü üç dəfə yudu, sonra qollarını üç dəfə yudu, başına və aya­qları­nın üstünə məsh çəkdi, daha sonra onlarla namaz qıldı.[6]
Yuxarıda qeyd edilənlər sünnülərin məşhur kitab­la­rında olan rəvayətlərin az bir qismi idi və məşhur ravilərin vasitəsilə nəql olunmuşdur.
Deməli, «bu barədə heç bir hədis nəql olunma­mış­dır», yaxud «birdən artıq hədis ayaqların məshinə dəlalət etmir» - deyənlər mə’lumatı olmayan təəssübkeş adamlar­dır ki, gerçəklikləri inkar edir, həqiqətlər qarşısında göz yumaraq onları məhv edə biləcəklərini güman edirlər.
Bunlar «Maidə» surəsindəki ayənin məshin vacibliyi­nə dəlalət etməsini inkar etmiş, hətta demişlər ki, hə­min ayədəki «ğusl» yumaq mə’nasınadır.


[1] «Ruhul-məani», 6-cı cild, səh. 87
[2] «Müsnədi Əhməd», 1-ci cild, səh. 143
[3] «Kənzül-ümmal», 9-cu cild, səh. 44 8
[4] «Müsnədi Əhməd», 3-cü cild, səh. 67
[5] «Sünəni ibni Macə», 1-ci cild, səh. 156
[6] «Müsnədi Əhməd», 5-ci cild, səh. 342

Ayaqqabının üstünə məsh çəkmək!Müxalif rəvayətlər
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma