Müt’əni kim qadağan etdi?

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
Şəhvətbazlar və kİnlİ tənqİdçİlər!Ən yaxşı çıxış yolu

Yuxarıda nəql etdiyimiz kəlamda – çoxlu sünnü müfəs­sir­lərinin, mühəqqiqlərinin və fəqihlərinin öz kitab­la­rın­da Cabir ibni Əbdüllahdan nəql etdikləri ikinci xəlifənin sözünə işarə vardır. Ömər belə demişdi:
مُتْعَتَانِ کَانَتَا مَشْرُوعَتَیْنِ فِی عَهْدِ رَسُولِ اللهِ وَ اَنَا اَنْهَی عَنْهُمَا مُتْعَةُ الاْحَجِّ وَمُتْعَةُ النِّساءِ
«Peyğəmbərin dövründə iki növ müt’ə qanuni və caiz idi, lakin mən onları qadağan edirəm: təməttö’ surətində olan həcc və müvəqqəti nikah.»
Hədisin nəql olunma təriqlərindən bə’zilərində deyi­lir: «və uaqibu ələyhima-bu ikisini yerinə yetirənləri cəzalandıracağam.»
 («Həcc müt’əsi» budur ki, əvvəlcə ümrəni yerinə yeti­rib, sonra qısa və ya uzun müddət ərzində ehramdan xaric olur, yenidən həcc ehramı bağlayırlar.)
Bu, məşhur rəvayətlərdən biridir və islami mənbələr­də azacıq təfavütlə Ömərdən nəql olunmuşdur. O, bunu minbərdə ikən, camaatın hüzurunda demişdir. İndi bu hədis barəsində sünnülərin hədis, fiqh və təfsirindən yeddi mənbəni qeyd edirik:
1-«Müsnədi-Əhməd», 3-cü cild, səh. 325
2-«Sünəni Beyhəqi», 7-cild, səh.206
3-«Əl-məbsut», Sərəxsi, 4-cü cild, səh. 27
4-«Əl-muğni», İbni Qüdamə, 7-ci cild, səh.571
5-«Mühəlla ibni Həzm», 7-ci cild, səh.107
6-«Kənzül-ümmal», 16-cı cild, səh.521
7-«Təfsiri Kəbir», Fəxr Razi, 10-cu cild, səh.52
Bu rəvayət bir neçə məsələni aşkar edir:
a) Müt’ənin birinci xəlifənin dövründə halal olması.
Müt’ə (müvəqqəti evlənmə) Peyğəmbər (səlləllahu əleyhi və alih)-in hə­ya­­tının bütün dövrlərinə, hətta birinci xəlifənin xi­la­fəti dövründə belə, mübah idi, amma ikinci xəlifə onu qa­da­ğan etmişdir!
b) Nəss (aşkar göstəriş) müqabilində ictihad (şəxsi rə’y)
İkinci xəlifə özünə icazə verir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in aşkar buyuruqları müqabilində özündən qanun (!) çıxartsın; halbuki, Qur’ani-kərim buyurur:
وَمَا آتَاکُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاکُمْ عَنْهُ فَانتَهُوا
«Peyğəmbərin sizə gətirdiyi hər şeyi (hökmü) əxz edin, qadağan etdiyi hər şeydən çəkinin.»[1]
Görəsən, Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih)-dən başqa ilahi hökm­lərdə dəxalət etməyə haqqı olan bir kəs varmı?! Bir kəs «Rəsuli Əkrəm belə elədi, mən isə belə edirəm!» - deyə bilərmi?! Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in Allah kitabın­dan qaynaqlanan aşkar göstərişinin müqabilində ictihad edib şəxsi rə’y vermək caizdirmi?!
Peyğəmbər (səlləllahu əleyhi və alih)-in bu aşkar göstərişinin kənara qoyulması, doğrudan da, insanı heyrətə gətirir.
Bundan əlavə, əgər Peyğəmbər (səlləllahu əleyhi və alih)-in aşkar bu­yur­uğu müqabilində şəxsi rə’yə yol verilərsə, onda han­sı dəlilə görə başqaları belə bir iş görə bilməməlidir?! İc­tihad yalnız bir nəfərə məxsus idimi və başqaları müctehid deyildilər?! Bu, çox təhlükəli bir məsələdir, çün­ki nəss müqabilində ictihad qapısının açılması ilə İla­hi hökmlərin heç biri toxunulmaz qalmaz, islamın əbə­di hökmlərində qəribə hərc-mərclik yaranar və həqiqət­də islamın bütün qanunları təhlükə ilə üzləşər.
v) Ömərin müxalifət etməsinin səbəbi
Belə bir sual yaranır ki, görəsən Ömər nə üçün bu iki hökm ilə müxalifətə qalxmışdır? O, təməttö’ həccində tə­səvvür edirdi ki, həccə gələnlər ümrəni tamam şə­kildə yerinə yetirib, ehramdan çıxarsa və sonra, misal üçün, öz həyat yoldaşları ilə yaxınlıq edərsə, həcdən qabaq (təməttö’ üm­rəsini yerinə yetirdikdən bir neçə gün sonra) ehramdan çı­xıb azad olması yaxşı iş deyil və həccin ruhu ilə uyğun gəlmir!
Halbuki, bu fikir tamamilə yanlışdır. Çünki həcc və ümrə bir-birindən ayrı olan iki əməldir, onla­rın arasında hətta bir ay belə, fasilə düşə bilər. Müsəl­manlar Şəvval, yaxud Zil-qə’də ayında Məkkəyə müşər­rəf olub, ümrəni yerinə yetirir və Zilhəccənin 8-ə qədər azad olurlar. Bundan sonra həcc mərasimi üçün ehram bağlayıb Ərəfata gedirlər. Bu işin nə iradı vardı ki, Ömər bu məsələ qarşısında özündən yersiz həssasiyyət göstərirdi?!
Amma müvəqqəti nikahın – müt’ənin qadağan edilmə­si­nə gəldikdə isə, onun bə’zi yaqlış təsəvvürləri bu işə səbəb ol­muş­dur. O inanırdı ki, əgər müvəqqəti nikah caiz olarsa, onda nikahın zinadan ayırd edilməsi çətin­ləşəcəkdir. Çünki bu halda hər kişi gördüyü bir qadınla müvəqqəti nikah etdiyini iddia edə bilər və bununla da zina yayılar.
Onun bu təsəvvürü əvvəlkindən də zəifdir. Çünki bu təsəvvürün əksinə olaraq, məhz müt’ə əqdinin qada­ğan edil­məsi zina və iffətsizliyin daha çox yayıl­ma­sına səbəb ola­caqdır. Çünki əvvəldə qeyd etdiyimiz kimi, daimi ni­kah­la evlənə bilməyən cavanlar, yaxud həyat yoldaşla­rın­dan uzaqda olan və müvəqqəti nikahla zinadan birini seç­mək kimi iki yol ayrıcında qalanlar çoxdur. Aydındır ki, düzgün proqramlaşdırma əsasında yerinə yetirilən mü­vəq­qəti nikahın qarşısının alınması onları çox gü­nah­lı bir vadiyə – zina və iffətsizlik vadisinə sürükləyir.
Həmin səbəbə görə də Əli (əleyhis-salam)-dan nəql olunan hədisdə deyilir:
لَوْ لاَ اَنَّ عُمَرَ نَهَی النَّاسَ عَنِ الْمُتْعَةِ مَا زَنَی اِلاَّ شَقِیٌّ
«Əgər Ömər müt’əni qadağan etməsəydi, bədbəxt (və açıq-saçıq) insanlardan başqa heç kəs zina etməzdi.»[2]
Sünnülərin mühəddis, müfəssir və fəqihlərindən bö­yük bir qrupunun nəql etdiyi yuxarıdakı hədisdən mə’lum olur ki, müt’ə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə deyil, məhz Ömərin xilafəti dövründə haram edil­mişdir. Həmin mən­bələrdə nəql olunan çoxlu rəvayətlər də bu müddəanı təsdiq edir. Nümunə olaraq aşağıdakıları qeyd edirik:
1-Sünnülərin məşhur mühəddisi Termezi nəql edir ki, Şam əhlindən olan bir kişi Əbdüllah ibni Ömərdən qa­dın­ların müt’əsi barəsində soruşduq, o dedi: «Halal­dır.» Sual edən şəxs dedi: «Axı, atan onu nəhy etmiş­di?!» Əbdüllah dedi: «Əgər atam onu nəhy etmiş və Peyğəm­bər onu sünnə qərar vermişdirsə, biz o həzrətin sünnə­sini tərk edib atamın sözünə tabe olmalıyıqmı?!»[3]
2-«Səhihi Müslüm»də qeyd olunan digər bir rəvayətdə Cabir ibni Əbdüllahdan belə nəql olunur: «Biz Peyğəmbə­rin dövründə müxtəsər bir mehriyyə – xurma, un və s. ilə bir neçə günlük müt’ə edirdik. Əbu Bəkrin dövründə də bu iş davam edirdi. Nəhayət, Ömər onu, Əmr ibni Hərisin əhvalatı nəticəsində qadağan etdi.»[4]
3-Həmin kitabda qeyd olunan digər bir rəvayətdə deyilir ki, İbni Abbasla İbni Zübeyr qadınların müt’əsi və həcc müt’əsi barəsində ixtilaf etdilər. (Cabir ibni Əbdüllahdan, bu münaqişəni həll etməsini istə­dikləri zaman) Cabir dedi: «Biz hər iki müt’əyə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in zamanında əməl edirdik, sonra Ömər bizi bu işdən çəkindirdi, biz də onu boşladıq».[5]
4-Hibrül-ümmət (islam ümmətinin alim və mütəfək­kiri) adlanan İbni Abbas da müt’ə hökmünün Peyğəmbər (səlləllahu əleyhi və alih) dövründə, nə də ondan sonrakı dövrlərdə heç vaxt nəsx olunmamasına inananlardan biri idi. Bu da onun­la Abdullah ibni Zübeyrin arasında baş verən müba­hi­sədən mə’lum olur. «Səhihi Müslüm»də belə qeyd olun­muş­dur:
Əbdüllah ibni Zübeyr Məkkədə iqamət seçmişdi. Bir gün (aralarında İbni Abbas da olmaqla bir dəstə adamın içində) dedi: «Allah-Taala gözünü və qəlbini də başı kimi kor qərar verdiyi şəxslərdən bə’ziləri müt’ənin caiz olduğuna dair fətva verirlər!» (Onun məqsədi ibni Abbas İdi, çünki, o dövrdə gözləri tutulmuşdu.) Bu sözü eşidən İbni Abbas dedi: «Sən çox əbləh, nadan bir adam­san! Canıma and olsun ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in döv­ründə biz bu işi yerinə yetirirdik.»
İbni Zübeyr (Peyğəmbər (səlləllahu əleyhi və alih)-in adına e’tina et­mə­­dən) dedi: «Sən bunu yoxlaya bilərsən; Allaha and ol­sun, əgər bu işi görsən, daş-qalaq edəcəyəm![6] (Yə’ni mən­tiq qarşısında zorakılıqla, təhdidlə cavab verəcəyəm.)
Ehtimal üzrə, bu sözlər Əbdüllah ibni Zübeyrin Mək­kə­də hakimiyyətə çatıb qüdrəti ələ keçirdiyi dövrdə baş vermişdi ki, o, İbni Abbas kimi alim bir şəxsin müqa­bi­lində belə kobudcasına söhbət etməyə cür’ətlənir. Hal­bu­ki, İbni Abbas onun atası yaşında və elm baxımından onunla müqayisəolunmaz dərəcədə idi. Əgər onun elmi qüd­rətə malik olması fərz olunsa da, belə təhqiramiz sözlər deməyə haqqı yox idi. Çünki bu kimi hökmlərdə hər kəs öz fətvasına əməl etsə, yanlış olduğu təqdirdə «vətyi be şübhə» hesab olunur. Bildiyimiz kimi «vətyi be şübhə» üçün heç bir cəza yoxdur; daş-qalaq etməklə təhdid etmək mə’nasız və cahilanə bir sözdür.
Əlbəttə, Əbdüllah ibni Zübeyr kimi nadan və həyasız bir şəxsin belə bir kobud və çirkin mövqe seçməsi çox da qəribə deyildir!
Maraqlıdır ki, Rağib özünün «Mühazirat» kitabında nəql edir ki, Əbdüllah ibni Zübeyr öz nadanlığından he­ka­yət edən bir sözlə İbni Abbasa dedi: «Nə üçün müt’əni ha­lal hesab edirsən?!» İbni Abbas dedi: «Anandan so­ruş!» O, anasının yanına gəldikdə, anası dedi: «Sən o zaman dünyaya gəlmisən ki, mən atanın müt’əsində idim.»[7]
 «Müsnədi-Əhməd» kitabında oxuyuruq ki, İbni Həsin deyir: «Müt’ə ayəsi Allahın Kitabında nazil oldu və biz ona əməl etdik. Onu nəsx edəcək bir ayə də Peyğəmbərə nazil olmadan o həzrət dünyadan getdi.»[8]
Bu qeyd olunanların hamısı müt’ənin nəsx olunmadı­ğını aşkar şəkildə bəyan edir.
Bu rəvayətlərin müqabilində digər rəvayətlər də nəql edirlər ki, bu hökmün Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in dövründə nəsx olunduğunu vurğulayır. Amma kaş, bu rəvayətlər bir-biri ilə həmahəng və müttəfiq olaydılar! Amma təəssüflər olsun ki, onların hər biri, digərindən tam başqa bir zamanı bəyan etmişdir:
1-Bu rəvayətlərin bə’zilərində qeyd olunur ki, müt’ənin qadağan olunması Xeybər müharibəsi zamanı (7-ci hicri ilində) baş vermişdir. [9]
2-Bə’zi rəvayətlərdə isə belə oxuyuruq: «Peyğəmbər (səlləllahu əleyhi və alih) fəth ilində (8-ci hicri ili) müt’əyə icazə verdi və qısa müddətdən sonra, elə həmin ildə onu qadağan etdi.»[10]
3-Digər rəvayətlərdə isə qeyd olunur ki, (Məkkənin fət­­hin­dən sonra) Ovtas qəzvəsində Məkkənin yaxın­lı­ğında yerləşən Həvazin məntəqəsində müt’əyə üç gün icazə verilmiş, sonra isə qadağan edilmişdir.[11]
Əgər bu barədə mövcud olan nəzəriyyələr dəqiq şəkildə araşdırılsa, ixtilaf bundan da geniş səviyyəli olar. Sünnülərin məşhur fəqihi Nəvəvi «Səhihi Müslüm»ün şərhində hər biri bir rəvayətlə uyğun olan altı nəzəriyyə nəql edir:
1-Müt’ə Xeybər müharibəsində halal və (bir neçə gündən) sonra qadağan edildi.
2-Ümrətül-qəzada halal oldu (və sonra qadağan edildi).
3-Məkkənin fəthi günü halal, sonra isə qadağan edildi.
4-Peyğəmbər onu Təbuk müharibəsində qadağan etdi.
5-Həvazin müharibəsində (Ovtas məntəqəsində) halal edildi.
6-Həccətül-vidada, əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alih)-in ömrünün son ilində halal edildi.[12]
Bunların hamısından da qəribəsi Şafeinin dediyi aşağıdakı sözdür: «Mən Allah-Taalanın əvvəlcə halal, sonra qadağan etdiyi, sonra yenidən halal edib daha sonra haram etdiyi bir hökm görməmişəm; bu, yalnız müt’ədir.»[13]
Hər bir mühəqqiq bir-birinə zidd olan bu rəvayətləri müşahidə etməklə onların saxta olduğuna əmin olur, onun siyasi bir hərəkət olduğunu başa düşür.

 


[1] «Həşr» surəsi, 7.
[2] «Təfsiri Kəbir», Fəxr Razi, 10-cu cild, səh.50.
[3] Bu hədis hal-hazırda bizim əlimizdə olan «Sünəni Termezi» kita­bın­da bu şəkildə deyildir, əksinə «müt’ətün-nisa» kəlməsinin yeri­nə «müt’­ətül-həcc» qeyd olunmuşdur. Amma onuncu hicri əsri­nin böyük alim­lə­rindən olan və Şəhidi-Sani ləqəbi ilə tanı­nan mərhum Zey­nud­din özünün «Şər­hul-lüm’ətid-Dəməşqiyyə» kitabında, 7-ci hic­ri əsrinin alimlə­rin­dən olan Seyyid ibni Tavus «Təraif» kita­bında «müt’ətün-nisa» bölməsində qeyd etmişdir. Belə nəzərə çar­pır ki, bu rəvayət «Səhihi Tir­mizi»nin qədim nüsxələrində hə­min şəkildə olmuş, sonrakı nüsxələrdə isə namə’lum səbəblərə gö­rə dəyişdirilmişdir. (Bu dəyişdirmə və təh­rifin nə qədər nümu­nəsi vardır!)
[4] «Səhihi Müslüm», 2-ci cild, səh.131.
[5] «Səhihi Müslüm», 2-ci cild, səh.131.
[6] «Səhihi Müslüm», 3-cü cild, səh.59, hədis 3307, «Darul-fikir» çapı.
[7] «Mühazirat», 2-ci cild, səh.214; «Nəhcül-bəlağə»nin şərhi, İbni Əbil-Hədid, 20-ci cild, səh.130.
[8] «Müsnədi Əhməd», 4-cü cild, səh.436.
[9] «Durrul-mənsur», 2-ci cild, səh.486.
[10] «Səhihi Müslüm», 4-cü cild, səh.133.
[11] Yenə orada, səh.131.
[12] «Səhihi Müslüm»in şərhi, Nəvəvi, 9-cu cild, səh.191.
[13] «Əl-Muğni», İbni Qudamə, 7-ci cild, səh.572.

Şəhvətbazlar və kİnlİ tənqİdçİlər!Ən yaxşı çıxış yolu
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma