Müvəqqəti nikah nədir?

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
Misyar nikaSui-istifadələr

İslam hökmlərindən tam agahlığı olmayan bə’zi nadan in­sanlar müvəqqəti nikah barəsində çox çirkin bir mən­zə­rə yaratmışlar və indi də yaratmaqdadırlar. Belə adamlar onu cinsi azadlıq, cinsi məsələlərə laqeydlik, fəhşa və mün­­kərin rəsmiyyətlə tanınması kimi işlərlə bir səviy­yədə qələmə verirlər!
Əgər bu kimi insanların hamısı avam xalq kütlələri olsaydı, yenə də eybi olmazdı. Lakin çox təəssüflər olsun ki, sünnülərin din alimlərinin bə’ziləri də belə sözləri rəva görmüşlər. Şübhəsiz, kəskin məzhəb təəssübləri onlara, müvəqqəti nikah tərəfdarlarının kitablarını mütaliə etməyə icazə verməmişdir. Bəlkə də bu barədə yazılan şiə kitablarının bə’zilərini, hətta bir sətrini belə, mütaliə etməmişlər. Bu da çox təəssüflü haldır.
Bu kiçik kitabda müvəqqəti nikahın şərtlərini və onun daimi nikahla olan fərqlərini aşkar, eyni zamanda qısa şəkildə izah etməyə məcburuq ki, höccət hamı üçün tamam olsun.
Müvəqəti nikah hökm və şərtlərinin əksəriyyətində eynilə daimi nikah kimidir:
1-Qadın və kişi tam razılıq və ixtiyarla, heç bir icbar (məcbu­riy­yət) olmadan bir-birini həyat yoldaş­lığına seçməlidirlər.
2-Əqd siğəsi «izdivac», yaxud «nikah», yaxud da «müt’ə» kəl­mələri ilə icra olunmalıdır, digər kəlmələrlə caiz deyildir.
3-Əgər qadın bakirədirsə, onun vəlisinin icazəsi lazımdır, bundan qeyri surətlərdə isə lazım deyildir.
4-Əqdin müddəti və mehriyyənin miqdarı dəqiq şəkildə tə’yin edilməlidir. Əgər müdətin zikr olunması unudu­lar­sa, fəqihlərin çoxunun fətvasına əsasən, bu, daimi əq­də çevriləcəkdir. (Bunun özü də hər iki nikahın mahiy­yət­cə bir olmasına və təkcə müddətin zikr olunub-olunmama­sında bir-birilə fərqləndiyini göstərir.)
5-Müddətin qurtarması təlaq hökmündədir və müddət qur­taran kimi, əgər yaxınlıq baş veribsə, qadın iddə sax­la­malıdır.
6-Daimi əqddə olan qadının iddəsi üç dəfə adət gör­məklədir; üçüncü dəfəni görməklə iddə tamam olur, lakin müvəqqəti əqddə iki dəfədən artıq deyildir.
7-Müvəqqəti nikahdan dünyaya gələn övladlar qanuni və şər’i övladlar sayılır. Daimi əqddən dünyaya gələn övlad­ların hökmünün hamısı istisnasız olaraq buna da şamil­dir. Onlar ata, ana, bacı, qardaş və s. yaxın adamlardan irs aparırlar, sair hüquqlarda da bu iki övlad arasında heç bir fərq yoxdur.
Müvəqqəti əqddən əmələ gələn övlad ata-ananın hi­ma­yəsi altında olmalıdır, onların nəfəqələri və bütün xərc­ləri, daimi əqddən dünyaya gələn övladlar kimi, ata tərə­findən verilməlidir.
Bə’ziləri bu sözü eşitməklə təəccüb edə bilər; onların təəccüblənməyə də haqqı var; çünki müvəqqəti əqd barəsinə yanlış və tamamilə avamyönlü fikirləşirlər. Bəlkə də onu bir növ «qaçaq evlənmə», şər’i qanun dairəsindən xaricdə və bir sözlə, zinaya oxşar bir iş hesab edə bilərlər, halbuki əsla belə deyildir.
Amma bu iki növ əqddə ər və arvad baxımından müəyyən fərq­lər mövcuddur. Ümumiyyətlə, onların bir-birinə ver­dik­ləri il­ti­zamlar daimi əqddə olan iltizamlardan çox azdır. Çünki müvəq­qəti nikahda əsas məqsəd bu işin yün­gül­ləşdirilməsi, problem və əlavə xərclər yaradan qanun­ların olmamasıdır. O cümlədən:
1-Müvəqqəti əqddə qadının nəfəqə və irs haqqı yoxdur. Lakin fəqihlərin çoxu demişlər ki, bu, o haldadır ki, müvəqqəti əqddə nəfəqə və irsi şərt etməsinlər, amma əgər şərt edərlərsə, ona uyğun əməl edilməlidir.
2-Müvəqqəti əqddə qadın, ərinin haqqı aradan getmə­yin­cə evdən xaricdəki hər bir işi görməkdə azaddır və ərin icazəsi şərt deyildir; lakin daimi əqddə razılaşma olmadan bu iş caiz deyildir.
3-Kişinin gecələr özünün müvəqqəti qadınının yanında olması vacib deyildir.
Yuxarıda deyilən hökmlərin şərhinə diqqət yetirməklə çox­lu müəmmaların, zalimcəsinə yürüdülən mühakimə­lə­rin, şübhə və iftiraların cavabı veriləcək, yanlış və düz­gün olmayan fikirlər məhz islamın bu müqəddəs və hik­mətli hökmü sayəsinə aradan qaldırılacaqdır. Eləcə də bu həqiqət aşkar olacaqdır ki, müvəqqəti nikahın zina və iffətə zidd olan əməllərlə heç bir əlaqəsi yoxdur. Bu ikisini bir-birilə müqayisə edənlər, şübhəsiz, kafi agahlıq və mə’lumatı olmayan şəxslərdir, onların müvəq­qəti nikahın şərt və mahiyyətindən azacıq belə, xəbərləri yoxdur.

 

Misyar nikaSui-istifadələr
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma