Qadınlar və qəbirləri ziyarət etmək

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
Qəbirlərin ziyarətində şirk xəyalıQəbir üzərində bina tikmək qadağandırmı?

Qadınlar, malik olduqları incə duyğu və ati­fələrə gö­rə təsəlli tap­maq üçün öz əzizlərinin qəbirlərini ziya­rət etməyə daha çox eh­ti­­yac hiss edirlər. Təcrübə göstər­miş­dir ki, onlar ilahi övliya­ların qəbirlərini ziyarət etməyə daha artıq maraq və həvəs göstərirlər.
Amma təəssüflər olsun ki, ifratçı vəhhabilər müəm­malı bir hədisə istinad edərək qadınları bu ziyarət­dən şid­­dətlə çəkindirirlər. İranın cənub məntəqə­lə­rində yaşayan bir qövmün arasında belə bir məsəl vardır: «Ölmüş şəxs onun qəbri üzərinə gedən qadını anadangəlmə çılpaq adam kimi görür.»
Alimlərdən biri deyirdi ki, mən onlara dedim: – Pey­ğəm­­bər (səlləllahu əleyhi və alih)-in, birinci və ikinci xəlifənin qəbri Ayi­­şə­­nin evində idi. Ayi­şə uzun müddət orada yaşayır, ya­xud ora­ya gedib-gəlirdi. Tu­taq ki, onun çılpaq görün­mə­sinin Peyğəmbər üçün heç bir eybi yox­dur, amma birinci və ikinci xəlifə üçün nə deyirsiniz?! Ümu­miy­yətlə, onların dəlilləri Peyğəmbərə aid edilən aşağıdakı hədisdir:
لَعَنَ اللهُ زائِراتِ الْقُبُورِ
«Allah qəbirləri ziyarət edən qadınlara lə’nət etsin!»
Bə’zi rəvayət kitablarında «zairat» sözünün yerinə «zəv­va­ratil-qubur» qeyd olunmuşdur ki, daha artıq müba­li­ğəni çatdırır.
Sünnü alimlərindən bir çoxu, o cümlədən Tirmizi ya­zır: «Bu hədis o zamana aid idi ki, Peyğəmbər onları bu iş­­dən çəkindirirdi. Amma bu hökm sonralar nəsx olun­du.»[1]
Sünnü alimlərindən bə’ziləri də demişlər ki, «bu hədis o qadınlara aiddir ki, ziyarətə çox vaxt sərf edir və ərlərinin hüquqlarını aradan aparırdılar. Mübaliğə siğəsi olan «zəvvarat» da buna dəlildir.»
Bu qardaşlar hər şeyi inkar etsələr də, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in, birinci və ikinci xəlifənin qəbrini öz evin­də yerləşdirən Ayişənin işini heç vaxt inkar edə bilməzlər.
Səfər niyyəti ilə hazırlaşmaq yalnız üç məscidə caizdir!
İslam tarixində və uzun əsrlər boyu müsəlmanlar əziz Pey­ğəmbərimiz (səlləllahu əleyhi və alih)-in və böyük din şəxsiyyətləri­nin qəbrini ziyarət etmək üçün «Bəqi»də şəddü-rihal edir (bu niyyətlə səfərə gedir), sonra hərəkət edirdilər və heç kəs üçün də problem yox idi.
Nəhayət, 7-ci hicri əsrində İbni Teymiyyə öz ardı­cıl­la­rını bu işdən çəkindirdi və dedi: «Şəddü-rihal yal­nız üç məscidin ziyarəti üçün caiz, qalanları üçün isə qada­ğandır.» O, bu barədə Əbu Hüreyrənin hədisinə isti­nad etmişdir. Əbu Hüreyrə deyir ki, Peyğəmbər buyurdu:
لا تشد الرحال الا الی ثلاثة مساجد مسجدی هذا ومسجد الحرام ومسجد الاقصی
«Üç məsciddən başqa heç nə üçün səfər yükünü bağ­la­­mayın: Mənim bu məscidim, Məscidül-Həram və Məsci­dül-əqsa.»[2]
Halbuki, əvvəla, bu hədisin mövzusu hər məkanda olan ziyarətə aid deyil, yalnız üç məscidə aiddir. Deməli, hədi­sin məzmunu budur ki, heç bir məscid üçün şəddü rihal etməyin, yalnız bu üç məscid istisnadır.
İkincisi, bu hədis başqa yollarla da nəql olunmuşdur ki, onların iddia etdikləri mə’naya əsla dəlalət etmir, o da bundan ibarətdir: «Üç məscid üçün şəddi-rihal (səfər) edilər.»[3]
Bu, həqiqətdə bu işə təşviq sayılır, amma digər halla­rı inkar etmir və istilahda desək, «bir şeyin isbat olun­ması ondan qeyrilərini inkar etmir.»
Hədisin əsl mətninin birincimi, yoxsa ikinci halda olması mə’lum olmadığından, «mücməl» sayılır və ona istinad etmək olmaz.
Belə deyilə bilər ki, digər bir mətndə (həmin kitabda) qeyd olunur ki, «innəma yusafəru ila səlasi məsacidə-sə­fər yalnız üç məscid üçün caizdir.»[4] Deməli, şəddi-rihal (səfər) yalnız bu üç məscid üçün caizdir!
Bu sualın cavabı aydındır. Çünki, əvvəla: ümmətin icmasına əsasən, çoxlu məsələlər üçün dini və qeyri-dini səfərlər etmək caizdir və səfər, yalnız bu üç məscidə doğru edilən səfərlə bitmir. Deməli, qeyd olunan həsr izafi (nisbi) həsr olacaqdır. Yə’ni məscidlər arasında yalnız bu üç məscidə şəddi-rihal etmək olar.
İkincisi, hədisin mətni şübhəlidir: onun birinci, ikinci, yoxsa üçüncüsü olması mə’lum deyildir. Peyğəmbər (səlləllahu əleyhi və alih)-in üç dəfə və üç ibarə ilə deməsi də çox uzaq ehtimaldır. Zahir budur ki, ravilər bunun mə’nasını nəql etmişlər. Nəticədə qeyd olunan hədis müəmmalı şəkildə qalır və müəmmalı hədisə istinad etməyin heç bir e’tibarı yoxdur.

 


[1] «Sünəni Tirmizi», 3-cü cild, səh.371 (O, kitabın bu babını «ma caə minər-ruxsəti fi ziyarətil-qubur» adlandırmışdır.)
[2] «Səhihi Müslüm», 4-cü cild, səh.126.
[3] Yenə orada.
[4] «Səhihi Müslüm», 4-cü cild, səh.126.

Qəbirlərin ziyarətində şirk xəyalıQəbir üzərində bina tikmək qadağandırmı?
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma