1-Yuxarıdakı hədislərin xülasəsi

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
İki namazın birlikdə qılınmasını göstərən rəvayətlər2-Qur’anda üç namaz vaxtı

 Yuxarıda sünnülərin birinci dərəcəli, ümdə və məş­hur kitablarında qeyd olunan, sənədi səhabə böyük­lərinə ça­tan hədislərin hamısında təqribən iki mühüm məsələyə tə’­kid edilmişdir:
Birincisi budur ki, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) iki na­mazı elə bir halda birlikdə qılırdı ki, xüsusi bir çə­tin­lik, o cümlədən yağış, səfər, düşməndən qorxu və s. yox idi.
Digəri də budur ki, o həzrət bu işlə öz ümmətinə im­kan yaratmış, çətinlik, əzab-əziyyəti aradan qaldır­mış­dır. Bununla belə, bə’zilərinin irad tutaraq «bu namaz­la­rın birlikdə qılınması iztirar və çıxılmaz vəziyyətlərə aid­dir!» - deməsi rəvadırmı?! Nə üçün həqiqətlər qar­şı­sında gözlərini yumur və əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alih)-in sözlərinə e’tina etmədən şəxsi mühaki­mələrini yürü­dür­lər?! Allah və Onun Rəsulu bu işə icazə verir, lakin ümmətin təəssübkeşləri icazə vermirlər! Axı nə üçün?!
Nə üçün cavan müsəlmanların hər bir halda və hər bir yerdə – islam ölkələrində və xaricdə, institutlarda və ali təhsil ocaqlarında, idarə, zavod və fabriklərdə ən mühüm İla­hi vəzifəni (gündəlik namazları) yerinə yetirmə­lə­rinə imkan vermirlər?! Bizim əqidəmizcə, İslam dini dün­yanın sonuna qədər hər bir zaman və hər bir məkanda hərtərəfli proqram tökmüşdür.
Şübhəsiz, Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih) özünün geniş nəzərləri ilə bütün dövrlərdə və əsrlərdəki bütün dünya müsəlmanlarını görür və bilirdi ki, əgər hamını 5 dəfə namaz qılmağa vadar etsə, bə’ziləri namazı tərk edəcəklər (hal-hazırda mövcud olan vəziyyət kimi). Buna görə də öz ümmətinə minnət qoyaraq onların imkanlarını artır­mışdır ki, hamı gündəlik namazları hər bir zamanda və hər bir məkanda asanlıqla qıla bilsin. Qur’an buyurur:
وَمَا جَعَلَ عَلَیْکُمْ فِی الدِّینِ مِنْ حَرَجٍ
«Allah dində sizin üçün heç bir çətinlik qərar verməyibdir.»[1]

[1] «Həcc» surəsi, ayə:78

İki namazın birlikdə qılınmasını göstərən rəvayətlər2-Qur’anda üç namaz vaxtı
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma