Hər İkİ qrupdan olan İkİ kİtab

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
Qur’an təhrİf olunmayıb!Firqə daxili ixtilaflara görə islamın köksünü baltalamaq olmaz!

Onların biri sünnü alimlərindən olan İbni Xətib Mis­­rinin yazdığı «Əl-furqan fi təhrifil-Qur’an» kita­bı­dır ki, 1948-ci miladi ilində (1367-ci h.q) nəşr olun­muş və «Əl-əzhər» universiteti vaxtında bu məsələni iz­lə­­miş, onun bütün nüsxələrini yığıb məhv etmişlər, la­kin onun bir neçə nüsxəsi qanunsuz olaraq müəyyən şəxs­lə­rin əlinə düşmüşdür.
Həmçinin, şiə mühəddislərindən olan Hacı Nurinin yaz­dığı «Fəslül-xitab fi təhrifi kitabi Rəbbil-ərbab» ki­ta­bı 1291-ci hicri qəməri ilində (1870 miladi) çap olun­­maqla eyni zamanda dərhal Nəcəfi-Əşrəfin elmiyyə höv­­zə­sinin böyük şəxsiyyətləri tərəfindən inkar edil­miş, onun bütün nüsxələrinin toplanıb məhv edilməsi ba­­rə­­sində fətva verilmiş və onun cavabında çoxlu ki­tab­lar yazılmışdır. Bu kitaba cavab yazaraq onun nəzər­ləri­ni rədd edən böyük alimlərdən aşağıdakıların adını qeyd etmək olar:
1-Müərrib Tehrani adı ilə məşhur olan görkəmli fə­qih mərhum Şeyx Məhmud ibni Əbil-Qasim (vəfat tarixi: 1313-cü h.q) «Kəşfül-irtiyab fi ədəmi təhrifil-Kitab» adlı bir kitab yazmışdır.
2-Mərhum Əllamə Məhəmməd Hüseyn Şəhristani (vəfat ta­ri­xi: 1315-ci h.q) «Hifzül-kitabiş-şərif ən şübhətil-qov­li bit-təhrif» adlı digər bir kitab yazaraq Hacı Nu­ri­nin «Fəslül-xitab» kitabını rədd etmişdir.
3-Nəcəfi-Əşrəfin elmiyyə hövzəsinin mühəqqiq­lə­rin­dən biri olan Mərhum Əllamə Bəlaği (vəfat tarixi: 1352-ci h.q) özünün məşhur əsəri olan «Təfsiru alair-Rəhman» kitabında «Fəslül-xitab» kitabının rəddində nəzərə çarpacaq dərəcədə böyük bir fəsil ayırmışdır.[1]
4-Biz də «Ənvarul-üsul» kitabında Qur’ani-məcidin təh­rif olunmamağı ilə əlaqədar geniş bir bəhs aparmış, «Fəs­lül-xitab» kitabında qeyd olunan şübhələrə tutarlı cavablar vermişik.
Böyük şəxsiyyət olmasına baxmayaraq, mərhum Hacı Nu­ri, Əllamə Bəlağinin dediyinə əsasən, zəif rəvayətlərə is­ti­­nad etmişdir. Onun özü də kitabın çap olunmasından son­­ra peşman olmuş və Nəcəfi-Əşrəf elmiyyə hövzəsinin bö­­yük şəxsiyyətləri bu işi onun aşkar səhvlərindən hesab et­miş­­lər.[2]
«Fəslül-xitab» kitabının nəşr olunmasından sonra onun müəllifinə o qədər hücumlar edildi ki, axırda məc­bur qalıb özünü müdafiə etmək üçün bir risalə yazdı. Hə­min risalədə Allahın Kitabının təhrif olun­mama­sını isbat etmiş və demişdir ki, «mənim sözlərim­dən yanlış nəticələr alınmışdır.»[3]
Mərhum Əllamə Seyyid Hibətuddin Şəhristani deyir: Samirrada olduğum vaxtlar mərhum Mirza Şirazi oranı şiə­lərin elm və mə’rifət (maarif) mərkəzinə çevir­miş­di. O, hər bir məclisə daxil olsaydı, Hacı Nuri və onun ki­ta­bının əleyhinə fəryad edərdi. Onun sözlərindən olan bə’zi ifadələr hələ də yadımdadır...»[4]
Bununla belə, təkcə bir nəfər olduğu halda, Şeyx Nu­ri­­nin sözlərini şiənin əqidəsi hesab etmək olarmı?!
Halbuki, təəssübkeş vəhhabilərdən bir qrupu bu ki­ta­ba («Fəslül-xitab»a) istinad edərək Qur’anın təhrif olun­ma əqidəsini israrla şiəyə aid edirlər,amma...
Əgər bu məsələ barəsində təkcə bir kitabın yazılması ümu­mi şiələrin əqidəsini göstərirsə, onda Qur’anda təh­ri­fin baş verməsinə e’tiqad sünnü alimlərinə də aid edil­məlidir. Çünki İbni Xətib Misri də «Əl-furqan fi təh­ri­fil-Qur’an» kitabını yazmışdır. Həmçinin əgər «Əl-əzhər» universitetinin alimlərinin həmin kitabdan bi­zarlıq etmələri onun içərisində yazılanların inkar olun­masına dair bir dəlildirsə, onda Nəcəfi-əşrəf alim­lərinin «Fəslül-xitab» kitabında yazılanlara e’ti­raz və müxalifətləri də eynilə bu mə’naya dəlildir.
2-Hər ikisi sünnülərin məşhur təfsirlərindən olan «Təf­siri Qur­təbi» və «Əd-Durrul-Mənsur» kitablarında Ayi­şənin (Pey­ğəm­bər (səlləllahu əleyhi və alih)-in həyat yoldaşı) belə de­di­­yi nəql olunmuşdur:
اَنَّهَا-ای سورة الاحزاب-کَانَتْ مِِائَتَیْ آیَةٍ فَلَمْ یَبْقَ مِنْهَا اِلَّا ثَلاثٌ وَ سَبْعُونَ
«O, («Əhzab» surəsi) 200 ayədən ibarət idi, amma indi onun 73 ayəsindən başqa heç bir şey qalmamışdır.»[5]
Üstəlik «Səhihi Buxari» və «Səhihi Müslüm»də elə rə­­va­­yətlər var ki, Qur’anın təhrif olunmasından hekayət edir.[6] Lakin biz heç vaxt özümüzə icazə verə bilmərik ki, bir, yaxud bir neçə zəif rəvayətə istinad etməklə Qur’anın təh­rif olunma nəzəriyyəsini sünnü qardaşlarımıza aid edək. On­lar da bir nəfərin yazdığı kitab, yaxud şiələrin bö­yük şəxsiyyətləri tərəfindən inkar və bizarlıq edil­di­yi zə­if hədislər xatirinə bu əqidəni şiələrə aid etməmə­li­­dir­lər.
3-Hacı Nurinin «Fəslül-xitab» kitabında qeyd etdiyi rə­vayət­lər adları aşağıda qeyd olunan üç ravidən toplan­mış­dır ki, onlar ya yanlış əqidəli, yaxud yalançı, yaxud da vəziy­yə­ti mə’lum olmayan insanlardır: Əhməd ibni Mə­həm­məd Səy­ya­ri əqidəsi xarab və azğın olan adam, Əli ibni Əh­məd Kufi yalan­çı, Əbül-Carud da vəziyyəti mə’lum olma­yan, yaxud rədd olunan şəxsdir.[7]

 

 


[1] «Alaur-Rəhman», 1-ci cild, səh.25.
[2] «Alaur-Rəhman», 2-ci cild, səh.311
[3] «Əz-zəriə», 16-cı cild, səh.231
[4] «Burhani rovşən», səh.143
[5] «Təfsiri Qurtəbi», 14-cü cild, səh.113; «Əd-Durrul-mənsur» təfsiri, 5-ci cild, səh.1 80
[6] «Səhihi Buxari», 8-ci cild, səh.208-211. «Səhihi Müslüm», 4-cü cild 167 və 5-ci cild, səh.116
[7] Bu üç nəfərin vəziyyəti ilə tanış olmaq üçün «Ricali Nəca­şi», «Fehresti Şeyx» və digər rical kitablarına müraciət edə bilər­siniz.

Qur’an təhrİf olunmayıb!Firqə daxili ixtilaflara görə islamın köksünü baltalamaq olmaz!
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma