11-Əli (əleyhis-salam)-ın məzlumiyyəti

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
10-Yersiz yozum və izahlar12-Maraqlı bir hadisə

Hər kəs islam tarixini araşdırıb dərindən tədqiqat apar­sa, başa düşəcəkdir ki, çox təəssüflər olsun ki, elm və təqva simvolu, Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə hamıdan yaxın və is­la­­mın ən böyük müdafiəçisi olan Əli (əleyhis-salam)-a qarşı çox­lu hörmət­sizlik­lər, yaramaz hərəkətlər rəva görüldü, onun dost­ları tarixdə misli görünməmiş ən ağır təz­yiqlərə, iş­gəncə və əzab-əziyyətlərə mə’ruz qaldılar. Bu cinayət­lə­rin hamısı da özlərini Peyğəmbər səhabəsi adlandı­ran­lar tərəfindən edilirdi.
Nümunə olaraq aşağıdakıları qeyd edirik.
a) Əli ibni Cəhim Xorasani öz atasına lə’nət gön­dərir­di. Camaat bunu görüb soruşurlar: «Nə üçün belə edirsən?» Dedi: «Çünki mənim adımı Əli qoymuşdur!»[1]
b) Müaviyə şəhərlərdəki işçilərinə bir fər­manda belə yazdı: «Hər kəs Əbu Turabın (Əlinin) və Əhli-beytin fəzilətlərini çox nəql etsə, bizim ama­nı­mızdan xaricdir (onun malı və canı hədərdir).» Bu fər­manın ardınca xətiblər bütün minbərlərdə aşkar şə­kil­də Əli (əleyhis-salam)-a lə’nət göndərməyə, ondan bizarlıq etməyə, ona və ailəsinə yersiz və nalayiq sözlər deməyə başla­dılar.[2]
v) Bəni-üməyyə tayfası bir uşağa Əli adıqoyulmasını eşitsəydilər, dərhal onu qətlə yetirirdilər. Bu sözü Sül­mət ibni Şəbib, Əbu Əbdir-Rəhman Əqqəridən nəql et­miş­dir.[3]
q) Zəməxşəri və Süyuti belə nəql etmişlər: «Bəni-üməy­yənin hakimiyyəti dövründə təqribən 70 mindən artıq min­bərdə Əli (əleyhis-salam)-a lə’nət göndərirdilər, bu da Müavi­yənin özündən qoyduğu bir sünnə idi!»[4]
ğ) Ömər ibni Əbdül-Əziz bu çirkin bid’ətlərin, cümə namazının xütbələrində Əli (əleyhis-salam) -a lə’nət göndərmələri­nin qadağan olunmasına dair fərman verdikdə, məscid əhlinin fəryadı yüksəldi, onlar Ömər ibni Əbdül-Əzizə dedilər: «Sünnəni tərk etdin, sünnəni tərk etdin![5]»
Halbuki, onların mö’tə­bər kitablarındakı səhih rəvayətlərə uyğun olaraq Peyğəmbər (səlləllahu əleyhi və alih)buyurmuş­dur:
مَنْ سَبَّ عَلِیًّا فَقَدْ سَبَّنِی وَ مَنْ سَبَّنِی فَقَدْ سَبَّ اللهَ
Hər kəs Əlini söysə (yaramaz, nalayiq sözlər desə), mə­­­ni söy­müş­dür; hər kəs də məni söysə, Allahı söymüş­dür.[6]

 


[1] «Lisanul-mizan», 4-cü cild səh.210.
[2] «Ən-nəsaihul-kafiyə», səh.72.
[3] «Təhzibul-kəmal», 20-ci cild, səh.429; «Siyəru ə’lamin-nübəla», 5-ci cild, səh.102
[4] «Rəbiul-əbrar», 2-cild, səh.186; «Ən-nəsaihul-kafiyə», səh.79 (Süyuti)
[5] «Ənnəsaihul-kafiyə», səh.116; «Təhniətüs-siddiqil-məhbub», səh.59.
[6] Hakim bunu səhih bilmiş, Zəhəbi də təsdiq etmişdir (Müstəd­rəküs-səhiheyn, 3-cü cild, səh.121)

10-Yersiz yozum və izahlar12-Maraqlı bir hadisə
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma