4-Təqiyyə Allahın Kitabında

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
3-Təqiyyə əql me’yarında5- İslami rəvayətlərdə təqiyyə


Çoxlu Qur’an ayələrində iman əhlinin ka­firlər və mü­xa­liflər qarşısında təqiyyə etməsinə ica­zə verilmişdir. Nümunə olaraq, aşağıdakı ayələri qeyd edi­rik:
a) Ali-Fir’onun mö’min şəxsi barədə belə oxuyuruq:
وَقَالَ رَجُلٌ مُّؤْمِنٌ مِّنْ آلِ فِرْعَوْنَ یَکْتُمُ إِیمَانَهُ أَتَقْتُلُونَ رَجُلًا أَن یَقُولَ رَبِّیَ اللَّهُ وَقَدْ جَاءکُم بِالْبَیِّنَاتِ مِن رَّبِّکُمْ
“Ali-Fir’ondan olan imanlı və özünün (Musanın di­ninə olan) imanını gizlədən bir şəxs dedi: Siz «mə­nim pərvərdigarım Allahdır» deyən bir şəxsi qətlə ye­tir­mək istəyirsinizmi, halbuki sizə aydın dəlil və mö’cü­zələr gətirmişdir?!”[1]
Bu hadisənin davamında deyilir:
وَإِن یَکُ کَاذِبًا فَعَلَیْهِ کَذِبُهُ وَإِن یَکُ صَادِقًا یُصِبْکُم بَعْضُ الَّذِی یَعِدُکُمْ
“Onu boşlayın və onunla işiniz olmasın: (çünki) əgər yalan deyirsə, yalanı onun işinin üstünü açacaq; yox, əgər düz deyirsə, Allahın əzablarından bə’zilərinin – onun xatırlatdığı əzabaların sizə üz gətirməsi mümkündür.”
Beləliklə, Ali-Fir’onun mö’min şəxsi təqiyyə edib öz ima­­nını gizlətməklə eyni zamanda, ilahi peyğəmbər olan Mu­­sa­­nın qanını nahaq yerə axıtmaq qərarına gələn inad­kar və təəssübkeş qrupa lazım olan nəsihətləri də verir.
b) Qur’anın aşkar göstərişlərindən birində deyilir:
لاَّ یَتَّخِذِ الْمُؤْمِنُونَ الْکَافِرِینَ أَوْلِیَاء مِن دُوْنِ الْمُؤْمِنِینَ وَمَن یَفْعَلْ ذَلِکَ فَلَیْسَ مِنَ اللّهِ فِی شَیْءٍ إِلاَّ أَن تَتَّقُواْ مِنْهُمْ تُقَاةً
«Mö’minlər kafirləri özlərinə dost seçməmə­lidir­lər; hər kəs belə edərsə, Allahdan biganə və yaddır. Am­ma əgər onlardan təqiyə etmək istəsə, bu hal istis­nadır.»[2]
Bu ayə haqq düşmənləri ilə dostluq etməyi ümumi şə­kil­də qadağan etmiş və yalnız o hallara icazə vermişdir ki, belə bir dostluğun tərk edilməsi müsəlmanın əzab-əziy­yətə düşməsinə səbəb olsun və onlarla dostluqdan iba­rət olan müdafiə sistemindən – təqiyyədən istifadə etsin.
v) Əmmar Yasir və onun ata-anasının əhvalatını bütün müfəssirlər nəql etmişlər. Belə ki, onların hər üçü ərəb müş­riklərinin əlinə keçdilər və onları Peyğəmbərdən bizar­lıq etməyə vadar etdilər. Əmmarın ata anası bu iş­dən imtina etdiyinə görə şəhid oldular, lakin Əmmar tə­qiyyə üzündən onların istəklərini qəbul etdi, sonra ağlar hal­da Peyğəmbər (səlləllahu əleyhi və alih)-in hüzuruna gəldi. Bu zaman aşağı­dakı ayə nazil oldu:
مَن کَفَرَ بِاللّهِ مِن بَعْدِ إیمَانِهِ إِلاَّ مَنْ أُکْرِهَ وَقَلْبُهُ مُطْمَئِنٌّ بِالإِیمَانِ
«O kəslər ki, iman gətirdikdən sonra kafir oldular, on­lar üçün ağır əzab vardır; amma təzyiq altında qa­la­raq (məcburiyyətə düçar olaraq) bu işi görənlər istis­nadır.»[3]
Peyğəmbər (səlləllahu əleyhi və alih) Əmmarın ata-anasını şə­­hid­lər­dən hesab etdi, sonra Əmmarın göz yaşlarını si­­lib buyur­du: «Sənin üçün heç bir günah yoxdur. Əgər səni yenə də bu işə məcbur etsələr, sən də həmin kəlmələri tək­rar et!»
Bütün islam müfəssirlərinin yuxarıdakı ayənin Əm­ma­rın özü və ata-anasının barəsində nazil olduğunu deməsi və Peyğəmbər (səlləllahu əleyhi və alih)-in bu hadisədən sonra bu­yur­­­duğu sözləri qeyd etmələri göstərir ki, təqiyyə əql sahi­bi olan bütün insanların qəbul etdiyi bir məsələdir. Am­ma çox təəccüblüdür ki, bu möhkəm Qur’an sənədləri və əhli-sünnənin təfsir alimlərinin sözləri ilə belə, yenə də təqiyyəni şiələrə irad tuturlar!
Bəli, nə Əmmar münafiq idi, nə də Ali-Fir’onun mö’­mi­­­ni. Əksinə, onlar Allahın əmr və göstərişinə əsa­sən təqiyyə etmişdilər.


[1] «Ğafir» surəsi, 28.
[2] «Ali-İmran» surəsi, 28-ci ayə.
[3] «Nəhl» surəsi, ayə: 106.

 

3-Təqiyyə əql me’yarında5- İslami rəvayətlərdə təqiyyə
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma