5-Peyğəmbər (səlləllahu əleyhi və alih)-İn əmİsİ Abbasa təvəssül

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
4-Peyğəmbərİn vəfatından sonra ona təvəssül etmək1-Vəhhabilərin bəhanələri

Buxari öz “Səhih”ində nəql edir ki, Mədinədə qəhətlik olan zaman Ömər ibni Xəttab Peyğəmbər (səlləllahu əleyhi və alih)-in əmi­si Abbas ibni Əbdül-Müttəlibin vasitəsilə Allahdan ya­ğış istədi. Onun dua zamanı dediyi sözlər belə idi:
Pərvərdigara! Biz öz Peyğəmbərimizə təvəssül edir­­dik, Sən də bizim üçün ne’mət göndərirdin. İndi isə Peyğəm­bərimizin əmisinə təvəssül edi­rik, bizim üçün yağış göndər!
Ravi deyir ki, bunun ardınca çoxlu yağış yağmağa başladı.[1]
6-İbni Həcər Məkki “Əs-səvaiq” kitabında sünnü­lə­rin məşhur ima­mı imam Şafeidən nəql edir ki, o, Peyğəmbər (səlləllahu əleyhi və alih) Əh­li-beytinə təvəssül edirdi. O, bu məşhur şe’rləri də onla­rın barəsində demişdir:
آل النبی ذریعتی و هم الیه وسیلتی
ارجو بهم اعطی غدا بید الیمین صحیفتی
“Peyğəmbərin xanədanı mənim vəsiləmdir, on­lar mənim Allah dərgahına yaxınlaşma vasitəmdir.
Ümidvaram ki, qiyamət günü onların vasitəsilə mənim əməl dəftərim sağ əlimə veriləcək”.
Bu hədisi “Ət-təvəssül ila həqiqətit-təvəssül” kitabı­nın müəllifi Rəfai öz kitabında qeyd etmişdir.[2]
Təvəssül ilə əlaqədar çox ciddiyyətli, tələbkar olan həmin yazıçı müxtəlif sünnü mənbələrindən 26 hədis nəql etmişdir. Bu hədislərin bə’zilərinə irad tutmağa israr etməsinə baxmayaraq, bu hədislər təvatür həddində, yaxud təvatürə yaxındır. Onlar sünnü­lərin mö’təbər və məşhur kitablarında qeyd olunmuşdur və elə bir həddədir ki, ona irad tutula bilməz. Biz burada onların yalnız bir qis­mi­ni zikr edirik, çünki o hədislərin həcmi çox böyükdür.



[1]«Səhihi Buxari», 2-ci cild, səh. 16, (Səlatul-istisqa babı)
[2] «Ət-təvəssül ila həqiqətit-təvəssül», səh. 329

 

4-Peyğəmbərİn vəfatından sonra ona təvəssül etmək1-Vəhhabilərin bəhanələri
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma