1-Vəhhabilərin bəhanələri

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
5-Peyğəmbər (səlləllahu əleyhi və alih)-İn əmİsİ Abbasa təvəssül2-İfratçılar və ğuluv edənlər


İfratçı vəhhabilər öz nəzərlərini is­bat etmək, yə’ni saleh insanlara təvəssül edən müsəlman­la­ra kafirlik və fasiqlik damğası vurmaq üçün təvəssülün müx­tə­­lif növ­lə­rinə icazə verən ayə və rəvayətlər müqa­bilində, gülünc bəhanələr gətirməyə başlayırlar!
Bə’zən deyirlər ki, qadağan olunan təvəssül böyük şəx­siy­yətlərin və saleh insanların məqamına təvəssül edərək onlardan dua və şəfaət istəmək deyil (çünki bunlar caizdir), onların özlərinə təvəssül etməkdir (onların özünə təvəssül etmək caiz deyildir).
Bə’zən də deyirlər ki, caiz olan şey onların ölümündən sonrakı təvəssül deyil, həyatda olduqları vaxt onlara təvəssül etməkdir. Çünki onlar dünyadan getdikləri vaxt, bizimlə əlaqələri kəsilir. Qur’ani-Məcid də buyurur:
إِنَّکَ لَا تُسْمِعُ الْمَوْتَى
“Ey Peyğəmbər, sən öz səsini ölülərin qulağına çat­dı­ra bilməzsən”, çünki sənin onlarla olan əlaqən kəsil­miş­dir. (“Nəml”, 80) Lakin bu kimi iradlar doğrudan da rüsvayçılıqdır. Çünki:
Əvvəla, Qur’ani-məciddə ümumi bir hökm vardır ki, biz onun ümum və itlaqının tələbinə uyğun olaraq, iba­dət­də və fe’llərdəki tövhidlə ziddiyyətli olmayan təvəssülün bütün növlərini caiz bilirik. Qur’an buyurur: “Vəbtəğu iləyhil-vəsilətə – Allah dərgahına (getmək üçün) vəsilə axtarın.” Biz deyirik ki, vəsilə dedikdə Allah dərgahına yaxınlaşma vasitəsi nəzərdə tutulur. Bəli, hər şeyin sizin Allah dərgahına yaxınlaşmanız üçün vasitə olması mümkündürsə, onu da vasitə seçə bilərsiniz. Pey­ğəm­bər (səlləllahu əleyhi və alih)-in duası, Peyğəmbərin şəfaəti, Pey­ğəm­bərin məqamı, Peyğəmbərin Allah dərgahındakı itaət, bən­­də­­çi­lik və s. sifətləri ilə Allah dərgahına yaxın­la­şın. Bu­na əsasən (vəhhabilərin sözlərində qeyd olunduğu kimi) va­si­tənin insanın özünün saleh əməlində xülasə­ləş­­diril­mə­sinə heç bir dəlil yoxdur.
Bizim qeyd etdiklərimiz nə ibadətdəki tövhidə zərər ye­tirir (çünki biz yalnız Allaha pərəstiş edirik, nəinki Pey­ğəmbərə), nə də fe’llərdəki tövhidə xələl yetirir, çün­ki yalnız Allahı bütün xeyir və ziyanların mənşəyi hesab edirik. Hər kəsin nəyi varsa, hamısı Allah tərəfindən və Onun səbəbilədir.
Ayələrdə olan bu qədər ümumiliklə, daha nəyi gözləmə­li­yik?! Bu, eynilə Qur’anın buyurduğu “Qur’andan, bacar­dı­­­ğı­nız qədər tilavət edin!” – («Müz­­zəm­­mil», 20) hök­mü­­nə oxşayır ki, bu ilahi hökmün qarşısındı bəhanə gə­ti­­rib «Ayaq üstə Qur’an oxumağa icazə verilirmi?», yaxud, «Yatan halda necə, Qur’an oxumağa icazə verilirmi?» kimi suallar verək.
Ayənin ümumi hökmü bunu bəyan edir ki, Qur’an oxumağa hər bir halda: səfərdə və qeyri-səfərdə, dəstəmazlı və dəs­tə­maz­sız və s. icazə verilir və yalnız bunun əksinə hər han­sı bir dəlil olarsa, onda başqa məsələ.
Qur’anın ümumları və itlaqları, hər hansı bir maneə ilə qarşılaşmayınca, qəbul olunur. Təvəssül ayələri ümumidir, Qur’anın ümumi ayələri də qəbul olunur, hər hansı bir maneə ilə qarşılaşmayınca ona uyğun əməl etməliyik. Bu barədə bəhanə gətirmək də insaf deyildir.
İkincisi, təvəssül barəsində gəlib çatan rəvayətlər – bə’­zilərini yuxarıda qeyd etdiyimiz kimi – o qədər çeşid­li, növbənövdür ki, təvəssülün hər bir qisminə icazə ve­rir:
Pey­ğəm­bər (səlləllahu əleyhi və alih)-in özünə təvəssül; Kor kişi­nin əhvalatı;
Pey­ğəm­bər (səlləllahu əleyhi və alih)-in qəbrinə təvəssül; bə’zi rəva­yət­lərdə qeyd olunduğu kimi;
Peyğəmbər (səlləllahu əleyhi və alih)-in duasına və şəfaətinə təvəs­sül; digər rəvayətlərdə deyildiyi kimi.
Təvəssül barədə bu qədər və cürbəcür rəvayətlərin varlığı ilə belə, heç bir bəhanəyə yer qalmır.
Üçüncüsü, Peyğəmbərin zatına təvəssül etmək nə de­mək­dir? Nə üçün Peyğəmbər bizim nəzərimizdə möhtə­rəmdir və onun zatını Allah dərgahında şəfaətçi seçirik? Çünki Peyğəmbərin Allah dərgahında çox gözəl ibadəti, vəsfə­sığ­maz bəndəçiliyi vardır. Deməli, bizim Peyğəmbərə tə­vəs­sülümüz elə o həzrətin itaət, ibadət və əməllərinə tə­vəs­sül etməkdir. Vəhhabilər də deyirlər ki, itaətə tə­vəs­sül etməyin eybi yoxdur. Deməli, münaqişə əsaslı deyil, sözdədir.
Qəribədir ki, onların bə’ziləri Peyğəmbərin bərzəx həya­tını inkar edir və onun vəfatını, (nəuzu billah!) ka­fir­lərin vəfatı ilə eyni hesab edirlər. Qur’an şəhidlər üçün əbədi həyat bəyan edərək buyurur:
بَلْ اَحْیاءٌ عِنْدَ رَبِّهِمْ یُرْزَقُونَ
“Onlar diridir və Allah dərgahında ruzidən bəhrələ­nir­­lər.” Peyğəmbər (səlləllahu əleyhi və alih)-in məqamı şəhidlərdən az­dır­­mı?! Məgər sizin hamınız namazda Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə salam göndərmirsiniz?! Əgər vəfatından son­ra tə­vəs­sül edənlərin təvəssülünü dərk etmirsə sizin mə’­na­sız salamınız nə deməkdir?! (Eor-ko­ra­nə təəssüblərdən Allaha pənah aparırıq ki, insanı fəlakət vadisinə çə­kir!) Xoşbəxtçilikdən onların bə’ziləri də o həzrətin bər­zəx həyatını qəbul edirlər ki, buna əsasən, öz irad­larını geri götürməlidirlər.

5-Peyğəmbər (səlləllahu əleyhi və alih)-İn əmİsİ Abbasa təvəssül2-İfratçılar və ğuluv edənlər
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma