2-İfratçılar və ğuluv edənlər

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
1-Vəhhabilərin bəhanələri 3-Təvəssül təklikdə kifayət deyildir!

Biz ifratçı və təfritçi olan iki qrupun arasın­dayıq. Birinci qrup təvəssül işində təqsirə yol verən, işkal törədən, Qur’an və rəvayətlərdə icazə verilən təvəssülü qey­ri-qanuni hesab və bu iş nəticəsində tovhidin kamala yet­mə­mə­sini təsəvvür edənlərdir, halbuki bunların hamısı ya­nı­lırlar. Allah övliyalarına, onların gözəl itaət, layiq­li ibadət və əməl, Allah dərgahına yaxın olduq­ları­na görə təvəssül etmək tovhid məsələsini tə’kid etmək və hər şeyi Allahdan istəməkdir.
İkinci dəstə isə ifratçılar, yə’ni təvəssül məsələ­sin­­də hədlərini aşanlardır. Bunlara ğulat deyilir və on­la­rın təhlükəsi birinci dəstənin təhlükəsindən heç də az de­yil­dir. Onlar elə ifadələr işlədirlər ki, Allahın fe’l­­lərdə olan tovhidi ilə uyğun gəlmir; elə sözlər deyir­lər ki, ibadətdə tovhidlə uyğun gəlmir. Halbuki varlıq alə­­mində həqiqi tə’sir edən Allahdır və hər kəsin nəyi var­sa, Onun tərəfindəndir. Buna əsasən biz təvəssülü in­kar edənlərlə qəti mübarizə apardığımız, yaxud onlara yol gös­tərdiyimiz və xətadan çəkindirdiyimiz kimi, ğu­lat və ifratçılara da yol göstərməli, düz yola çək­mə­liyik.
Həqiqətdə demək olar ki, təvəssülün inkarına səbəb olan amillər­dən biri də təvəssül tərəfdarlarından bə’zi­lə­rinin ifratçılığı olmuşdur. Bunlar ifrat yolunu tut­du­ğu zaman təbii ki, onların qarşısında təhdid yolunu tutanlar da olmalıdır. Bu da bütün e’tiqa­di, ictimai və siyasi məsələlərdə mövcud olan bir qanundur: bu iki inhi­­rafçı və azğın qrup bir-birilə qarşılıqlı müştərəkdir və hər ikisi də yanlışlığa düçar olmuşdur.

1-Vəhhabilərin bəhanələri 3-Təvəssül təklikdə kifayət deyildir!
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma