İslamİ rəvayətlərdə təvəssül

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
Təvəssül Qur’an ayələrİ və əqlİ dəlİllər baxımından1- həzrət Mühəmməd (səlləllahu əleyhi və alih) dünyaya gəl­məmİşdən əvvəl Adəm (əleyhis-salam) ona təvəssül etmİşdİ

İslamın düzgün e’tiqad prinsipləri ilə müxalif ol­ma­yan hər növ təvəssülün caizliyini göstərən ayələrin mütləq (qeydsiz) olmasından, təvəssülün nəinki icazə ve­ri­lən, üstəlik bəyənilən bir şey olması da başa düşü­lür. Bundan əlavə, təvəssül barəsində təvatür, yaxud ona yaxın olan bir həddə nəql olunan çoxlu rəvayətlər də mövcuddur.
Bu rəvayətlərin çoxu həzrəti Peyğəmbər (səlləllahu əleyhi və alih)-in özünə təvəssül etməklə əlaqədardır ki, bə’zən təvəl­lüdündən əvvəl, bə’zən təvəllüdündən sonra və həyatında, bə’zən də vəfatından sonra baş vermişdir.
Əlbəttə, onların bir qismi də Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən başqa sair din rəhbərlərinə təvəssül etməyi göstərir.
Bunu da əlavə edək ki, onların bə’ziləri istək və dua, bə’ziləri Allah dərgahında şəfaət, bə’ziləri də Allahı Peyğəmbər (səlləllahu əleyhi və alih)-in məqamına and verməkdən ibarət­dir. Bir sözlə, bu rəvayətlərdə təvəssülün bütün qismləri möv­cuddur və vəhhabilərin, bəhanə axtaranların hamı­sına tutarlı cavab verir.
İndi bir neçə rəvayətə diqqət yetirin:

Təvəssül Qur’an ayələrİ və əqlİ dəlİllər baxımından1- həzrət Mühəmməd (səlləllahu əleyhi və alih) dünyaya gəl­məmİşdən əvvəl Adəm (əleyhis-salam) ona təvəssül etmİşdİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma