6-Təqiyyə təkcə kafirlər müqabilində caizdirmi?

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
5- İslami rəvayətlərdə təqiyyə7-Haram olan təqiyyə


Bizim müxaliflərimizdən bə’ziləri özlərini yu­xa­rıda qeyd olu­nan aşkar Qur’an ayələri və rəvayətlər qarşı­sın­da gör­dük­ləri zaman təqiyyənin İslamda qanuni bir məsələ ol­ma­sını qəbul etməkdən başqa bir çıxış yolları gör­mür, lakin deyirlər ki, təqiyyə yalnız kafirlərin qar­şı­sın­­da edilməlidir, amma müsəlman qarşısında təqiyyə etmək caiz deyildir.
Halbuki, yuxarıda qeyd edilən dəlillərə diqqət yetir­mək­lə bu ikisi arasında fərqin olmaması tam aşkardır. Çünki:
1-Əgər təqiyyənin məfhumu bir şəxsin təəssübkeş və təhlükəli insanlar qarşısında öz canı, malı və namusunu qo­ru­maqdan ibarətdirsə (əslində də elə budur), onda bu cə­hət­dən agah olmayan təəssübkeş müsəlmanla kafir ara­sın­da nə kimi fərq var?! Əgər əql bu işlərə riayət edilib qa­­nın hədərə verilməməsinə dair qəti hökm verirsə, onda bu ikisinin arasında nə kimi fərq var?! Elə insanlar var ki, mə’lumatsızlığın şiddətindən və çoxlu zəhərli təb­li­ğat­ların tə’sir qoyduğuna görə deyirlər: «Şiənin qanı­nı axıtmaq Allah dərgahına yaxınlaşmaq səbəbidir!» Əgər Əli (əleyhis-salam) və Peyğəmbər (səlləllahu əleyhi və alih) Əhli-beytinin müx­lis ardıcıllarından olan bir şiə belə bir qrupun ara­sı­na düşsə və ondan «sənin məzhəbin nədir?» - deyə soruş­salar, o «şiəyəm» - deyərək öz boynunu cəhalət və cinayət qılınc­larına tapşırmalıdırmı?!
Görəsən, ağıllı bir şəxs bunu qəbul edərmi?!
Başqa sözlə desək, əgər ərəb müşriklərinin Əmmar Ya­si­rə, yaxud Müsəyləmənin ardıcıllarının Peyğəmbər (səlləllahu əleyhi və alih)-in səhabə­lərindən olan iki nəfərə rəva gördük­lə­ri həmin işləri Bəni-üməyyə və Bəni-abbas xəlifələri, eləcə də Əli (əleyhis-salam) şiələri barədə düzgün mə’lumata malik olmayan müsəlmanlar yerinə yetirsə, «bu hakimlər zahirdə mü­səlmandırlar?!» - deyə dəlil gətirib yenə də təqiyyənin ha­ram olduğuna hökm etməliyikmi, hətta yüzlərlə, minlərlə müx­lis Əhli-beyt (əleyhimus-salam) şiəsinin məhv olmasına səbəb olsa belə?!
Əgər Əhli-beyt imamları (əleyhimus-salam) təqiyyə məsələsi barə­sin­də bu qədər tə’kid etməsəydilər və hətta «dinin onda doq­quzu təqiyyədir»[2] - deyə buyurmasaydılar, bəlkə də zülm­kar Bəni-üməyyə və Bəni-abbas hakimləri tərəfindən öldü­rü­lən şiələrin sayı milyonlarla nəfərə çatardı. Yə’ni təqiy­yə hökmü olmasaydı, onların rəhmsizliklə, vəhşi­lik­lə törətdikləri qırğınlar on qat artıq olacaqdı.
Belə bir şəraitdə təqiyyənin şər’i və qanuni bir iş olmasında azacıq şəkk-şübhəyə yol vermək olarmı?! Heç vaxt unutmaq olmaz ki, sünnü alimləri arasında da uzun illər boyu məzhəbi ixtilaflar, o cümlədən Qur’anın ha­dis, yoxsa qədim olması ilə əlaqədar şiddətli çəkiş­mə­lər, dəhşətli qırğınlar olmuş və bu yolda çoxlu qanlar axıdılmışdır! (Halbuki, həmin məsələ mühəqqiqlərin nəzə­rində tamamilə mə’nasız və əbəs bir işdir)
Özünü haqq bilən bir qrup müxaliflərin əlinə keçsə və onlardan əqidələri barədə soruşulsa, tam aşkarlıqla, hətta onların qanını töksələr və qanlarının axıdıl­ma­sı­nın azacıq fayda və tə’sirli olmasa belə, «mən filan əqi­dəyə malikəm» - deməlidirmi?!
2-Fəxr Razi «illa ən təttəqu minhum tuqatən» ayə­sinin («Ali-İmran», 28) təfsirində deyir: «Ayənin za­hi­ri mə’nası buna dəlalət edir ki, əksər hallarda ka­fir­lə­rin müqabilində olan təqiyyə mübahdır... (Sonra deyir:)
اِلاَّ اَنَّ مَذْهَبَ الشَّافِعیِّ-رض-اَنَّ الْحالَةَ بَیْنَ الْمُسْلِمِینَ اِذَا شاکَلَتِ الْحالَةَ بَیْنَ الْمُسْلِمِینَ وَ الْمُشْرِکینَ حَلَّتِ التَّقِیَّةُ مُحاماةً عَلَی نَفْسِهِ
Amma Şafeinin məzhəb və əqidəsi budur ki, əgər mü­səl­­manların bir-birinə qarşı vəziyyətləri on­la­rın kafirlərlə olan vəziyyətləri kimi olarsa, canın qorunması üçün təqiyyə halaldır...»[3]
O, sonra mal-dövlətin qorunub-saxlanması üçün təqiy­yə­nin caiz olma dəlillərini bəyan edir və Peyğəm­bərdən nəql olunan «hurmətu malil-muslim kəhurməti dəmihi (mü­səlmanın malının toxunulmazlığı malının toxunul­maz­lığı kimidir), eləcə də «mən qutilə dunə malihi fə hu­və şəhid» (hər kəs mal-dövlətini qorumaq yolunda öldürül­sə, şəhiddir) hədislərinə istinad etmişdir.
«Təfsiri Təbəri»nin haşiyəsində olan «Təfsiri Nişa­puri»də də belə oxuyuruq:
تَجَوَّزَ التَّقِیَّةُ بَیْنَ الْمُسْلِمِینَ کَمَا تَجَوَّزَتْ بَیْنَ الْکَافِرِینَ مُحاماةً عَلَی النَّفْسِ
«İmam Şafei demişdir ki, təqiyyə, kafirlərin ara­­sında caiz olduğu kimi, müsəlmanların arasında can­ların qorunub-saxlanması xatirinə caizdir.» [4]
3-Maraqlıdır ki, Bəni-Abbasın xilafəti dövründə əhli-sünnət mühəddislərinin bir qrupu da Qur’anın qədim olma­sına e’tiqad bəslədiyinə görə dövrün hakimləri tərə­findən ağır təzyiqlərə mə’ruz qaldılar və onlar təqiyyə üzündən Qur’anın hadis olmasını deyərək nicat tapdılar.
Məşhur tarixçi İbni Sə’d «Təbəqat» və digər tarixçi olan Təbəri özünün «Tarix» kitabında Mə’munun tərəfin­dən bu məsələ ilə əlaqədar Bağdadın şortə (polis) rəisi İshaq İbni İbrahimə göndərilən kitabında iki məktubun adını çəkir.
İbni Sə’d birinci məktubun barəsində belə yazır: Mə’­­mun polis rəi­sinə yazdı ki, məşhur mühəddislərdən olan 7 nəfəri – Məhəmməd ibni Sə’d Katib Vaqidi, Əbu Müslüm, Yəhya ibni Muin, Züheyr ibni Hərb, İsmail İbni Davud, İsmail ibni Əbi Məs’ud və Əhməd ibni Döv­­rəqi nəzarət altında mənim yanıma göndər. Onlar xəli­fənin yanı­na gələn zaman Mə’mun onların əqidəsini soruşdu: «Sizin Qur’an ba­rə­sində nəzəriniz nədir?» Hamı­lıqla de­di­lər ki, Qur’an məxluqdur (bax­­mayaraq ki, mühəd­dis­lərin arasında məşhur rə’y bu mə’nanın tam əksidir; yə’ni Qur’an qədimdir və onlar da buna e’tiqad bəsləyir­lər).[5]
Beləliklə onlar Mə’mun tərəfindən ağır cəza almamaq üçün təqiyyə etdilər: Qur’anın məxluq olduğunu deyərək canlarını qurtardılar.
Mə’munun ikinci məktubunun ardınca (Təbəri onu nəql etmişdir və orada Bağdadın şortə rəisinə xitab olunmuşdur) belə yazır: Mə’munun məktubu ona çatan zaman mühəddislərdən, bəlkə də sayı iyirmiyə çatan bir qrupu çağırdı və Mə’munun məktubunu onlara oxudu. Sonra onları bir-bir çağırdı ki, Qur’an barəsində öz əqidələrini izhar etsinlər. Dörd nəfər istisna olmaqla onların hamısı e’tiraf etdilər ki, Qur’an məxluqdur (və təqiyyə edərək canlarını qurtardılar).
E’tiraf etməyən dörd nəfər isə: Əhməd ibni Hən­bəl, Səccadə, əl-Qə­va­riri və Məhəmməd ibni Nuh. Po­lis rəisi əmr etdi ki, onları zən­cir­ləyib zindana sal­sın­lar. Saba­hı günü onların hamısını çağırıb Qur’­­an barə­sin­də əv­vəl­ki sözünü soruşdu. Səccadə e’tiraf edib dedi ki, Qur’­an məxluqdur. Bunu deyib azad olundu, qalanları öz mü­xa­li­fət­lərinə israr etdilər və rəis də onları zindana qay­tar­dı. Sonrakı gün o üç nəfəri çağırdı, bu dəfə əl-Qə­va­r­iri öz sözündən dönüb azad olundu, lakin Əhməd ibni Hənbəl və Məhəmməd ibni Nuh öz sözlərinə israr edir­dilər. Po­lis rəisi onları Tərtüs şəhərinə sürgün etdi.[6]
Bə’ziləri bu şəxslərin təqiyyəsinə e’tiraz etdikdə, on­lar Əmmar Yasirin kafirlər qarşısındakı əməlinə isti­nad etdilər.[7]
Bunların hamısı da aşkar şəkildə göstərir ki, insan şiddətli təz­yiqə mə’ruz qaldığı və zalımların əlindən qurtarmağın yeganə yolu təqiyyə olduğu zaman təqiyyəyə əməl edə bilər; istər kafir qarşısında olsun, istərsə də cahil müsəlmanlar qarşısında (diqqət edin).

 



[1] «Müsnəd», İbni Əbi Şeybə, 12-ci cild, səh.358.
[2] «Biharul-ənvar», 109-cu cild, səh.254
[3] «Təfsiri kəbir», Fəxr Razi, 8-ci cild, səh.13
[4] «Təfsiri Nişapuri» («Təfsiri Təbəri»nin haşiyəsində), 3-cü cild, səh.118.
[5] «Təbəqat» (İbni Sə’d), 7-ci cild, səh.167. Beyrut çapı.
[6] Tərtüs – Şamda dərya kənarında olan bir şəhərdir («Mö’cə­mül-büldan», 4-cü cild, səh.30.)
[7] «Tarixi Təbəri», 7-ci cild, səh.197.

 

 

5- İslami rəvayətlərdə təqiyyə7-Haram olan təqiyyə
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma