Təvəssül Qur’an ayələrİ və əqlİ dəlİllər baxımından

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
Bəhsİn xülasəsİİslamİ rəvayətlərdə təvəssül

Bu məsələ, yə’ni maddi və mə’nəvi müşküllərin həll olunması üçün – Allah dərgahında – ilahi övliyalara təvəs­­sül etmək vəhhabilərlə sair dünya müsəlmanları ara­sında ən çox münaqişəli, mühüm məsələlərdən biridir. Vəhhabilər deyirlər ki, saleh əməllərlə Allah dərgahına təvəs­sül etməyin eybi yoxdur, lakin Allah övliyalarının va­si­təsilə təvəssül etmək caiz deyildir və bu işi bir növ küfr hesab edirlər. Halbuki, sair müsəlmanlar ilahi öv­li­yalara təvəssül etməyi (sonradan deyəcəyimiz mə’na əsa­sın­da) caiz hesab edirlər.
Vəhhabilər bə’zi Qur’an ayələrinin təvəssülü qadağan etməsini güman edərək onu şirk sayırlar. O cümlədən bu ayəyə istinad edirlər:
مَا نَعْبُدُهُمْ إِلَّا لِیُقَرِّبُونَا إِلَى اللَّهِ زُلْفَى
(Bu ayə ilahiləşdirilən mə’budlar – mələklər kimi – ba­rə­­­sin­dədir. Cahiliyyət dövrünün müşrikləri deyir­di­lər:) “Onlara pərəstiş etməyimizin səbəbi budur ki, bizi Allah dərgahına yaxınlaşdırsınlar.”[1]
Qur’an onla­rın bu sözünü şirk hesab edir. Digər bir ayədə isə buyu­rur:
فَلاَ تَدْعُوا مَعَ اللهِ اَحَدًا
“Allahla yanaşı, heç bir şəxsi çağırmayın!”[2]
Bir ayədə isə belə buyurulur:
وَالَّذِینَ یَدْعُونَ مِن دُونِهِ لاَ یَسْتَجِیبُونَ لَهُم بِشَیْءٍ
Allahdan qeyri olaraq çağırdıqları (mə’budlar) onla­rın heç bir müşküllərini həll etmir.”[3]
Vəhhabilər xam xəyallara qapılaraq belə güman etmiş­lər ki, bu ayələr ilahi övliyalara təvəssül etməyi qadağan edir. Əlavə olaraq, digər bir bəhs də irəli çəkib deyirlər ki, bə’zi rəvayətlərə əsasən, sağlığında Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə təvəssül etmək caiz olsa da, vəfatından sonra ona təvəssül etməyin caizliyinə heç bir dəlil yoxdur. Bu, onların iddialarının xülasəsidir.
Amma çox təəssüflər olsun ki, vəhhabilər məhz həmin dəlilsiz, puç iddialar xatirinə müsəlmanların bir çoxu­nu şirk və küfrdə müttəhim, qanlarını və var-döv­lət­lərini mübah hesab edirlər. Bu bəhanə ilə nə qədər nahaq qanlar axıdılmış, nə qədər var-dövlət və əmlak qarət edil­mişdir!
Onların bu məsələ barəsindəki e’tiqadları ilə tanış olduqdan sonra yaxşı olardı ki, əsl məsələyə qayıdaq və təvəssül məsələsini dəlil-sübut əsasında həll edək.
Əvvəlcə təvəssülün lüğət, ayə və rəvayətlərdəki mə’na­sı­­nı araşdırırıq: Təvəssül lüğətdə «vasitə seçmək» deməkdir, «vasitə» də bu mə’nayadır ki, insan bir şeylə başqasının hüzuruna yaxınlaşsın.
Məşhur lüğət kitablarından olan «Lisanul-ərəb»də deyilir:
وسل الی الله وسیلة اذا عمل عملا تقرب به الیه و الوسیلة ما یتقرب به الی الغیر
«Allah dərgahına doğru təvəssül etmək, yə’ni vasitə seç­mək dedikdə, məqsəq budur ki, insan elə bir əməli ən­cam versin ki, onunla Allah dərgahına yaxınlaşsın. Və­silə də o şey mə’nasındadır ki, insan onun vasitəsi və köməyi ilə başqa bir şeyə yaxınlaşır.»
«Misbahul-lüğət» kitabında deyilir:
الوسیلة ما یتقرب به الی الشیء و الجمع الوسائل
«Vasitə və vəsilə o şeydir ki, insan onun vasitəsilə digər bir şeyə, yaxud şəxsə yaxınlaşır. Vəsilə, vəsail kimi cəmlənir.»
“Məqayisul-lüğət” kitabında deyilir:
الوسیلة الرغبة و الطلب
“Vəsilə – rəğbət və tələb mə’nasındadır.”
Deməli, vəsilə həm yaxınlaşmaq, həm də bir şeyin baş­qa bir şeyə yaxınlaşmasına səbəb olan şey mə’nasın­da­dır. Bunun da geniş mə’naları vardır.
İndi isə Qur’an ayələrini araşdırırıq:
Qur’anda vəsilə kəlməsi iki ayədə işlən­miş­dir. Onlardan birincisi «Maidə» surəsinin 35-ci ayəsidir:
یَا أَیُّهَا الَّذِینَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَابْتَغُواْ إِلَیهِ الْوَسِیلَةَ وَجَاهِدُواْ فِی سَبِیلِهِ لَعَلَّکُمْ تُفْلِحُونَ
Bu ayədə bütün imanlı şəxslərə xitab olunaraq üç gös­təriş verilir: Birincisi təqva, ikincisi bizi Allah dər­gahına yaxınlaşdıran vasitə seçmək, üçüncüsü isə Allah yolunda cihad etmək. Bu sifətlərin (təqva, təvəssül və cihad) məcmusunun nəticəsi ayənin axırında gələnlərdir:
وَجَاهِدُواْ فِی سَبِیلِهِ لَعَلَّکُمْ تُفْلِحُونَ
Yə’ni «Bu da sizin qurtuluşa çatma səbəbinizdir.»
Qur’anda “vəsilə” sözünün işləndiyi ikinci yer isə «İsra» surəsinin 57-ci ayəsidir. Bu ayənin mə’nasını başa düşmək üçün 56-cı ayədən başlamaq lazımdır:
قُلِ ادْعُواْ الَّذِینَ زَعَمْتُم مِّن دُونِهِ فَلاَ یَمْلِکُونَ کَشْفَ الضُّرِّ عَنکُمْ وَلاَ تَحْوِیلاً
Ey Peyğəmbər, de: Allahdan başqa çağırdığınız və öz mə’­­budunuz hesab etdiyiniz şəxsləri çağırın, çə­tin­lik­lərinizi həll etsin! Onlar sizin bir çətinli­yi­ni­zi belə həll edə, heç bir dəyişiklik yarada bilməz­lər.
“Qulid’ulləzinə” cümləsinə diqqət yeirməklə mə’lum olur ki, bu ayədə məqsəd bütlər və onun oxşarları deyil­dir, çünki “əlləzinə” (o kəslər ki,) kəlməsi əql sahibləri olan varlıqlar üçün işlənir. Əksinə, məqsəd o mələk­lər­dir ki, müşriklər onlara pərəstiş edirdilər, yaxud həzrəti Məsih (əleyhis-salam)-dır ki, bə’ziləri onu özünə mə’bud seçərək pərəstiş etmişlər.
Bu ayədə deyilir ki, nə mələklər, nə də həzrəti Məsih (əleyhis-salam) sizin çətinliklərinizi həll edə, zərərlərinizi aradan qaldıra bilməz.
Sonrakı ayədə buyurulur:
أُولَـئِکَ الَّذِینَ یَدْعُونَ یَبْتَغُونَ إِلَى رَبِّهِمُ الْوَسِیلَةَ أَیُّهُمْ أَقْرَبُ وَیَرْجُونَ رَحْمَتَهُ وَیَخَافُونَ عَذَابَهُ إِنَّ عَذَابَ رَبِّکَ کَانَ مَحْذُورًا
“Bunların (həzrət Məsih (əleyhis-salam) və mələklərin) öz­lə­ri elə şəxslərdir ki, Allah dərgahına gedir, Onun dər­ga­­hı­na vasitə ilə yaxınlaşırlar, elə bir vasitə ki, daha ya­xın­dır. Onlar Allahın rəhmətinə ümidvardır və Onun əzabından qorxurlar, çünki Rəbbinin əzabı elə bir əzab­dır ki, hər kəs ondan vəhşətə gəlir.”
Vəhhabilərin səhvinin mənşəyi budur ki, övliya­ulla­ha təvəssül etməyi, onları hacətlərin yerinə yetirilməsi, xoşagəlməzliklərin dəf olunmasının müstəqil mənbəyi hesab edirlər, halbuki təvəssülün mə’nası belə deyildir. Onların istinad etdikləri ayələr ibadət barəsin­dədir, halbuki heç kəs Allah övliyalarına ibadət etmir.
Biz Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih)-ə təvəssül etdiyimiz zaman ona ibadətmi edirik?! Biz Peyğəmbər (səlləllahu əleyhi və alih)-i zərər­lərin dəf olunmasında, hacətlərin yerinə yetirilməsində tam müstəqil bir varlıqmı hesab edirik?! Qur’ani-məcidin camaatı də’vət etdiyi təvəssül bundan ibarətdir ki, o vasitə ilə Allah dərgahına yaxınlaşaq. Yə’ni bunlar Allah dərgahında şəfaət və vasitəçilik edirlər. Həmin şey ki, biz onu şəfaətdə demişik.
Həqiqətdə təvəssülün mahiyyəti şəfaətin mahiyyətilə eynidir. Şəfaətin dəlilləri çoxlu ayələrdir, təvəssülün dəlili isə iki ayədir. Maraqlıdır ki, «Maidə» surəsinin 57-ci ayəsində “əyyuhum əqrəbu” (hansı biri daha yaxın­dırsa) deyilir, mələklər və həzrət Məsih (əleyhis-salam) da özləri üçün daha yaxın olan bir vasitə seçirdilər. Cəm şəklində olan «hum» əvəzliyi əql sahibi olan şəxsləri göstərir. Yə’ni onlar, bu salehlərin və ilahi övliyaların hansı biri Allah dərgahına daha yaxındırsa onun vasitəsilə təvəssül edirdilər.
Hər bir halda, əvvəlcə ilahi övliyalara tə­vəs­sül etmə­yin nədən ibarət olduğu aydınlaşdırıl­ma­lı­dır: yə’ni gö­rə­sən onlara tə­vəs­sül etmək ibadət, bəndəçilik və pərəstiş­dir­mi?! Əsla! Görəsən onları hacətləri yerinə yetirən müstəqil varlıq hesab etməkdirmi?! Əsla! Onlar hacətləri yerinə yetirməkdə və qəm-qüssəni dəf etməkdə müstəqildirlərmi?! Əsla! Onlar Allah dərgahında, onla­ra təvəssül edənlər üçün şəfaət (vasitəçilik) edirlər. Bu, eyni ilə ona oxşayır ki, mən, məni tanımayan böyük şəxsiyyətli bir adamın evinə getmək istəyirəm. Bu zaman həm məni, həm də onu tanıyan şəxsdən xahiş edirəm ki, birlikdə həmin şəxsin hüzuruna gedək, məni ona təqdim etsin, onun hüzurunda mənim üçün vasitəçi olsun. Bu iş nə bəndəçilikdir, nə də tə’sirdə müstəqillik!
Burada münasib görürük ki, İbni Ələvinin məşhur ki­ta­bı olan “Məfahimu yəcibu ən tusəhhəhə” kitabında qeyd et­diyi maraqlı bir məqamı xatırladaq. O deyir:
«Cama­a­tın çoxu təvəssülün həqiqətini başa düş­məkdə xətaya, səhvə düçar olmuşlar, buna görə də biz öz nəzərimizə görə təvəssülün həqi­qi və düz­gün məfhumunu bəyan edirik. Əv­vəl­cə xatır­lat­maq lazımdır ki:
1-Təvəssül dua yollarından və həqiqətdə Al­lah dərga­hı­na diqqət yetirmək qapılarından bi­ri­­dir. Deməli, həqi­qətdə əsl məqsəd Allah-taala­dır, vasitəçi seçərək təvəssül etdi­yimiz şəxs isə, Onun dərgahına yaxın olan bir vasitədir (və­si­lədir). Əgər bir şəxsin e’tiqadı bundan qey­ri olarsa, müşrikdir.
2-Müəyyən bir şəxsin vasitəsilə Allah dər­ga­hı­na tə­vəs­sül edən adam ona bəslədiyi məhəbbət və onun barəsində malik olduğu e’ti­qa­da görə ina­nır ki, Allah-Taala o şəx­si sevir və əgər bu işin əksi aşkar olarsa, ondan tama­milə uzaq­la­şacaq və onunla müxalifətə qalxmış olacaq. Əsas me’yar budur ki, Allah onu sevmiş olsun.
3-Təvəssül edən şəxs vasitə seçdiyini (buna mü­təvəs­səlun-bih deyilir) müstəqil şəkildə zə­rər və ya fayda çat­dırmasına, öz-özlüyündə Allah ki­mi olmasına inanar­sa, bu şəxs müşrikdir.
4-Təvəssül vacib və zəruri bir iş deyildir və dua­nın qəbul olunması təvəssül ilə bitmir. Mü­hüm olan şey hansı surətdə olursa olsun, dua et­mək və Allah dərgahına getməkdir. Belə ki, Al­lah-taala buyurur:
وَإِذَا سَأَلَکَ عِبَادِی عَنِّی فَإِنِّی قَرِیبٌ
İbni Ələvi Maliki bu müqəddimədən sonra sünnü alim­­­lə­rinin, fəqih və mütəkəllimlərinin təvəssül barə­sin­­dəki nəzərlərini araşdıraraq deyir:
“Saleh əməllərin vasitəsilə Allah dərga­hı­na təvəssül etməyin qanuni, şər’i bir iş olması barəsində müsəlmanların arasında heç bir ixtilaf yoxdur. Misal üçün, bir şəxs namaz qıl­sa, oruc tutsa, Qur’an tilavət etsə, Allah yolunda sə­dəqə versə və bu əməllərin vasitəsilə Allah dərgahına yaxınlaşaraq bu yaxınlığı əldə etsə; bu işin qanuni olması barəsində heç bir şəkk-şübhə yoxdur.
Bu növdən olan təvəssülü hətta sələfilər be­lə, qəbul etmişlər. İbni Teymiyyə özünün müx­tə­lif kitablarında, xüsusilə “Əl-qaidə­tul-cə­liy­yətu fit-təvəssüli vəl-vəsiləti” kita­bında qə­bul etmişdir.
İbni Teymiyyə bu cür təvəssülün – yə’ni sa­leh əməl­lərlə təvəssül etməyin caizliyini aş­kar şə­kil­­də demişdir. Bəs ixtilaf harada­dır?! Saleh əməl­dən qeyrisinə təvəs­sül etmək­də­dir­mi?! Mi­sal üçün, övliyaullahın zati alilərini təvəssül va­si­təsi qə­rar verərək belə desin: “Allahummə inni ətəvəssəlu iləy­kə bi Nəbiyyikə Muhəmməd. Pər­vərdigara, mən Sənin dərga­hı­na təvəssül edir və Sənin peyğəmbərin Mühəmmədin vasi­təsi­lə yaxınlaşıram.”
Sonra əlavə edərək deyir:
İxtilaf bu mə’nada – vəhhabilərin ilahi öv­li­yalara təvəssül etməsinin inkarında deyildir. Allah övliyalarına təvəssül etməklə əlaqədar ixtilaf, həqiqətdə bir növ zahiri və ləfzi (sözdə olan) ixtilafdır, zati və əsaslı deyildir, başqa sözlə desək, ləfzi münaqi­şə­dən ibarətdir. Çünki Al­lah övliyalarına təvəssül etmək əslində onla­rın əməllərinə təvəssül etməkdir və bu da caiz­dir. Deməli, əgər müxaliflər də insaf və bəsirət gözü ilə baxsaydalar, bu məsələ onlar üçün aşkar olacaq­dı; onların tutduğu irad dəf olunacaq, fitnə odu sönəcək və müsəlmanları zəlalətdə müttə­him etməyə növbə çatmayacaqdı.
Sonra bu sözün izahında deyir:
Allah övliyalarından hər hansı birinə tə­vəs­sül edən şəxs onu sevdiyinə görə təvəssül edir. Onu nə üçün sevir? Buna görə ki, o şəxsin sa­leh əməlli olmasına inanır, yaxud o şəxs Al­la­hı sevir və ya Allah onu sevir, yaxud da insan o va­sitəni sevir. Bütün bunları araşdırdıqda axırı gedib əmələ çatır.» [4]
Əlbəttə, sonralar deyəcəyimiz kimi, adi insanlara tə­vəs­sül etmək, hətta yüksək məqama layiq olsalar belə, on­ların əməllərinə görə deyil; onların Allah dərgahın­da abır-heysiyyətli, əziz, başıuca olmasına, yaxud hər hansı bir başqa dəlilə görədir. Lakin biz onları tə’sirdə müstəqil hesab etmirik, əksinə onları Allah dərgahında şəfaətçi qərar veririk. Bu təvəssül nə küfrdür, nə də şəriətə müxalif olan bir iş.
Qur’an ayələrində bu təvəssülə dəfələrlə işarə edil­miş­dir. Şirk odur ki, biz hər hansı bir şeyi Allahın müqa­bilində və müstəqil şəkildə tə’sirçi bilək. Vəhha­bi­lə­rin səhvi budur ki, aşağıdakı ayədə («Zümər», 3) iba­dətlə şəfaəti bir-birinə qarışdırmış və güman et­miş­lər ki, şəfaət də şirkdir:
مَا نَعْبُدُهُمْ إِلَّا لِیُقَرِّبُونَا إِلَى اللَّهِ زُلْفَى
Vasitələrə ibadət etmək şirkdir, amma onlara təvəs­sül etmək şirk deyildir.

 



[1] «Zümər» surəsi, ayə: 3
[2] «Cinn» surəsi, ayə: 18
[3] «Rə’d» surəsi, ayə: 14
[4] «Məfahimu yəcibu ən tusəhhəhə», səh. 116, 117

 

Bəhsİn xülasəsİİslamİ rəvayətlərdə təvəssül
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma