Ən yaxşı çıxış yolu

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
Müt’əni kim qadağan etdi?1-İbadətlər arasında səcdənin əhəmiyyəti


Bu kimi ziddiyyətli nəzəriyyələr hər kəsi dərin müta­li­əyə, təhqiqata vadar edir. Görəsən, nə üçün bu məsələ barəsində bir-birinə zidd olan bu qədər rəvayət nəql olunmuşdur?! Nə üçün hər mühəddis, yaxud fəqih özü üçün bir yol seçmişdir?! Bir-biri ilə ziddiyyətli olan bu rəva­yətlərin arasındakı təzadı necə aradan qaldırmaq olar?! Bu qədər ixtilaflar bu məsələ barədə həssas bir si­ya­­sətin irəli çəkildiyinə dəlalət etmirmi?! Belə ki, hə­dis saxtakarlarından bə’ziləri onu mənbələrə daxil et­miş, müəyyən rəvayətlər də düzəltmiş, Peyğəmbər səhabə­lə­r­inin adından sui-istifadə edərək onlara nisbət vermiş və demişdir ki, guya onlar Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih)-dən be­lə bir rəvayət nəql etmişlər!
Bu siyasi məsələ də yalnız ikinci xəlifənin dediyi aşağıdakı cümlədir: «İki şey Peyğəmbərin vaxtında halal idi, mən onları haram edirəm... onlardan biri də qadınların müt’əsidir.»
Bu sözün çox qəribə mənfi tə’siri olmuşdur: belə ki, əgər ümmətin ayrı-ayrı fərdləri, yaxud xəlifələr islam hökmlərini tam aşkar şəkildə təhrif edib dəyişərlərsə, bu işin təkcə ikinci xəlifəyə məxsus olmasına dair heç bir dəlil olmayacaq, başqalarının da Peyğəmbər (səlləllahu əleyhi və alih)-in aşkar buyuruğu müqabilində şəxsi rə’ylə­ri­ni irəli sürmək haqqı olacaqdır. Bu halda islam hökmlərində, vacib və haramlarında çox qəribə hərc-mərclik yaranacaq və zamanın keçməsi ilə həqiqi İslamdan əsər-əlamət qalmayacaqdır.
Bunun qarşısını almaq və onun buraxdığı mənfi tə’­sir­ləri aradan qaldırmaq üçün bə’ziləri demişlər ki, bu iki­sinin qadağan edilməsi Peyğəmbər (səlləllahu əleyhi və alih)-in döv­rün­də baş vermişdir. Hər kəs özündən bir hədis dü­zəl­də­rək onu Peyğəmbər (səlləllahu əleyhi və alih)-in möhtərəm səha­bələ­ri­nə aid etmiş, onların da heç bir əsası olmadığına görə, axır­­­da bir-biri ilə aşkar ziddiyyətlərə gətirib çıxar­mış­dır!!
Əgər belə olmasaydı, onda necə mümkün ola bilərdi ki, bir-birinə zidd olan bu qədər rəvayətlər nəql olunsun və bə’­zi fəqihlər onların arasındakı ziddiyyəti aradan qal­dır­maq üçün «müt’ə bir dövrdə mübah, sonra haram olmuş­dur, sonradan yenə mübah, daha sonra haram edilmişdir!» - desinlər?! Məgər ilahi hökmlər oyun-oyuncaqdırmı?!
Bunların hamısından keçəndə, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə müt’ə hökmən müəyyən zərurətlər üzün­dən mü­bah idi və bu zərurət digər əsrlərdə də qarşıya çıxır­dı. Xüsusilə, bizim əsrimizdə daha şiddətlə qarşıya çıx­mış­dır. Bə’zi cavanlar, yaxud xarici ölkələrə uzun­müd­dət­li səfərə gedən müsafirlər barəsində bunu demək olar. Bəs nə üçün haram olmalıdır?!
O dövrün islami mühitində cinsi qərizələri bu qədər təhrik edən amillər yox idi: tam hicabsız və yaxud hicaba riayət etməyən qadınlar, insanın şəhvət qüvvəsini təhrik edən kino və proqramlar, internet, yaxud krosnı antenalar, fəsad məclisləri, təxribatçı və fəsad törədən mətbuat yox idi ki, cavanları qurban etsin.
Görəsən, o əsrdə müt’əyə zəruri bir iş kimi icazə ve­ril­miş, sonra əbədiyyətə qədər qadağan olunmuşdur?! Gö­rə­sən, bu söz qəbul olunasıdırmı?!
Bunların hamısını nəzərə almasaq və islam fəqih­lərindən böyük bir qrupunun onu haram etməsini fərz etsək belə, yenə də onlardan digər bir qrupu bu işə icazə vermişlər və məsələ ixtilaflıdır. Belə olan halda la­yiq­dirmi ki, müt’əni halal hesab edənlər öz müxa­lif­lərini, din hökmlərinə iltizamlı olmamaqla müttəhim etsinlər, yaxud onu haram sayanlar müt’əni mübah iş hesab edənləri Allah eləməmiş (nəuzu billah), zinanın tərəfdarları hesab etsinlər?! Onlar qiyamətdə, Allahın qarşısında necə cavab verəcəklər?! Deməli, onu heç olmazsa, icti­had­dakı bir ixtilaf hesab etməliyik.
Bu kimi məsələlərdə xüsusi təəssübə malik olan Fəxr Razi öz təfsirində yazır: «Ümmətin əksəriyyəti bu hökmün nəsx olunmasına inanırlar, lakin bir qrup da deyir ki, müt’ənin mübah olması hökmü öz halında qalmaqdadır.»[1] Yə’ni bu, ixtilaflı bir məsələdir.
Burada müvəqqəti nikah bəhsini sona çatdırır və ha­mı­dan təvəqqe edirik ki, bu bəhsi heç bir dəlilsiz mü­ha­kimə yürütmədən, yersiz ittihamlar vurmadan bir daha diq­qət­lə oxusunlar və sonra insafla mühakimə yürüt­sün­lər. Şübhəsiz, əmin ola bilərlər ki, müt’ə hələ də ilahi bir hökmdür və şərtlərinə riayət etməklə cəmiyyətin bir çox problemini həll edə bilər.


[1] «Təfsiri kəbir», Fəxr Razi, 10-cu cild, səh.49.

Müt’əni kim qadağan etdi?1-İbadətlər arasında səcdənin əhəmiyyəti
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma