8-Tarixin şəhadəti

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
7-Peyğəmbər (səlləllahu əleyhi və alih)-İn köməkçİlərİnİn qİsmlərİ 9-Peyğəmbərin dövründə, yaxud ondan sonrakı dövr­lərdə səhabələrə ilahi cəza qanunlarının icra edil­məsi


Bütün səhabələrin – istisnasız olaraq – müqəddəs ol­ma­­sı­na e’tiqad tarixi boyu bu əqidə tərəfdarları üçün çoxlu çətinliklər yaratmışdır. Çünki onların e’timad et­­­dik­­ləri məşhur tarixlərdə, hətta «sihah» kitab­la­rı­nın hədislərində belə, bə’zi səhabələrin arasında şid­dət­­li çarpışmaların baş verdiyini görürük. Biz bir-biri ilə döyüşən hər iki tərəfin saleh, ədalətli və mü­qəd­dəs olmasını id­dia edə bilmərik. Çünki bu, bir-bi­ri­nə zidd olan iki şe­­yin bir yerə cəm olması qəbilin­dən­dir. İki zidd şeyin bir yerə toplaşa bilməməsi də ən adi əqli məsələlərdən biri­­dir.
Müsəlmanların rəhbəri imam Əli (əleyhis-salam)-a qar­şı Təlhə və Zübeyrin vasitəsilə törədilən Cəməl və Müa­vi­yə tərəfindən icad edilən Siffeyn müharibəsindən əlavə, həqiqətlərə nəzər saldıqda hökmən bu müharibələri törə­dən­lərin cinayət və xətalarını e’tiraf etməliyik. Bu məsə­lə barəsində çoxlu tarixi şahidlər vardır ki, onların bir qismini burada zikr edirik:
Məşhur mühəddis Buxari özünün «Səhih» kitabının təf­­sir bölməsində «ifk» məsələsi (Peyğəmbər (səlləllahu əleyhi və alih)-in həyat yoldaşlarına vurulan töhmətlər) ilə əlaqədar yazır: Bir gün Peyğəmbər minbərdə olarkən belə səsləndi: «Ey mü­səlmanlar, kim bu kişini cəzalandırar?!» (Məqsədi müna­fiq­lərin rəhbəri Əbdüllah ibni Səlul idi.) Mənə xə­bər ça­tıb ki, o mənim xanımlarıma pis töhmətlər vur­muşdur, hal­buki mən öz həyat yoldaşlarımdan qanunsuz bir iş mü­şa­hidə etməmişəm.» Sə’d ibni Məaz Ənsari (məş­­hur səha­bədir) ayağa qalxıb dedi: «Mən onu cəzalan­dıraram! Əgər Ovs tayfasından olsa, onun boynunu vuraram; əgər Xəz­rəc tayfasından olsa, sizin buyurduğunuz hər cəzanı ve­rə­rəm.» Sə’d ibni Übadə Xəzrəc tayfasının böyük­lə­rindən və bundan əvvəl saleh bir insan idi. Qəbilə təəs­süb­ləri təhrik olunduğuna görə Sə’d ibni Məaza dedi: «Allaha and olsun ki, yalan deyirsən! Sən heç vaxt bu işi görə bilməzsən!» Üseyd ibni Hüzeyr (Sə’d ibni Məazın əmi­si oğlu) dedi: «Al­laha and olsun, sən yalan deyirsən! O, müna­fiq­lər­dəndir və biz onu qətlə yetirəcəyik!» Az qa­lır­dı ki, Ovs və Xəzrəc tayfaları bir-birinə hücum etsinlər ki, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) onları sakit­ləş­dirdi.[1]
Bu şəxslərin hamısı saleh səhabə idilərmi?!
Məşhur sünnü alimi Bilazəri «Əl-ənsab» kitabında ya­zır: Sə’d ibni Əbi Vəqqas Kufənin valisi idi. Osman onu işdən çıxarıb Vəlid ibni Üqbəni onun yerinə tə’yin et­di. O zaman beytül-malın keşikçisi Əbdüllah ibni Məs’­­ud idi. Vəlid Kufəyə daxil olan zaman beytül-malın açar­­larını Əbdüllah ibni Məs’uddan aldı. Əbdüllah açar­ları onun üstünə ataraq dedi: «Xəlifə Peyğəmbər sün­nə­sini də­yiş­mişdir! Sə’d ibni Əbi Vəqqas kimi bir şəxsi işdən çı­xarıb Vəlid kimi bir adamı onun yerinə qoyur­mu?!» Vəlid Osmana yazdı ki, Əbdüllah ibni Məs’ud sə­­ni tənqid edir. Xəlifə göstəriş verdi ki, onu nəzarət al­­tın­da Mə­dinəyə göndərsinlər. O, Mədinəyə daxil olan za­­man xəlifə minbərdə idi, gözü Əbdüllah ibni Məs’uda dü­­şən­də dedi: «Çox pis bir heyvan məscidə daxil oldu!» (Bun­dan sonra qələmin yazmağa həya etdiyi bə’zi çirkin söz­lər də dedi.)
Əbdüllah dedi: – Mən belə deyiləm; mən Peyğəmbər sə­ha­bə­­lərindənəm və Bədr günündə, Bey’əti-rizvanda iştirak etmişəm. Ayişə Əbdüllahı himayə etmək istədi, lakin Osmanın qulamı Yəhmum onu məsciddən çıxarıb yerə çırpdı və qabırğaları nı sındırdı.[2]
3-Bilazəri elə həmin kitabda nəql edir ki, Mədinənin beytül-malında çoxlu cəvahirat, bəzək əşyaları var idi. Os­man onlardan bir neçəsini götürərək öz ailəsinin ix­tiyarına qoydu. Mədinəlilər bunu görüb ona aşkarda irad tutdular və çox kobud sözlər dedilər. Osman qəzəb­lə­nib minbərə çıxdı, xütbə oxuyaraq dedi: «Biz qənimətlərdən ehtiyacımız olan qədər götürəcəyik, hətta bə’zi şəxslərin burnu yerə sürtülsə də belə!»
Əli (əleyhis-salam) onun yanına gedib dedi: «Müsəlmanlar sənin qaba­ğını alacaqlar.» Əmmar Yasir dedi: «Burnu yerə sür­tüləcək ilk şəxs mənəm!» (Yə’ni mən tənqidlərimdən heç vaxt əl çəkməyəcəyəm!)
Osman qəzəblənib dedi: «Mənə qarşı hörmətsizlik edir­sən?! Onu tutun!» Onu tutub Osmanın evinə apar­dı­lar, o qədər döydülər ki, huşdan getdi. Sonra onu Peyğəm­bər (səlləllahu əleyhi və alih)-in zövcəsi Ümmü Sələmənin evinə gətir­di­lər. Ora gələnə qədər huşsuz halda idi: zöhr, əsr və məğrib namaz­larını qıla bilmədi. Huşa gəldikdən sonra namaz qıl­dı və dedi: «Bu, bizim Allah xatirinə əzab-əziyyət gör­düyü­müz ilk dəfə deyildir.»[3] (Cahiliyyət dövründə kafir­lər­lə qar­şılaşmalarına işarə edirdi.)
Tarixin bu cür acı, təəssüflü hadisələrini nəql et­mə­yə çox da ma­raq­lı deyilik. Əgər sünnü qardaşlarımız bütün səhabələrin – istisnasız olaraq – mü­qəd­­dəsliyinə, əməllərinin düz olmasına israr etmə­səy­di­lər, bəlkə bu miqdarın da qeyd edilməsi məsləhət ol­maz­dı.
İndi belə bir sual yaranır: Görəsən, ən pak səhabələrə (Sə’d ibni Məaz, Əbdüllah ibni Məs’ud, Əmmar Yasir və s.) əzab-əziyyət və fiziki işgəncələrin verilməsi, pis sözlər deyib təhqir edilməsi necə izah oluna bilər?! Bir bö­yük səhabəni o qədər vurdular ki, axırda qabırğası sın­dı, digərini huşdan gedənə qədər döydülər və onun na­mazı qəzaya getdi?! Nümunələri çox da az olmayan bu ta­rixi şahidlər bizə icazə verərmi ki, həqiqətlərə göz yu­maraq «bütün səhabələr – istisnasız olaraq – yaxşı idilər və onların bütün əməl­ləri düz­dür» - deyək, səhabə ordusu adlı bir qrup təşkil edə­rək onların bütün işlərini qeydsiz-şərtsiz olaraq müda­fiə edək?!
Görəsən, ağıllı bir adam bu fikirləri qəbul edə bi­lər­mi?! Məhz belə olan yerdə bir daha və neçənci dəfə ola­raq bu sözləri təkrar edirik: Peyğəmbər səhabələri arasında mö’min, saleh və təqvalı insanlar çox idi, lakin müəyyən şəxslər də var idi ki, onların əməlləri tənqid olunub araşdırılmalı, əql me’yarı ilə ölçülməli, onların barəsində düzgün hökm çıxarılmalıdır.

 


[1] «Səhihi Buxari», 5-ci cild, səh.57.
[2] «Ənsabul-əşraf», 6-cı cild, səh.147 «Tarixi İbni Kəsir», 7-ci cild, səh. 163-183 32-ci ilin hadisələri
[3] «Ənsabul-əşraf», 6-cı cild, səh.161

 

 

7-Peyğəmbər (səlləllahu əleyhi və alih)-İn köməkçİlərİnİn qİsmlərİ 9-Peyğəmbərin dövründə, yaxud ondan sonrakı dövr­lərdə səhabələrə ilahi cəza qanunlarının icra edil­məsi
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma