10-Yersiz yozum və izahlar

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
9-Peyğəmbərin dövründə, yaxud ondan sonrakı dövr­lərdə səhabələrə ilahi cəza qanunlarının icra edil­məsi11-Əli (əleyhis-salam)-ın məzlumiyyəti

1-Səhabələrin mütləq şəkildə müqəddəs və pak olma­la­rı­nı deyənlər çoxlu təzadlarla qarşılaşdıqda öz vic­dan­larını qane etmək üçün deyirlər ki, səhabələrin hamısı müc­təhid idi və hər kəs də öz ictihadına uyğun olaraq əməl edir­di!
Qəti şəkildə demək olar ki, bu, bir növ vicdanın alda­dıl­masıdır ki, bu qardaşlar belə aşkar təzadlar müqa­bilində ona əl atmışlar.
Görəsən, mö’min bir səhabəni, beytül-malın israfçı­lığına qarşı tənqid və əmr be mə’ruf, nəhy əz münkər etməsi xatirinə huşdan gedənə qədər döymək və namazın vaxtı keçənə qədər bihuş halda qalması ictihad sayı­lır­mı?! Məşhur bir səhabəni, şərabxor bir şəx­sin Kufəyə vali tə’yin edilməsinə e’tiraz etdiyi za­man döyüb qabır­ğa­sı­nı sındırmaq bir növ ictihad (!) sayı­­lırmı?! Bun­lar­dan da mühümü on minlərlə müsəl­manın qətlinə səbəb olan müharibə odunun şö’lələndi­ril­məsidir. Görə­sən, şan-şöhrət və məqam düşkünlüyü islam hökumətini ələ keçirmək və müsəlmanların adil imamı qarşısında qiyam edib müharibə törətmək ictihad sayılırmı?! Hal­buki, o imam ilahi məqamlara malik olmadan əlavə, bütün camaat tərəfindən seçilmişdi!
Bu və bu kimi digər əməllər ictihadın növləridirsə, onda tarix boyu baş verən bütün cinayətlərə onunla bəraət qazandırmaq olar.
Bundan əlavə, məgər ictihad yalnız səhabələrə, yaxud heç olmazsa, onlardan sonrakı bir neçə əsrə qədər olan müc­­təhidlərə məxsus idimi?! Halbuki, islam ümmətində on­la­rın sayı çox olmuşdur və sünnü alimlərindən bir qru­punun, eləcə də şiə alimlərinin hamısının e’ti­ra­fı­na görə ictihad qapısı bu gün də istisnasız olaraq bü­tün agah alim­lərin üzünə açıqdır.
Görəsən, hər hansı bir şəxs belə yaramaz əməllərə, ağır ci­nayətlərə mürtəkib olan zaman onun əməllərinə bə­ra­ət qazandırmaq fikrində olarsınızmı?! Şübhəsiz ki, yox!
Bə’zən deyirlər ki, onların barəsindəki vəzifəmiz sükut etməkdir. Sonra bu ayəyə istinad edirlər:
تِلْکَ أُمَّةٌ قَدْ خَلَتْ لَهَا مَا کَسَبَتْ وَلَکُم مَّا کَسَبْتُمْ وَلاَ تُسْأَلُونَ عَمَّا کَانُوا یَعْمَلُونَ
Onlar keçib gedən bir ümmət idi. Onların əməli öz­ləri üçün, sizin əməliniz isə sizin üçündür. Siz onla­rın əməlləri qarşısında cavabdeh deyilsiniz.[1]
Amma əsas məsələ budur ki, onlar bizim tale­yi­mizdə heç bir tə’sir qoymasaydılar, bu çox yaxşı söz olar­dı. Lakin biz Peyğəmbər hədislərini onların vasitəsi ilə əldə etmək, onları özümüzə nümunə seçmək istəyiriksə, e’timadlını qeyri-e’timadlıdan, alimi fasiqdən seç­mək lazım deyildirmi ki, şərif hər zaman fasiq bir şəxs sizə xəbər gətirsə, onun barəsində təhqiqat apar­madan qəbul etməyin - ayəsinə əməl edək?![2]
إِن جَاءکُمْ فَاسِقٌ بِنَبَأٍ فَتَبَیَّنُوا

 


[1] «Bəqərə» surəsi, 134.
[2] «Hucurat» surəsi, 6.

9-Peyğəmbərin dövründə, yaxud ondan sonrakı dövr­lərdə səhabələrə ilahi cəza qanunlarının icra edil­məsi11-Əli (əleyhis-salam)-ın məzlumiyyəti
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma