12-Maraqlı bir hadisə

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
11-Əli (əleyhis-salam)-ın məzlumiyyətiBəhsİn qoyuluşu


Yaxşı olardı ki, bu bəhsin gözəl şəkildə tamam­lan­ma­sı üçün mənim özümün Məscidül-Həramda şahid oldu­ğum bir hadisəni əziz oxuculara təqdim edəm:
Ümrə səfərlərinin birində Məscidül-Həram­da məğrib və işa namazlarının arasında (bu zaman elmi bəhs apar­maq üçün münasib fürsət yaranmışdı) Hicaz alim­lə­rinin bir qrupu ilə səhabələrin müqəddəsliyi barə­də söhbət et­dim. Onların əqidəsi budur ki, səhabələri aza­cıq belə tən­qid etmək, onlara «gözün üstündə qaşın var» - demək ol­maz. Onlardan birinə dedim: – Fərz edin ki, hal-hazırda Sif­feyn müharibəsi gedir. Siz iki dəstədən hansı birinə qoşulacaqsınız: Əlinin, yoxsa Müaviyənin?!
Dedi: – Şübhəsiz ki, Əlinin!
Dedim: – Əli sənə desə ki, bu qılıncı götür və Müaviyəni qətlə yetir, nə edərsən?
O bir az fikirləşib dedi: – Müaviyəni öldürərəm, lakin onu azacıq belə tənqid etmərəm!
Bəli, məntiqsiz əqidələrə israr etməyin nəticəsi bu­dur ki, onun mü­dafiə olunması da qeyri-məntiqi olacaq, in­sa­nı daşlığa sala­caqdır.
Haqq nəzər budur ki, Qur’ani-məcidin və İslam tari­xi­nin şə­ha­dətinə əsasən, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in səha­bə­lə­ri bir neçə qrupa bölünürdü: Onlardan bir qrupu elə ilk əvvəldən pak, saleh, sadiq idilər, axıra qədər də belə yaşa­dılar.
Digər bir qrup da o həzrətin sağlığında salehlərin, pak­ların cər­gə­sində idi, lakin sonralar məqam və dünya malına düşkünlük on­ların əqidə və yollarını dəyişdi, onların işlərinin axır-aqibəti səa­dət­lə qurtarmadı (Cəməl və Siffeyn müharibələrini törədənlər kimi).
Üçüncü dəstə isə sırf münafiqlər və dünyapərəstlər idi, xas məqsədlər üçün müsəlmanların içinə nüfuz edib özlərinə yer açmışdılar (Əbu Süfyan kimilər).
Burada birinci qrupa işarə edərək deyirik:
رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِینَ سَبَقُونَا بِالْإِیمَانِ وَلَا تَجْعَلْ فِی قُلُوبِنَا غِلًّا لِّلَّذِینَ آمَنُوا رَبَّنَا إِنَّکَ رَؤُوفٌ رَّحِیمٌ
«Pəvərdigara! Bizi və bizdən qabaq iman gətirənləri bağışla, bizim qəlbimizdə iman gətirənlərə qarşı kin qərar vermə. Çünki, Sən rəuf və rəhmansan».[1]

[1] «Həşr» surəsi, 10-cu ayə.

11-Əli (əleyhis-salam)-ın məzlumiyyətiBəhsİn qoyuluşu
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma