5-Səhabələrin pak hesab edilməsi əqidəsində əsas məqsədlər

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
3-Cavabsız suallar...6-Səhabələrin hamısı, heç bir istisna olmadan ədalətli idilərmi?!

Səhabələrin müəyyən cəhətlərdən bir növ ismətə oxşa­yan fövqəl-adə müqədəsliyinə e’tiqadın əsasları nə Qur’­ani-məciddə, nə də Peyğəmbər sünnəsində gəlməmiş­dir; üstəlik Allahın Kitabı, Peyğəmbər sünnəsi və tarix­dən ta­mamilə onun ziddi aşkar olur. Hətta deyilmişdir ki, bi­rinci əsrdə belə bir e’tiqad ümumiyyətlə mövcud olma­mışdır. İndi görək bu məsələ nə üçün və hansı dəlilə görə sonrakı əsrlərdə irəli çəkilmişdir?!
Belə nəzərə çarpır ki, bu e’tiqadın yaranmasının bir neçə səbəbi olmuşdur. O cümlədən:
1-Ən nikbin nəzər, keçən bəhslərdə qeyd edildiyi kimi, bə’zi adamların təsəvvürüdür. Onlar güman etmişlər ki, əgər səhabələr kamil müqəddəslikdən məhrum edilsələr, onlarla Peyğəmbər arasında vasitə halqası kəsiləcəkdir, çünki Allahın Kitabı və Peyğəmbərin sünnəsi bizə məhz onların vasitəsilə gəlib çatır.
Lakin bu təsəvvürün cavabı aydındır: çünki heç kəs sə­ha­bə­lə­rin hamısını, Allah eləməmiş, yalançı və na­dü­rüst adamlar hesab etmir. Əksinə, onların arasında e’ti­madlı adamlar çox olmuşdur və Peyğəmbərlə bizim ara­mızda məhz onlar vasitə ola bilərlər. Necə ki, biz bu sözü Əhli-beyt səhabələri barəsində də demişik.
Maraqlıdır ki, həmin problem sonrakı əsrlərdə də öz yerində qalmışdır. Çünki bu gün biz özümüzü bir neçə vasitə ilə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in əsrinə çatdırırıq, la­kin heç kəs «bu vasitələrin hamısı e’timadlı, düzda­nı­şan, müqəddəs insanlar olmuşlar, belə olmasaydılar, bi­zim din aradan gedərdi» - deyə iddia etmir. Əksinə, ha­mı ina­­nır ki, rəvayətləri ədalətli və mö’təbər adamlardan əxz etmək lazımdır. Rical kitabları da məhz həmin məq­səd­­lə, yə’ni e’timadlı adamları qeyrilərindən seçmək üçün yazılmışdır. Belədirsə, səhabələr barəsində eynilə baş­­qaları ilə rəftar etdiyimiz əsasda rəftar etməyin nə eybi vardır?!
2-«Cərhin», yə’ni bə’zi səhabələrə irad və nöqsan tu­tul­ma­sınının Peyğəmbər (səlləllahu əleyhi və alih)-in yüksək məqamına xələl gətirməsi təsəvvürünə gəldikdə isə, bu dəlil əsla qənaətbəxş deyildir. Buna istinad edənlərdən soruşmaq lazımdır ki, məgər Qur’ani-Kərim Peyğəmbərin ətrafında olan münafiqləri kəskin şəkildə tənqid atəşinə tutmayıbdırmı?! Görəsən Peyğəmbər (səlləllahu əleyhi və alih)-in sadiq və müxlis köməkçiləri arasında münafiqlərin varlığı o həzrətin yüksək məqamını azaldırmı?! Əsla!
Bir sözlə, həmişə və hər bir zamanda, hətta bütün pey­ğəm­bər­lərin əsrində belə, həm yaxşı, həm də pis adamlar olmuşlar, amma onların müqəddəs məqamlarına heç bir zərər vurmamışlar.
3-Əgər səhabələrin əməlləri tənqid olunaraq onlara irad tutularsa, onda əvvəlki xəlifələrin mövqeyinə xələl gələcəkdir. Deməli, onların məqamını qoruyub-saxlamaq üçün səhabələri müqəddəsləşdirirlər ki, heç kəs, misal üçün, Osmanın dövründə beytül-mal barəsində və sair vaxt­larda baş verən işlərə e’tiraz etməsin, xəlifəyə «o, nə üçün belə-belə işlər etdi?»-deyə irad tutul­ma­sın, hət­ta Müaviyənin müsəlmanların rəhbəri Əli (əleyhis-salam)-la mü­xa­lifətləri, qanlı müharibələrdə müsəlmanları qır­ğı­na verməsini belə, bu yolla izah etmək və onu tənqidlərdən uzaq saxlamaq olar.
Əlbəttə, bu sözdən belə çıxır ki, bu müqəddəsliyin əsasını birinci əsrlərin siyasətçiləri qoymuşlar. Necə ki, «ulul-ərham» ayəsinin təfsirini daha geniş mə’naya götürərək «hər bir dövrün hakimi»nə, hətta Bəni-üməyyə və Bəni-abbasın zalım hakimlərinə də aid etmişlər. Bu da hakimlərin siyasi proqramlarının təbii nəticəsidir.
Digər bir qrupun inancına görə, səhabələrin müqəddəsliyinə e’tiqad bə’zi Qur’an ayələri və Peyğəmbər hədislərində gələn göstərişlər əsasındadır!
Əlbəttə, bu, zahirdə ən yaxşı yozumdur, lakin dəqiq araş­­dırdıqda aydın olur ki, onla­rın müddəası Qur’an ayələrində və Peyğəmbər hədis­lərində ümumiyyətlə tapıl­mır. Onların istinad etdikləri ən mühüm dəlil aşağı­dakı­lar­dan ibarətdir:
وَالسَّابِقُونَ الأَوَّلُونَ مِنَ الْمُهَاجِرِینَ وَالأَنصَارِ وَالَّذِینَ اتَّبَعُوهُم بِإِحْسَانٍ رَّضِیَ اللّهُ عَنْهُمْ وَرَضُواْ عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِی تَحْتَهَا الأَنْهَارُ خَالِدِینَ فِیهَا أَبَدًا ذَلِکَ الْفَوْزُ الْعَظِیمُ
“(İslam dinini qəbul etməkdə) öndə gedən mühacir, ən­­­sar və onlara yaxşı şəkildə tabe olanlar... Allah on­lar­­­dan razıdır və onlar (da) Allahdan razıdırlar, (Al­lah) onlar üçün ağaclarının altından çaylar axan, be­hişt bağlarını hazırlamışdır ki, orada əbədi qala­caq­­lar və bu da böyük qurtuluşdur.»[1]
Sünnü müfəssirlərindən bir çoxu bu ayənin izahında (Pey­ğəmbərdən və bə’zi səhabələrdən) bir hədis nəql etmiş­lər ki, onun məfhumu belədir:
جَمِیعُ اَصْحابِ رَسُولِ اللهِ-فِی الْجَنَّةِ مُحْسِنُهُمْ وَ مُسِیئُهُمْ
«Peyğəmbərin bütün səhabələri – istər yax­­şı əməl, is­tər­sə də pis əməl sahibləri – cənnətdə­dir­­lər.» Bu hədi­si doğrultmaq üçün yuxarıdakı ayəyə is­ti­nad edir­lər.[2]
Maraqlıdır: Yuxarıdakı ayədə buyurulur ki, tabein o za­man nicat və qurtuluş əhli ola bilər ki, yaxşılıqlarda səhabələrə tabe olsunlar (nəinki pis işlərdə). Onun məf­hu­mu bundan ibarətdir ki, behişt səhabələr üçün təzmin olun­muşdur. Görəsən, bu söz onların günah işlərdə azad olması deməkdirmi?! Görəsən, insanların hidayət və is­lahı üçün gələn bir Peyğəmbər öz dostlarını istisna edə­rək onların günah­ları­nı görməməzliyə vura bilərmi?! Hal­buki Qur’an Pey­ğəm­bərin, o həzrətə səhabələrdən də ya­xın olan qadınları barəsində buyurur: “Əgər günah et­sə­niz, sizin cəzanız iki qat artıq olacaqdır.”[3]
Diqqət yetirilməlidir ki, bu ayədə yarana biləcək hər növ anlaşılmazlığı «Fəth» surəsinin 29-cu ayəsi bəyan edir. Çünki Peyğəmbər (səlləllahu əleyhi və alih)-in həqiqi köməkçi­ləri­nin xüsusiyyətlərini belə nəql edir:
أَشِدَّاء عَلَى الْکُفَّارِ رُحَمَاء بَیْنَهُمْ تَرَاهُمْ رُکَّعًا سُجَّدًا یَبْتَغُونَ فَضْلًا مِّنَ اللَّهِ وَرِضْوَانًا سِیمَاهُمْ فِی وُجُوهِهِم مِّنْ أَثَرِ السُّجُودِ
«Onlar kafirlərin qarşısında möhkəm və şid­dət­li, öz aralarında isə (bir-birilərinə qarşı) mehriban­dır­­­lar, onları hər vaxt səcdə və rüku halında görərsən, hal­­bu­ki daim Allahın rəhmət, fəzl və razılığını is­tə­­­yir­lər, səcdənin əsərləri onların üzlərində aşkar­dır...»
Görəsən, Cəməl və Siffeyn müharibələrini törədərək, dövrün imamının əleyhinə qiyam edən və on minlərlə mü­səl­manı ölümə verən şəxslər bu yeddi sifətin xarici nü­mu­nəsi ola bilərmi?! Məgər onlar öz aralarında meh­riban idilər?! Onların şiddətli reaksiyaları ka­fir­lər qar­şı­sında idi, yoxsa müsəlmanlar qarşısında?!
Allah-Taala həmin ayənin davamında bir cümlə ilə məqsədin kim olduğunu daha aşkar bəyan edir:
وَعَدَ اللَّهُ الَّذِینَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنْهُم مَّغْفِرَةً وَأَجْرًا عَظِیمًا
«Allah onlardan (Peyğəmbərin köməkçilə­rin­dən) iman gətirib saleh əməl yerinə yetirən şəxslərə ba­ğış­lanmaq və böyük mükafat və’dəsi vermişdir.»[4]
Deməli, bağışlanmaq və böyük savab müjdəsi yalnız o kəslərə məx­susdur ki, imanlı və saleh əmələ malik olsun­lar. Görəsən Cə­məl və sair müharibələrdə müsəl­manların qanını axıdan, yaxud Os­ma­nın dövründə beytül-malı dağıdaraq israf edənlər saleh əməlli idilər?!
Maraqlıdır ki, Allah-Taala Özünün böyük peyğəmbər­lə­ri­­ni tərki-övla xatirinə cəzalandırır: Adəmi tərki-öv­la­­ya görə behiştdən çıxarır, Yunisi tərki-övla etdiyinə gö­rə bir müddət balığın qarnında, üç qatlı zülmətlərdə zin­dana salır, Nuhu öz günahkar övladı üçün şəfaət etdi­yi­nə görə sorğu-suala tutur. Belə olan halda, əziz Peyğəm­bə­rimiz (səlləllahu əleyhi və alih)-in öz səhabələrini bu qanundan istisna et­məsi inanılası bir işdirmi?!

 


[1] «Tövbə» surəsi, ayə:100
[2] «Təfsiri Kəbir», Fəxr Razi, «Əl-minar» təfsiri, qeyd edilən ayənin şərhində.
[3] «Əhzab» surəsi, ayə:30.
[4] «Fəth» surəsi, ayə:29.

 

3-Cavabsız suallar...6-Səhabələrin hamısı, heç bir istisna olmadan ədalətli idilərmi?!
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma