1-Bİr-bİrİnə zİdd olan İkİ əqİdə

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
3.Səhabələrİn ədalətİ2-Səhabələrİ pak hesab etməkdə İfratçılıq


Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabələri barəsində bir-birinə zidd olan iki əqidə vardır: Birinci əqidəyə görə bütün səhabələr müqəddəs, saleh, sadiq, təqva və ədalət xüsu­siyyətinə malik olan şəxslər idilər, hamısı – istis­nasız olaraq müqəddəs­lik dairəsində qərar tutmuşdular. Həmin dəlilə görə də onların hər hansı birinin Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql etdiyi rəvayət səhih və məqbul sayılır, onlara azacıq belə, irad tutmaq olmaz. Onlardan baş verən şəriətə zidd işlərə gəldikdə isə, müəyyən yollarla yazıb izah etməliyik. Bu nəzəriyyə sünnülərin böyük bir qrupunun əqidəsidir. Başqalarının əqidəsi isə budur ki, onların ara­sında böyük şəxsiyyətli, fədakar, pak insanlarla yana­şı münafiq, səlahiyyətsiz adamlar da var idi ki, Qur’ani-məcid və Peyğəmbər(səlləllahu əleyhi və alih) onlardan bizarlıq edirdilər.
Başqa tə’birlə desək, yaxşı insanın pis adamdan seçilməsi üçün nəzərdə tutulan me’yarları hər bir yerdə, hətta onların barəsində də işlətməliyik. Lakin onların Peyğəmbər səhabəsi olmasını nəzərə alaraq ilkin nəzərdə onların yaxşı olmasını əsas tutmalıyıq. Bununla belə, həqiqətlər qarşısında gözümüzü yumaraq ədalət, sadiqlik, doğruçuluq kimi səciyyələrin ziddi olan əməllərin onlardan baş verməsinin mümkünlüyünü heç vaxt inkar edə bilmərik. Çünki bu işlər islama və müsəlmanlara ağır zərbələr vurmuş, münafiqlərin islam dairəsinə nüfuz etməsinə səbəb olmuşdur.
Şiələr, eləcə də sünnü alimlərinin ziyalılarından bir qrupu bu əqidəni seçmişlər.

3.Səhabələrİn ədalətİ2-Səhabələrİ pak hesab etməkdə İfratçılıq
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma