3-Təbərrük etmək qadağandır!

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
2-Digər bir bəhanəİslam alİmlərİnİn ağır və məs’ulİyyətlİ vəzİfələrİ

Digər bir bəhanə böyük dini şəxsiyyətlərinin qəbri­nin ziya­rətinə gedən­lər onların qəbirlərinə təbərrük edir, bə’­zən qəbri və yaxud zərihi öpürlər. Vəh­habilər on­la­ra de­yir­­lər ki, bun­dan şirk qoxusu gəlir. Hə­min səbəbə gö­rə də Al­lah evi­nin ziyarətçiləri mütləq gör­müşlər: «ği­laz» və «şi­dad» mə’murları Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qəb­ri­­ni əhatəyə ala­raq camaatın dəmir şəbəkəyə və mütəh­hər qəbrə açı­lan pən­cərələrə yaxınlaşmasının qarşı­sı­nı alır; bə’zən bu mət­ləbi İbni Teymiyyəyə, bə’zən də Mə­həm­məd ibni Əbdül-Vəh­haba aid edir­lər. Şübhəsiz, əgər vəh­habi ideolo­giya­sı­nın əsa­s­larını qoyan bu iki nəfər Pey­ğəm­bər (səlləllahu əleyhi və alih)-in əs­rin­­də yaşasaydılar və «Hüdey­biy­­y­ə» sül­hün­­də, yaxud Məkkənin fəthində o həzrətin dəs­tə­maz aldığı vəxt sə­ha­bələrin bir-biri ilə yarışaraq dəstəmazının suyunu təbərrük ünvanı ilə götürərək bir damcısının belə, yerə düşməsinə imkan vermə­dik­lə­ri­ni öz gözləri ilə görsəy­di­lər,[1] o həz­rətin işinə dildə irad tutma­say­dı­lar da, şübhə­siz, qəlb­lərində irad tutub «bu Pey­ğəmbərə və onun kö­mək­çi­lə­rinə layiq deyildir, bu iş­dən şirk qoxusu gəlir!» deyəcəkdilər.
Yaxud əgər Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından sonra Mə­di­nədə ol­saydılar və Əbu Əyyub Ənsarinin – Peyğəmbəri ilk də­fə qonaq sax­layan şəxsin öz üzünü o həxrətin qəb­ri­nə qoya­raq təbərrük etdi­yi­ni,[2] yaxud Peyğəmbər (səlləllahu əleyhi və alih)-in azançı­sı Bilalın o həzrətin qəbri­nin ya­nın­da oturub ağlamasını və üzünü o həzrətin qəbrinə sürtmə­si­ni görsəydilər[3] Bilalın və Əbu Əyyubun yaxasından tutaraq onları bir tə­rəfə tul­la­yar və deyərdilər ki, bu iş şirkdir! Həmin iş ki, bu mək­tə­bin ardıcılları hal-hazırda Pey­ğəmbər qəbrinin zair­ləri­nə qarşı rəva gö­rür­lər. Hal­buki, təbərrük etməyin pərəs­tiş­lə azacıq belə əlaqəsi yox­­dur, əksinə onun məfhumu bir növ ədəblə yanaşı olan eh­ti­ramdır. Tə­bər­rük edən şəxs ümid bəs­ləyir ki, Peyğəmbəri göndərən Allah, bu eh­ti­ram xatirinə Öz xeyir-bərəkətini ziyarət edən şəxsə nazil edəcəkdir.


[1] Bu məsələ Peyğəmbər (səlləllahu əleyhi və alih)-in həyatında dəfələrlə baş vermişdir. «Səhihi Müslüm», c.4, s.1943; «Kənzül-ümmal», c.16, s. 229.
[2] «Müstədrəkus-səhiheyn», 4-cü cild, səh.560
[3] «Tarixi İbni Əsakir», 7-ci cild, səh.137.

 


2-Digər bir bəhanəİslam alİmlərİnİn ağır və məs’ulİyyətlİ vəzİfələrİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma