Bəhsİn qoyuluşu

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
12-Maraqlı bir hadisəTarixi keçmiş

Burada bizim sözlərimiz yalnız ifratçı vəhha­bi­lərədir, çünki bütün müsəlman firqələri – bu azacıq fir­qədən başqa – islamın böyük şəxsiyyətlərinin qəb­ri­ni ziyarət etməyi caiz bilirlər. Vəhhabilərdən bir qru­pu bizə irad tutub «nə üçün siz din rəhbərlərinin ziya­rətinə gedirsiniz?» - deyir və bizi «qəbirçilər» adlan­dırır­lar! Halbuki, dünyanın hər bir yerində dünyadan gedən saleh insanların məqbərələrinə xüsusi əhəmiyyət verir və onları ziyarət edirlər. Müsəlmanlar da indiyə qədər həmişə özlərinin böyük şəxsiyyətlərinin qəbirlərinə xüsusi dəyər vermişlər: onların ziyarətinə gedir, onlara xeyir-dua verirlər. Kiçik bir qrup olan vəhhabiyyət isə bu əməllə müxa­lifət edirlər. Onlar həqiqətdə bu iddianı bütün dünya müsəl­manları tərəfirdən edirlər.
Əlbəttə, vəhhabilərin bə’zi alimləri də aşkar şə­kildə demişlər ki, Peyğəmbərin qəbrini ziyarət etmək müstəhəbdir, lakin bu səfərə, ziyarət məqsədi ilə çıxmaq olmaz; şəxs gərək Peyğəmbər məscidini ziyarət və orada ibadət etmək məqsədi ilə deyil, ümrə məqsədi ilə Mədinəyə gəlsin, bununla yanaşı, Peyğəmbərin də qəbrini ziyarət etsin və heç vaxt ziyarət qəsdi ilə səfərə çıxmasın!
«Əl-cəzirə» jurnalının yazdığına görə bir neçə il bun­dan qabaq dünyadan gedən məşhur vəhhabi fəqihi Ben­bazz demişdir: «Peyğəmbərin məscidini ziyarət edən şəx­sə müs­təhəbdir ki, o həzrətin rövzəsində iki rəkət namaz qıl­sın, sonra Peyğəmbərə salam versin. Həm­çinin müs­tə­həb­dir ki, «Bəqi» qəbiristanlığına gedərək, ora­da dəfn olunan şəhidlərə salam versin...»[1]
«Əl-fiqhu ələl-məzahibil-ərbəə» kitabında nəql olu­nan­lara əsasən, sünnülərin dörd böyük fəqihi Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qəbrini ziyarət etməyi heç bir qeyd-şərt olmadan müstəhəb əməl hesab edirlər. Bu kitabda belə deyilir: «Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qəbrini ziyarət etmək ən çox tə’kid olunan müstəhəb əməllərdəndir, onun barə­sində çoxlu hədislər də nəql olunmuşdur.» Sonra isə altı hədis nəql etmişlər.[2]
Vəhhabilərin bu qrupu aşağıdakı üç məsələ barəsində başqa müsəlmanlarla müxalifət etmişlər:
1-Qəbrin üzərində bina tikilməsi;
2-Qəbirləri ziyarət etmək məqsədi ilə səfərə çıxmaq;
3-Qadınların qəbirləri ziyarət etməsi.
Onlar bu üç məsələ barəsində elə rəvayətlərə istinad et­­mişlər ki, ya onların düzgün sənədi yoxdur, yaxud da də­la­ləti rədd olunmuşdur. (İnşallah, onları tezliklə şərh edəcəyik).
Belə nəzərə çarpır ki, onların bu yanlış əqidə və hə­rə­kətləri üçün digər bir məqsəd də vardır: Onlar tövhid və şirk məsələlərində həddindən artıq vəsvəsəyə düçar ol­araq, bəlkə də belə təsəvvür edirlər ki, qəbirləri ziyarət etmək onlara pərəstiş etmək mə’nasındadır və onlardan başqa bütün müsəlmanlar müşrik, dinsizdirlər!

 


[1] «Əl-cəzirə» jurnalı, 6826-cı nömrə (1411-ci il, 22 zil-qə’də)
[2] «Əl-fiqhu ələl-məzahibil-ərbəə», 1-ci cild, səh.590.

 

12-Maraqlı bir hadisəTarixi keçmiş
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma