Qəbirlərin ziyarətində şirk xəyalı

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
Tarixi keçmişQadınlar və qəbirləri ziyarət etmək

Bə’zən din rəhbərlərinin qəbrinin ziyarətçilərinə “şirk” damğası vururlar. Şübhəsiz, əgər onlar ziyarətin və ziyarətnamənin məfhumunu düzgün dərk edə bilsəydilər, bu sözlərindən mütləq xəcalət çəkərdilər.
Heç bir ağıllı insan Peyğəmbərin, yaxud imamların qəbrini ziyarət edərkən onlara pərəstiş etmir; ziyarət edən şəxsin zehnindən belə bir məsələ ümumiyyətlə, keç­mir. Bütün agah mö’minlər ehtiram qoymaq və şəfaət istə­mək üçün onların qəbrinin ziyarətinə gedirlər.
Əksər hallarda ziyarətnaməni oxumazdan əvvəl 100 dəfə «Al­lahu Əkbər» deyir və beləliklə də 100 dəfə tövhid kəl­mə­sinə tə’kid edir, hər növ şirk ehtimalını özümüzdən uzaq­laşdırırıq.
Məşhur «Əminullah» ziyarətində imamların qəbir­lə­ri­nin önündə dayanıb belə deyirik:
اَشْهَدُ اَنَّکَ جَاهَدْتَ فِی اللهِ حَقَّ جِهَادِهِ وَ عَمِلْتَ بِکِتَابِهِ وَ اتَّبَعْتَ سُنَنَ نَبِیِّهِ حَتَّی دَعَاکَ اللهُ اِلَی جِوَارِهِ
“Şəhadət verirəm ki, Allah-Taala səni bu dünyadan Öz rəh­­mətinə apardığı vaxta qədər sən Allah yolunda cihad et­­din, cihadın həqqini layiqincə yerinə yetirdin, Allahın Ki­ta­bına əməl etdin və Peyğəmbərin sünnəsinə tabe oldun.”
Bundan da yüksək bir tövhid ola bilərmi?
Məşhur «Camiə» ziyarətində o həzrətlərə xitab edərək deyirik:
إِلَى اللَّهِ تَدْعُونَ وَعَلَیْهِ تَدُلُّونَ وَبِهِ تُؤْمِنُونَ وَلَهُ تُسَلِّمُونَ وَبِأَمْرِهِ تَعْمَلُونَ وَإِلَى سَبِیلِهِ تُرْشِدُونَ
 (Bu altı cümlədəki bütün əvəzliklər Allah-Taalaya qayı­dır; zairlər deyirlər:) “Siz imamlar yalnız Allaha tə­rəf də’­vət edir, insanları Allaha doğru hidayət edir, Ona iman gətirir, Ona təslim olur və camaatı Onun yolu­na doğru hidayət edir­siniz.”
Bu ziyarətnamənin hər bir yerində Allah və tövhidə də’vətdən söhbət açılır. Bunun özü şirkdir, yoxsa iman?!
Həmin ziyarətnamənin başqa yerində deyirik:
مُسْتَشْفِعٌ إِلَى اللَّهِ عَزَّ وَجَلَّ بِکُمْ
“Yalnız sizin vasitənizlə Allah dərgahından şəfaət istə­yirəm...” Əgər ziyarətnamənin ifadələrinin bə’zi­lə­rin­də anlaşılmazlıq olması fərz edilsə onda qeyd olunan möhkəm cümlələrlə aydınlaşır.
Şəfaət istəmək tövhidin əsasları ilə uyğundurmu?
Burada vəhhabilərin qarşılaşdığı və böyük səhvə dü­çar olduqları məsələlərdən biri də ilahi övliyaların va­si­təsilə Allah dərgahında şəfaət istəməkdir. Onlar bu işi cansız, əqlsiz və şüursuz varlıqlar olan bütlər­dən şə­faət istəməklə müqayisə edirlər. Halbuki, Qur’ani-mə­cid­də dəfələrlə göstərilir ki, ila­hi peyğəmbərlər günahkarlar üçün Allah dərgahında şə­fa­ət istəmişlər. Misal üçün, aşağıdakıları qeyd edi­rik:
1-Həzrət Yusif (əleyhis-salam)-ın qardaşları onun əzəmətindən və öz­lə­ri­nin səhvindən agah olduqdan sonra atalarından is­tədilər ki, şəfaət etsin, o da şəfaət edəcəyinə dair söz ver­di. («Yusif» surəsi, 97-98)
قَالُواْ یَا أَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا إِنَّا کُنَّا خَاطِئِینَ قَالَ سَوْفَ أَسْتَغْفِرُ لَکُمْ رَبِّیَ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِیمُ
“Ey bizim atamız, günahlarımızın bağışlanması üçün Allah­dan məğfirət istə, (çünki) biz xətakar­lar­dan ol­muşduq. (Yə’qub) dedi: Sonra sizin üçün Rəbbimdən məğ­­fi­rət (bağışlanma) diləyəcəyəm, çünki O, bağış­la­yan və rəhm edəndir.”
Yə’qub peyğəmbər (nəuzu billah!) müşrik idimi?!
2-Qur’an günahkarları Peyğəmbərdən şəfaət istəmək və tövbə etməyə təşviq edərək buyurur:
وَلَوْ أَنَّهُمْ إِذ ظَّلَمُواْ أَنفُسَهُمْ جَآؤُوکَ فَاسْتَغْفَرُواْ اللّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُواْ اللّهَ تَوَّابًا رَّحِیمًا
“Əgər onlar (günah vasitəsilə) özlərinə zülm etdik­lə­ri zaman sənin yanına gəlib tövbə etsəydilər və Alla­hın Peyğəmbəri də onlar üçün istiğfar etsəydi, Alla­hın tövbələri qəbul edən və mehriban olduğunu mütləq görər­dilər.”[1]
Bu söz şirkə təşviq sayıla bilərmi?!
Qur’an münafiqləri məzəmmət edərək buyurur:
وَإِذَا قِیلَ لَهُمْ تَعَالَوْا یَسْتَغْفِرْ لَکُمْ رَسُولُ اللَّهِ لَوَّوْا رُؤُوسَهُمْ وَرَأَیْتَهُمْ یَصُدُّونَ وَهُم مُّسْتَکْبِرُونَ
“Onlara, “gəlin Peyğəmbər sizin üçün bağışlanmaq is­tə­sin!” - deyildiyi zaman, öz başlarını (istehza əla­məti olaraq) yellədirdilər; onları görərsən ki, sənin söz­lərindən üz çevirir və təkəbbür edərlər.”[2]
Görəsən, Qur’an münafiqləri və kafirləri şirkə də’vət edirmi?!
Bildiyimiz kimi, Lut qövmü millətlərin ən çir­kini­dir. İbrahim (əleyhis-salam) onların barəsində şəfaət etdi (Allah­dan istədi ki, onlara daha çox möhlət versin, bəlkə tövbə edə­lər), lakin şəfaətə layiq olma­dıq­larına görə, İbra­himə deyildi ki, onlara şəfaət etmək fikrindən keç:
فَلَمَّا ذَهَبَ عَنْ إِبْرَاهِیمَ الرَّوْعُ وَجَاءتْهُ الْبُشْرَى یُجَادِلُنَا فِی قَوْمِ لُوطٍ إِنَّ إِبْرَاهِیمَ لَحَلِیمٌ أَوَّاهٌ مُّنِیبٌ یَا إِبْرَاهِیمُ أَعْرِضْ عَنْ هَذَا إِنَّهُ قَدْ جَاء أَمْرُ رَبِّکَ وَإِنَّهُمْ آتِیهِمْ عَذَابٌ غَیْرُ مَرْدُودٍ
«İbrahimin qorxusu aradan qalxdıqdan sonra (tanın­maz mələkləri müşahidə etdikdən sonra, eləcə də ona öv­lad müjdəsi verilən zaman) Lut qövmü barəsində Bizim­lə danışır və şəfaət istəyirdi; çünki İbrahim sə­bir­­­li, ürəyi yanan və tövbəkar idi. Ona dedik: Ey İbra­him! Bun­dan (bu istəkdən) keç, çünki (artıq) Pərvərdi­ga­­­rı­nın fərmanı gəlib çatmış, qəti və qarşı­sı alınmaz əzab onların sorağına gəlmişdir...» [3]
Maraqlıdır ki, Allah-Taala bu şəfaət müqabilində İb­ra­himi tə’rifləyərək buyurur: “İbrahim həlim, ürəyi yanan və tövbəkar idi.” Lakin ona xatırladılır ki, bu barədə şəfaət etməsin, çünki artıq iş-işdən keçmiş, şəfaətə heç bir yer qalmamışdır.
İlahi övliyaların şəfaəti onların həyatda olduğu dövrlə xülasələnmir
Bəhanə axtaranlar ilahi peyğəmbərlərin şəfaətinin qə­­bul olunmasının aşkar şəkildə buyurulduğunu və onu qə­­bul etməkdən başqa bir çıxış yolunun olmadığını gör­dükdə, digər bir bəhanə gətirir və deyirlər: «Bunlar ilahi övliyaların həyatda olduğu vaxt­dadır, vəfatla­rın­dan sonra da olmasına dair dəlil yoxdur.» Bununla «şirk» ittihamından əl çəkərək digər bir bəhanə gətirirlər. La­kin burada da digər bir sual veririk: Məgər Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatı ilə torpağa çevrilərək aradan gedib­dir­mi, yoxsa bə’zi vəhhabi alimlərinin də dediyinə görə, bər­zəx həyatına malikdir?!
Əgər desəniz ki, həyata malik deyildir, onda soruşuruq ki, əvvəla, görəsən Peyğəmbərin məqamı, barəsində «onlar diridir və Allah dərgahında ruzidən bəhrələnirlər»[4] - deyilən şəhidlərin məqamından aşağıdırmı.?!
İkincisi, görəsən namazın təşəhhüdündə Peyğəmbərə salam göndər­di­yi­niz və bütün müsəlmanların da «əssəlamu ələy­kə əyyuhən-Nəbiyyu» - dedikləri zaman xəyali bir var­lığa salam verirlər?!
Üçüncüsü, məgər siz Peyğəmbər məscidində, o həzrətin pak və mütəhhər qəbrinin yanında astadan söhbət etmə­yin lazım olmasına inanmırsınızmı?! Çünki Qur’an buyurur:
یَا أَیُّهَا الَّذِینَ آمَنُوا لَا تَرْفَعُوا أَصْوَاتَکُمْ فَوْقَ صَوْتِ النَّبِیِّ
“Ey iman gətirənlər! Səslərinizi Peyğəmbərin sə­sin­­­dən yüksəyə qaldırmayın!”[5]
Siz bu cür ayəni tabloya yazıb Peyğəm­bərin qəbrinin kənarına asmamısınızmı?! Bir-birinə zidd olan (para­doks) bu sözləri necə qəbul edirsiniz?!
Ölüm həyatın sonu deyil, əksinə, yeni bir həyatın baş­lan­­ğıcı,çiçəklənməsidir:
النّاسُ نِیامٌ فَاِذا مَاتُوا انتَبَهُوا
“İnsanlar yuxudadırlar, öldükləri zaman (qəflət­dən) ayılacaqlar.”[6]
Beşincisi, sünnülərin mö’təbər mənbələrinin birin­də qeyd olunanlarda oxuyuruq ki, Əbdüllah ibni Ömər Pey­ğəmb­ər (səlləllahu əleyhi və alih)-in belə buyurduğunu nəql edir:
مَنْ زَارَ قَبْرِی وَجَبَتْ لَهُ شَفَاعَتِی
“Hər kəs mənim qəbrimi ziyarət etsə, ona şəfaət etmək mənə vacibdir.”[7]
Digər bir hədisdə həmin ravi Peyğəmbərdən belə nəql edir:
مَنْ زَارَنِی بَعْدَ مَوْتِی فَکَاَنَّمَا زَارَنِی فِی حَیاتِی
«Hər kəs məni, vəfatımdan sonra ziyarət etsə, hali-həyatımda məni ziyarət etmiş kimidir.»[8]
Buna əsasən, Peyğəmbərin və ilahi övliyaların həyatı ilə ölümü arasında fərq qoymaq fərziyyəsi puç xəyaldan başqa bir şey deyildir.
Qeyd edək ki, bu hədislərin mütləq (qeydsiz-şərtsiz) ol­­ma­­sından aydın olur ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qəbri­ni ziyarət etmək niyyəti ilə hərəkət etməyin heç bir iradı və işkalı yoxdur.


[1] «Nisa» surəsi, 64.
[2] «Münafiqun» surəsi, 5-ci ayə
[3] «Hud» surəsi, 74-76.
[4] «Ali-İmran» surəsi, ayə: 169
[5] «Hucurat» surəsi, ayə: 2
[6] «Əvalil-ləali», 4-cü cild, səh.73.
[7] Məşhur mühəddis Darqutni bu hədisi özünün «Sünən» kita­bın­da nəql etmişdir: 2-ci cild, səh.278. Maraqlıdır ki, mərhum Əllamə Əmini onu 41 məşhur sünnü kitabından nəql etmişdir: «Əl-qədir», 5-ci cild, səh.93.
[8] Yenə orada; Əllamə Əmini onu 13 kitabdan nəql etmişdir.

 

Tarixi keçmişQadınlar və qəbirləri ziyarət etmək
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma