7-Peyğəmbər (səlləllahu əleyhi və alih)-İn köməkçİlərİnİn qİsmlərİ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
6-Səhabələrin hamısı, heç bir istisna olmadan ədalətli idilərmi?! 8-Tarixin şəhadəti

Qur’an ayələrinin şəhadət verməsinə əsasən, Peyğəmbər səhabələrini beş dəstəyə bölmək olar:
1-Pak və saleh insanlar
Onlar imanlı, ixlaslı şəxsiyyətlər idi, iman onla­rın ruhlarına nüfuz etmişdi və Allah kəlamının, is­la­mın yüksəlməsi yolunda fədakarlıq edərək heç nəyi əsir­gə­mir­­di­lər. Bu insanlar «Tövbə» surəsinin 100-cü ayə­sində vəsf edil­mişdir. Həm Allah onlardan razı idi, həm də onlar Alla­hın rəhmətindən razı idilər:
رَّضِیَ اللّهُ عَنْهُمْ وَرَضُواْ عَنْهُ
“(Həm) Allah onlardan razı idi və (həm də) onlar Alla­hın rəhmətindən razı idilər.”
2-Xətakar mö’minlər
Onlar iman və saleh əməllə yanaşı, bə’zi hallarda gü­nah işlər görür, yaxşı və pis əməlləri bir-birinə qa­rış­­­­dırırdılar. Onlar öz günahlarını e’tiraf edərək əfv olunacaqlarına ümid bəsləyirdilər. «Tövbə» surəsi­nin 122-ci ayəsində onlar belə vəsf edilmişlər:
وَآخَرُونَ اعْتَرَفُواْ بِذُنُوبِهِمْ خَلَطُواْ عَمَلاً صَالِحًا وَآخَرَ سَیِّئًا عَسَى اللّهُ أَن یَتُوبَ عَلَیْهِمْ
Onların bə’ziləri öz günahlarını e’tiraf edərək, yax­­şı və pis əməlləri bir-birinə qa­rış­­­dırırdılar. Ümid vardır ki, Allah onları əfv etsin.
3-Günaha aludə olanlar
Qur’an onları «fasiq» adlandıraraq buyurur ki, əgər fa­­siq şəxs sizin üçün bir xəbər gətirsə, təhqiqat apar­madan onun sözlərini qəbul etməyin. «Hucurat» surəsinin 6-cı ayə­sində onlara işarə edilir ki, sünnü və şiə təf­sir­­lə­ri­ndə onun kim olması da qeyd edilmişdir.
یَا أَیُّهَا الَّذِینَ آمَنُوا إِنْ جَاءَکُمْ فَاسِقٌ بِنَبَأٍ فَتَبَیَّنُوا
Ey iman gətirənlər! Əgər fasiq (günahkar) şəxs sizin üçün bir xəbər gətirsə, onun barəsində təh­qi­qat aparın.
4-Zahirdə müsəlman olanlar
Onlar islamçılıq iddiası edirdilər, lakin iman on­la­­rın qəlblərinə nüfuz etməmişdi. «Hucurat» surəsi­nin 14-cü ayəsində onlara işarə edilir:
قَالَتِ الْأَعْرَابُ آمَنَّا قُل لَّمْ تُؤْمِنُوا وَلَـــٰکِن قُولُوا أَسْلَمْنَا وَلَمَّا یَدْخُلِ الْإِیمَانُ فِی قُلُوبِکُمْ
Ərəblər dedilər: Biz iman gətirmişik. De: Siz iman gətirməmisiniz; lakin deyin ki, islamı qəbul et­mi­­şik. İman hələ sizin qəlblərinizə daxil olmayıb­dır.
5-Münafiqlər
Onlar münafiqlik ruhiyyəsi ilə müsəlmanların ara­sına nüfuz etmişdilər; bə’zən zahirdə də tanınır, bə’zən isə tanınmaz halda yaşayır, islamın və müsəlmanların in­­ki­şafına maneçilik törədirdilər. «Tövbə» surəsində saleh mö’minlərin (101-ci ayədə) qeyd olu­nan xüsusiyyət­lə­rindən sonra onlar zikr olunur:
وَمِمَّنْ حَوْلَکُم مِّنَ الأَعْرَابِ مُنَافِقُونَ وَمِنْ أَهْلِ الْمَدِینَةِ مَرَدُواْ عَلَى النِّفَاقِ
Sizin ətrafınızda olanlardan – ə’rabdan bə’zi­lə­ri münafiqdirlər, Mədinə əhlindən də bə’ziləri müna­fiq olmaqla öz nifaqlarında mahir və sabitdirlər.
Şübhəsiz, bunların hamısı Peyğəmbəri görmüş, onun­la oturub-durmuş, yaşamış və o həzrətin qəzvə­lərinin çoxunda iştirak etmişdilər. Səhabə barəsində hər hansı tə’rifi versəniz belə, bu beş qrupun hamısını behişt əhli və pak-pakizə hesab etmək olarmı?!
Qur’anın aşkar buyurduğu ilə yanaşı, mö’tədil yolla get­­­məməli və səhabələri Qur’anın böldüyü beş qrupa böl­­­mə­məliyikmi?! Onların içində yaxşı əməl sahib­lə­ri­nə tam ehtiram qoymalı, yerdə qalan qrupların hər biri­ni isə layiq olduqları məqamda bilməli, onların barə­sin­də if­­ratçılıq və təəssübdən uzaq olmalıyıq! (İnsafla müha­kimə yürüdün!)

 

 

 

 

6-Səhabələrin hamısı, heç bir istisna olmadan ədalətli idilərmi?! 8-Tarixin şəhadəti
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma