Müxalif rəvayətlər

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
İslami rəvayətlərdə ayaqlara məsh çəkməkAsan şəriət

Biz sünnülərin məşhur kitablarında yuxarıda qeyd olunan rəvayətlərlə ziddiyyətli olan digər iki rəvayətin varlığını heç də inkar etmirik. Birinci dəstədən olan rəvayətlər Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in dəstəmaz alan zaman öz ayaqlarını yuduğunu deyir, digər rəvayətlər isə deyir ki, nə ayaqlarını yudu, nə də məsh çəkdi; əksinə, o həzrət ayaqqabıların üstünə məsh çəkmişdir!
Lakin üsul elmində isbat edilmiş olan bu qaydanı unut­maq olmaz: əgər bir məsələ barəsində iki qism rəvayət bir-birilə ziddiyyətdə olarsa, əvvəlcə onların dəlalət baxı­mından təzadlarını aradan qaldırmaq, yə’ni onları elə təfsir və izah etmək lazımdır ki, hər ikisi (əlbəttə, ürfi dərk me’yarlarına uyğun olaraq) bir-birinə uyğun gələ bilsin.
Amma onların bir-biri ilə uyğunlaşdırılması, tə­zad­­larının aradan qaldırılması, ümu­miy­yət­lə mümkün ol­maz­­sa, onda Allahın Kitabı ilə müqayisə edilməlidir, yə’­ni hansı biri Qur’anla uyğun olsa, onu əxz, digərini isə tərk etmək lazımdır. Bu qanun mö’təbər dəlillər vasitə­silə sübuta yetmişdir.
Buna əsasən, «məsh» və «ğəsl» (ayağın yuyulması) rəva­yət­ləri arasındakı ixtilafı aradan qaldırmaq üçün belə demək olar ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) məsh vəzifəsini dəs­təmazda yerinə yetirir, sonra ayaqlarının pak olması üçün bə’zən onları yuyur, amma bunu dəstəmazın bir his­sə­si hesab etmirdi. Bu səhnəni görən ravilərdən bə’zi­lə­ri də belə təsəvvür etmişdilər ki, ayaqların yuyul­ması dəs­təmazın bir hissəsidir.
Şiələrin arasında da çoxları bu işi görür: dəstəmaz vəzifəsini, yə’ni məshi yerinə yetirdikdən sonra, paklıq məqsədi ilə öz ayaqlarını tər-təmiz yuyurlar.
Bu iş havanın istiliyinə görə yanları bağlı ayaqqa­bı­lardan yox, nə’leyndən istifadə edilən mühitlərdə daha zəruri nə­zərə çarpır. Çünki nə’leyn ayaqları toz-torpaq­dan, aludə­lik­lərdən tam şəkildə qoruyub saxlaya bil­mir.
Hər bir halda, vacib vəzifə olan məsh ilə, ayaqların adi şə­kil­də yuyulması ayrı- ayrı məsələlər olmuş­dur.
Belə bir ehtimal da verilə bilər ki, nəss müqabilində ictihad etmək fəqihlərin bir qrupunu, ayaqların yuyul­ma­sı­na dair fətva verməyə vadar etmiş və onlar belə fikir­ləş­mişlər ki, ayaqların çirki yalnız yumaqla pak­lanıb aradan gedə bilər. Bundan sonra da «Maidə» surəsinin məs­hə göstəriş verən ayəsinin zahiri mə’nasını tərk etmişlər. Sün­nü alimlərinin bə’ziləri (yuxarıdakı bəhs­lərdə qeyd olun­duğu kimi) belə demişlər: Yaxşı olar ki, ayaqlarda olan aludəliklərə görə, onu yuyaq və bu iş də məsh kafi deyildir.

 

İslami rəvayətlərdə ayaqlara məsh çəkməkAsan şəriət
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma