Ayaqqabılara məsh çəkilməsi əql və şəriət nəzərindən

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
Asan şəriətBəhsin yekunu

Yuxarıda işarə etdiymiz kimi, dəstəmazda ayaqlara məsh çəkməyi inkar edib, onun yuyulmasını vacib bilən­lər, eyni halda dəstəmaz alarkən ayaqqabıların üstünə məsh çə­kil­məyə də icazə verir və bu barədə Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olunan bə’zi hədislərə istinad edirlər!
Halbuki, Əhli-beyt hədisləri ümumi şəkildə onu in­kar etmiş, sünnü təriqi ilə nəql olunan bir çox mö’təbər hədis də onun əksini bəyan etmişdir.
İzah: İmamiyyə fəqihləri yekdil fikirlə Əhli-beyt hə­dis­­lərinə tabe olaraq ayaqqabının üstünə məsh çəkil­məsi­ni mütləq şəkildə caiz bilmirlər, lakin sünnü fəqih­lə­ri­­nin çoxu onu mütləq şəkildə – istər səfərdə, istərsə də qey­ri-səfər­də – caiz bilmişlər, onlardan bə’ziləri isə ayaq­qabıya məsh çə­kil­məsini yalnız zərurət halına aid etmişlər.
Burada müəyyən suallar irəli gəlir, o cümlədən:
1-Necə ola bilər ki, ayaqların özünə məsh çəkmək caiz olmasın, amma ayaqqabıların üstünə caiz olsun?! Halbuki, ayaqların yuyulmasından söhbət açılan zaman deyirlər ki, ayaqda aludəlik, çirk, toz-torpaq vardır, məsh etmək əvə­zinə, onu yusanız daha yaxşı olar.
Aludə, toz-torpaqlı ayaqqabılara məsh çəkmək yumağın əvəzi ola bilərmi?! Onların bə’ziləri inanırlar ki, şəxs ayaqları yumaqla ayaqqabının üstünə məsh çəkməyin hansı birini seçməkdə ixtiyar sahibidir.
2-Nə üçün «başınıza və ayaqlarınıza məsh çəkin» - deyə buyurduğu halda, Qur’anın zahiri mə’nasını tərk edib, ayaqqabıların üstünə məsh çəkməyi seçirsiniz?
3-Nə üçün ayaqqaqbının üstünə məsh çəkilməsini müt­ləq şəkildə rədd edən, Peyğəmbər (səlləllahu əleyhi və alih) tərəfin­dən Alla­hın Kitabı ilə bir səviyyədə qərar verilən və insan­ların nicat vasitəsi olan Əhli-beytin sözlərini nəzərə almırsınız?!
4-Düzdür ki, Peyğəmbərdən nəql olunan rəvayətlərdə de­yi­lir ki, o həzrət ayaqqabının üstünə məsh çəkirdi; la­kin onun müqabilində nəql olunan mö’təbər rəvayətlərdə də deyilir ki, əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alih) ayaqlarına məsh çəkmişdir. Nə üçün rəvayətlər bir-biri ilə ziddiyyət təşkil etdiyi zaman bu Qur’an ayəsinin me’yar qərar vermir və rəvayətlərin ixtilaflarında onu hakim seçərək onu müraciət yeri qərar vermirik?!
Bu məsələ ilə əlaqədar nə qədər tədqiqat aparsaq, bir o qədər də qəribəliklərlə qarşılaşacağıq.
«Əl-fiqhu ələl-məzahibil-ərbəə» kitabında oxuyuruq: ayaq­ların yuyulmasının daha fəzilətli olmasına bax­mayaraq, zərurət və iztirar halında ayaqqabıya məsh çəkmək vacib, zərurət olmadıqda isə caizdir:
Sonra hənbəlilərdən nəql edir ki, ayaqqabının üstünə məsh çəkmək onları çıxardıb ayağı yumaqdan daha fəzi­lət­lidir, bu da Allahın verdiyi rüxsəti əxz və ne’mətinə şükür etməkdir. Əbu Hənifənin tabeçi­lərindən bə’ziləri də onunla razılaşmışdır.[1]
Sonra iddia edilir ki, ayaqqabıların üstünə məsh çəkmək çoxlu rəvayətlərlə sübuta yetmişdir ki, təqribən təvatür həddindədir.[2]
Hamısından da maraqlısı budur ki, belə ayaqqabıların şərtləri, mə­shin miqdarı və onun neəs gün davam etməsi barədə (bunun bir ne­çə gün davam etməsi caizdir) geniş bəhs aparmışlar, ayaqqa­bı­la­ra məsh çəkməyin müstəhəb və məkruh əməlləri, onu batil edən şey­lər, üzərindən başqa bir ayaqqabı geyilən ayaqqabının hök­m­ləri, ayaqqabının hazırlandığı material, eləcə də hökmən dəri ol­ma­lı­dırmı, yoxsa qeyrisi də kafidir, yarıqlı və yarıqsız olan ayaq­qa­bıların hökmü və s. bu kitabın bəhslərinin mühüm hissələrini əhatə edir.[3]
5-Nə üçün ayaqqabılara məsh çəkilməsini deyən rəvayət­ləri zərurət, səfər, müharibə və ayaqqabıların çıxa­rıl­masının mümkün olmadığı, yaxud çox çətin olduğu hallara yozmursunuz?!
Bunlar cavabı olmayan suallardır və sadə bir məsələdə dəlilsiz mühakimələr bu qədər ixtilafın yaranmasına səbəb olmuşdur.
Mən özüm Cəddə aeroportunda olarkən gördüm ki, sünnü qar­daş­lardan biri dəstəmaz üçün gəlib məsh əvəzinə ayaq­larını diqqətlə yudu, digəri isə gəlib üzünü və əllərini yudu, əlini ayaqqabısının üstünə çəkib namaza getdi. Mən hey­rətdə donub qaldım və öz-özümə fikiləşdim ki, hik­mət­li Peyğəmbər (səlləllahu əleyhi və alih) kimi bir şəxs elə bir gös­tə­riş vermiş olarmı ki, onun üçün bir izah yolu tapmaq olma­sın?!
Bu suallardan sonra gərək bu məsələnin əsl mənbə­lə­rini tədqiq edək, rəvayətlərin arasında bu fətvanın əslini tapaq, eləcə də onun üçün əqli həll yolunu araş­dıraq.
Rəvayətlər bir neçə qrupdur:
a) Əhli-beyt mənbələrində nəql olunan rəvayətlər ayaq­qa­bının üzərinə məsh çəkməyi ümumi və yekdil şəkildə in­kar edir, o cümlədən:
1-Şeyx Tusi, Əbil-Vərdin belə dediyini nəql edir: İmam Əbu Cə’fər Baqir (əleyhis-salam)-a ərz etdim: «Əbu Zəbyan nəql edir ki, Əli (əleyhis-salam)-ın suyu tökdüyünü və öz ayaqqabılarına məsh etdiyini gördüm.» Həzrət buyurdu: «Əbu Zəbyan yalan deyir:
اَمَا بَلَغَکَ قَوْلُ عَلِیٍّ فِیکُمْ: سَبَقَ الْکِتَابُ الْخُفَّیْنِ؟ فَقُلْتُ هَلْ فِیهِمَا رُخْصَةٌ؟ فَقَالَ: لاَ اِلَّا مِنْ عَدُوٍّ تَقِیَّةً اَوْ ثَلْجٍ یُخَافُ عَلَی رِجْلَیْهِ
Əli (əleyhis-salam)-ın Qur’ani-məciddə («Maidə» surəsinin dəs­təmazda ayaqlara məsh çəkilməsini göstərən ayəsində) ayaq­qabılara deyil, ayaqlara məsh çəkilməsini buyur­ma­sı­nı göstərən xəbər sənə çatmayıbmı?!» Ərz etdim ki, ayaqqa­bı­ların üzərinə məsh çəkməyə icazə veril­mişdirmi?! Bu­yur­du: «Xeyr! Amma əgər düşmən qarşı­sında olsan və tə­qiy­yə etmək istəsən, yaxud qar yeri örtmüş olsa və öz ayaq­la­rı­na soyuq dəyəcəyindən qorxsan (bu hallarda eybi yoxdur).»[4]
Bu hədisdən bir neçə məsələ aydın olur:
Əvvəla: Əhli-sünnə rəvayətləri arasında Əli (əleyhis-salam)-ın ayaq­qabılara məsh çəkməyi caiz bilməsinin məşhur bir mə­sə­lə olmasına baxmayaraq, necə olur ki, Əbu Zəbyan və onun ki­mi­lər özünə icazə verir ki, o həzrətin adından yalan de­sin­lər?! Görəsən, bu işdə bir hiylə, məkr işdədilibmi? Bu sualın cavabını sonralar başa düşəcəyik.
İkincisi: Əli (əleyhis-salam) düz yolu göstərir və buyurur ki, Qur’a­ni-Məcid hər şeydən öncə, bütün şeylərin hökmünü bə­yan etmiş və bu işdə heç nə Qur’andan qabağa keç­mə­­mişdir. Əgər Qur’anın əksinə olan bir rəvayət də gö­rün­sə, mütləq izah edilməli, başqa mə’naya yozul­ma­lı­dır. O da dəstəmaz ayəsinin yer­ləş­diyi «Maidə» surəsin­də­dir və o ayələr heç vaxt nəsx olunmamışdır.
Üçüncüsü: İmam Baqir (əleyhis-salam) da düz yol göstərib buyurur ki, ayaqqabılara məsh çəkilməsi barəsində varid olan rəvayəti zəruri hallara, o cümlədən şiddətli soyuğa – ayaq­la­rın soyuqdan donma qorxusu olan hallara yozmaq lazım­dır.
2-Mərhum Səduqun «Mən la yəhzuruhul-fəqih» kita­bın­da Əmirəl-mö’minin Əli (əleyhis-salam)-dan nəql etdiyi bir hədisdə deyi­lir:
نَحْنُ اَهْلُ بَیْتٍ... لاَ نَمْسَحُ عَلَی الْخُفَّیْنِ فَمَنْ کَانَ مِنْ شِیعَتِنَا فَلْیَقْتَدِ بِنَا وَلْیَسْتَنَّ بِسُنَّتِنَا
“Biz elə bir xanədanıq ki, ayaqqabının üzərinə məsh çək­mirik. Hər kəs bizə tabedirsə, bizə iqtida və bizim sün­nə­mizi qəbul etsin.”[5]
3-İmam Sadiq (əleyhis-salam)-dan nəql edilən hədisdə çox qəribə tə’birlə buyurulur:
مَنْ مَسَحَ عَلَی الْخُفَّیْنِ فَقَدْ خَالَفَ اللهَ وَ رَسُولَهُ وَکِتَابَهُ وَ وُضُوئُهُ لَمْ یَتُمَّ وَ صَلاتُهُ غَیْرُ مُجْزِیَةٍ
«Hər kəs ayaqqabının üstünə məsh çəksə, Allah, Onun Rə­­sulu (səlləllahu əleyhi və alih) və Qur’ani-Məcidlə müxalifət etmiş­dir. Belə bir şəxsin dəstəmazı natamam, namazı isə kifa­yət deyildir (vacib fərizəni əda etməmişdir).»[6]
Ayaqqabının üzərinə məsh çəkməyin caiz olmaması ba­rə­sində Əli (əleyhis-salam)-dan nəql olunan rəvayətə diqqət yetir­mək­lə Fəxr Razinin; «Bismillah»ın astadan, yoxsa ucadan oxun­ması ilə əlaqədar dediyi sözü xatırladırıq. Çünki bə’zi­ləri «Bismillahir-Rəhmanir-rəhim»i astadan oxu­mağı vacib bilirdi, Əli (əleyhis-salam) isə ucadan (cəhrlə) oxu­mağı lazım hesab edirdi. O (Fəxr Razi) belə deyir:
مَنِ اتَّخَذَ عَلِیًّا اِمَامًا لِدِینِهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَةِ الْوُثْقَی فِی دِینِهِ وَنَفْسِهِ
«Hər kəs Əlini özünün din rəhbəri qərar versə, öz di­­nində və nəfsində möhkəm bir sığınacağa sarıl­mış olar.»[7]
İndi isə digər rəvayətləri araşdırırıq.
b) Ayaqqabıların üzərinə məsh çəkməyə icazə verən rəvayətlər; və onlar da iki qrupdur:
Birincisi o rəvayətlərdir ki, buna mütləq şəkildə ica­­zə verir, o cümlədən, Sə’d ibni Əbi Vəqqasın Rəsuli-Ək­­rəm (səlləllahu əleyhi və alih)-dən mərfu şəkildə nəql etdiyi hədisdir ki, ayaqqabıların üzərinə məsh çəkməyə icazə verir:[8]
انه لا باس بالوضوء علی الخفین
Beyhəqinin «Səhihi Buxari»dən, «Səhihi Müslüm»dən, onların da Hüzeyfədən nəql etdikləri digər hədisdə:
مشی رسول الله- الی سباط قوم فبال قائما ثم دعا بماء فجئته بماء فتوضا ومسح علی خفیه
 [Üzrxahlıq istəyir, tam xəcalətlə və icbarın hökmü ilə hədisi tərcümə edirik:] Hüzeyfə deyir ki, «Peyğəmbər (səlləllahu əleyhi və alih) bir qövmün zibil tökdükləri yerə getdi və ayaq üstə bövl etdi. Sonra su istədi, mən ona su gətir­dim, o dəstəmaz alaraq ayaqqabılarının üstünə məsh çəkdi.»[9]
Biz əminik ki, bu hədis yüz faiz saxtadır, onu bə’zi mü­na­qfiqlər Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in müqəddəs mə­qa­mına zərbə vurmaq üçün düzəltmişlər. Bundan sonra da müəl­liflərin sadəliyi üzündən «Səhihi Buxari» və «Səhi­hi Müslüm» kimi kitablara varid edilmişdir.
Görəsən, azacıq şəxsiyyət sahibi olan adi bir şəxs elə bir iş görərmi ki, öz ardınca qələmin yazmaqdan həya etdiyi çoxlu xoşagəlməz hallar gətirsin?!
Çox təəccüblü haldır ki, bu qəbildən olan rəvayətlər «Sihah» kitab­larında gəlmişdir, sünnü alimləri hal-hazırda da ona istinad edirlər.
Bu və bu kimi rəvayətlər ayaqqabıların üzərinə məsh çəkilməsini heç bir şeylə şərtləndirmir.
İkinci dəstə: Bu rəvayətlərdən aydın olur ki, ayaqqa­bı­ların üzərinə məsh çəkmək caiz olsa da, zərurət və çı­xıl­maz hallara aiddir. O cümlədən:
Miqdam ibni Şüreyhin Ayişədən nəql etdiyi hədisdə de­yi­lir ki, ondan ayaqqabıların üzərinə məsh çəkmək barə­də soruşduqda, dedi: «Əlinin yanına get. O, Peyğəmbərlə bir­likdə səfərə gedirdi. Mən onun yanına gəldim və bu sua­lı soruşduqda, buyurdu:
کنا اذا سافرنا مع رسول الله- یامرنا بالمسح علی خفافنا
«Peyğəmbər (səlləllahu əleyhi və alih)-lə birlikdə səfərə gedəndə, bizə gös­təriş verirdi ki, ayaqqabıların üzərindən məsh çə­kək.»[10]
 Bu tə’bir göstərir ki, ayaqqabıların üzərinə məsh çə­kil­məsi zəru­rət hallarına məxsus olmuşdur. Buna görə də deyilir ki, «Pey­ğəm­bər səfərdə bizə belə buyururdu.» Sün­nü­lərin mənbələrində olan rəvayətlərin məcmusuna diqqət yetir­məklə və bitərəf mövqe seç­məklə aşağıdakı nəti­cələri almaq olar:
Əvvəla: Üsul elmində məşhur olan «mütləq (qeydsiz) və «mü­qəyyəd» (qeydli) rəvayətlər arasında, mütləqlərə qeyd vur­ma qəbi­lin­dən olaraq cəm etmə» qaydasına əsasən ayaq­qa­bı­lara məsh çəkil­mə­sinə mütləq şəkildə icazə verən rəva­yət­ləri zərurət hallarına, o cümlədən, səfər, müharibə mey­danı, yaxud buna oxşar olan digər hallara yozmalıyıq. Maraq­lıdır ki, Beyhəqi öz «Sünən» kitabında ayaqqa­bı­ların üzərinə məsh çəkilməsinin caiz olduğu zamanın nə qədər olması barədə müfəssəl bir bab açmış və bir neçə rəvayətlə onun səfərdə üç gün, evdə olan zaman isə bir günlə məhdud olmasını bəyan etmişdir.[11]
Görəsən, bu qədər rəvayət bu həqiqətə dair aydın bir də­lil deyil­dirmi ki, ayaqqabıların üzərinə məsh çəkilmə­si­ni göstərən rəva­yət­lər zərurət hallarına məxsusdur və adi hal­larda ayaqqabıları çıxar­madan onun üzərinə məsh çəkil­məsinin heç bir mə’nası yoxdur?!
Bə’zilərinin dediyi «bu, ümmətin düçar olacağı mə­şəq­qəti ara­dan qaldırmaq üçündür» sözləri qəbul olunası deyildir; çünki adi ayaq­qabıların çıxarılması­nın azacıq belə, zəhməti, məşəqqəti yox­dur.
İkincisi: Əhli-sünnənin mənbələrində Əli (əleyhis-salam)-dan nəql olun­muş çoxlu rəvayətlərə diqqət yetirməklə, o həz­rət­dən nəql etdikləri «bu məsh «Maidə» surəsinin al­tın­cı ayəsinin nazil olmasından qa­baq dəstəmaz barəsində idi» - sözü göstərir ki, buna icazə veril­miş­sə də, o, bu ayə­nin nazil olmasından əvvəl imiş. Bu ayə nazil ol­duq­dan sonra isə, hətta müharibə və səfərlərdə belə ayaq­qabı­ların üs­tünə məsh çəkmək caiz olmamışdır. Rna gö­rə ki, ayaqqabının çıxa­rıl­ması cəhətindən çətinlik ol­­duq­­da dəstəmaz əvəzinə təyəmmüm alırdılar, çünki təyəm­mü­mün hökmü də, ümumi şəkildə həmin ayədə qeyd olun­muş­dur.
Üçüncüsü, Peyğəmbərin ayaqqabıya məsh çəkməsi müşa­hi­də edilmiş olsa da, səbəbi bu idi ki, o həzrətin ayaq­qabı­sının üstü açıq idi və oradan ayağa məsh çəkmək mümkün olmuşdur.
Məşhur imamiyyə hədisçilərindən olan mərhum Şeyx Sə­duq özünün «Mən la yəhzuruhul-fəqih» kitabında belə nəql edir: «Nəcaşi Peyğəmbər (səlləllahu əleyhi və alih) üçün hədiyyə ola­raq bir başmaq gətirmişdi, onun üzərində yarıq da var idi. Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) həmin ayaqqabını gey­miş olduğu zaman öz ayağının üstünə məsh çəkirdi. Ona ba­xan­ların bə’ziləri güman edirdilər ki, o həzrət ayaq­qa­bının üstünə məsh çəkir.»[12]
Məşhur mühəddis Beyhəqi «Əs-sünənul-kubra» kita­bın­da «babul-xəffilləzi məsəhə ələyhi Rəsulullah» ün­van­lı bir bölmə açmışdır. Bu bölmənin hədislərindən mə’­lum olur ki, mühacir və ənsarın ayaqqabılarının çoxu­sunun üstü açıq (yarıq) idi.[13]
Deməli, onların da öz ayaqqabılarının üstündə olan yarıq­dan ayaqlarına məsh çəkmələrinə ehtimal verilir.
Bu bəhsin qəribəliklərindən biri də budur ki, ayaqqabıların üs­tün­dən məsh çəkməyi göstərən hədislərin ra­vi­ləri o kəslərdilər ki, o həz­rətin hüzuruna çatmaq tov­fi­qinə az hallarda nail olurdular. La­kin Əli (əleyhis-salam) həm­işə o həzrətin hüzurunda olduğu üçün, əhli sün­nənin məş­hur hədislərinə əsasən, bu əqidəni heç vaxt qəbul etmirdi.
Bundan da qəribəsi odur ki, çox hallarda həzrəti Peyğəmbər (səlləllahu əleyhi və alih)-lə birlikdə olan Ayişə belə deyir: «Mə­nim ayaqlarımın qırılması ayaqqabının üstündən məsh çəkməkdən daha yaxşıdır!»[14]

 


[1] «Əl-fiqhu ələl-məzahibil-ərbəə», 1-ci cild, səh. 135
[2] Yenə orada, səh. 136
[3] Yenə orada, səh. 135-147
[4] «Təhzib», 1-ci cild, hədis: 1092
[5] «Mən la yəhzuruhul-fəqih», 4-cü cild, səh. 415
[6] «Vəsailuş-şiə», 1-ci cild, səh. 279
[7] «Təfsiri Kəbir», (Fəxr Razi), 1-ci cild, səh. 207
[8] «Əs-sünənul-kubra», 1-ci cild, səh. 269
[9] Yenə orada, səh. 270
[10] «Əs-sünənul-kubra», 1-ci cild, səh. 272
[11] «Əs-sünənul-kubra », 1-ci cild, səh. 275 və 276.
[12] «Mən la yəhzuruhul-fəqih», 1-ci cild, səh. 48
[13] «Əs-sünənul-kubra», 1-ci cild, səh. 283
[14] «Məbsut», Sərəxsi, 1-ci cild, səh. 98

 

 

 

Asan şəriətBəhsin yekunu
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma