1-İbadətlər arasında səcdənin əhəmiyyəti

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
Ən yaxşı çıxış yolu2-Səcdə Allahdan qeyrisi üçün caiz deyildir!


İslam nəzərindən Allah-Taala üçün səcdə etmək ən mühüm ibadətlərdən biridir. Rəvayətlərdə qeyd olunduğu kimi, səcdə halında olan insan sair hallara nisbətən Allah dərgahına daha yaxın olur. Böyük din rəhbərləri, xüsusilə Peyğəmbər (səlləllahu əleyhi və alih) və onun Əhli-beyti uzun-uzadı səcdələr edirdilər.
Allah üçün uzun-uzadı səcdə etmək insanın ruhuna pərvəriş verir, çünki o, Pərvərdigari-aləmin dərga­hında bəndəçilik və xüzunun ən bariz nümunələrindən biridir. Həmin səbəbə görə də namazın hər bir rəkətində iki səcdə yerinə yetirilməsi göstəriş verilmişdir. Şükür səcdəsi, Qur’an tilavətinin vacib və müstəhəb səcdələri də səcdənin ən bariz nümunələrindən biridir.
İnsan səcdə halında Allahdan başqa hər bir şeyi unudur, özünü Onun dərgahına çox yaxın bilir və Allahın qürb büsatında özünə yer açır.
Seyri-süluk və irfan ustadları, əxlaq müəllimləri səcdə məsələsinə çox tə’kid etmişlər.
Bu qeyd olunanların məcmusu “İnsanın heç bir əməli şeytan üçün səcdədən də artıq narahatedici deyildir.” məşhur hədisin məzmunudur
Peyğəmbər(səlləllahu əleyhi və alih) öz səhabələrindən birinə buyurdu:
وَ اِذَا اَرَدْتَ اَنْ یَحْشُرَکَ اللهُ مَعِی یَوْمَ الْقِیامَةِ فَاَطلِ السُّجُودَ بَیْنَ یَدَیِ اللهِ الْواحِدِ الْقَهَّارِ
«Qiyamətdə Allahın səni, mənimlə birgə məhşur et­mə­sini istə­yir­sən­sə, vahid və qəhhar olan Allah üçün uzun-uzadı səcdələr yerinə yetir.»[1]


[1] «Səfinətül-bihar», «sücud» maddəsi.

Ən yaxşı çıxış yolu2-Səcdə Allahdan qeyrisi üçün caiz deyildir!
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma