Qur’anın təhrİf olunmamasına daİr əqlİ və nəqlİ dəlİllər

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
Firqə daxili ixtilaflara görə islamın köksünü baltalamaq olmaz!Son söz

7-Biz inanırıq ki, Qur’anın təhrif olunmamasını çox­lu əqli və nəqli dəlillər isbat edir. Çünki bir tərəf­dən Qur’anın özü buyurur:
إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّکْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ
 “Həqiqətən Qur’anı Biz nazil etdik və onun qorunub-hifz olunması da Bizim öhdəmizdədir.”[1]
Başqa bir ayədə isə buyurulur:
وَإِنَّهُ لَکِتَابٌ عَزِیزٌ لَا یَأْتِیهِ الْبَاطِلُ مِن بَیْنِ یَدَیْهِ وَلَا مِنْ خَلْفِهِ تَنزِیلٌ مِّنْ حَکِیمٍ حَمِیدٍ
«Bu, şübhəsiz izzətli və məğlubedilməz bir ki­tab­dır, heç növ batil – nə arxadan, nə də öndən ona yol tapa bil­məz. Çünki o, hikmətli və tə’rifə layiq olan Allah tərə­findən nazil edilmişdir.»[2]
Görəsən, qorunub, hifz olunması Allah-Taalanın Öz öh­­də­­sinə olan belə bir kitaba təhrif əlləri uzadıla bi­lər­mi?!
Digər tərəfdən, Qur’an ümmət arasında tərk olunmuş bir kitab deyildi ki, bir kəs onu azalda və yaxud ona bir şey artıra bilsin.
Sayı 14 nəfərdən 400 nəfərə qədər qeyd olunan Qur’an katibləri (kuttabi vəhy) hər bir ayə nazil olan kimi dərhal onu qeyd edib əzbərləyirdilər.
Peyğəmbər (səlləllahu əleyhi və alih)-in əsrində yüzlərlə Qur’an hafizi var idi ki, ayələrin nazil olması ilə eyni zamanda dərhal on­ları əzbərləyirdilər.
O dövrdə Qur’an qiraəti ən böyük ibadətlərdən hesab olu­nurdu, müsəlmanlar gecə-gündüz onu qiraət və tilavət edir­dilər.
 Bundan əlavə, Qur’an İslamın Əsas Qanunu və müsəl­man­ların həyat ayini olmaqla, onların həyatının bütün dövrlərinə nəzarət edirdi.
Əql qəti şəkildə hökm edərək deyir ki, belə bir kita­bın təhrif edilməsi, ona bir şeyin artırılıb-azaldıl­ma­s­ı qeyri-mümkündür.
İslam rəvayətlərində və mə’sum imamlar (əleyhimus-salam)-dan nəql olunan hədislərdə Qur’anın əsalət, tamamlıq və təh­rif olunmamasına dair tə’kidlər edilmişdir
Əli (əleyhis-salam) aşkar şəkildə buyurmuşdur:
اَنْزَلَ عَلَیْکُمُ الْکِتَابَ تِبْیانً لِکُلِّ شَیْءٍ وَ عَمَّرَ فَیکُمْ نَبِیَّهُ اَزْمانًا حَتَّی اَکْمَلَ لَهُ وَ لَکُمْ فِیمَا اَنْزَلَ مِنْ کِتَابٍ دِینَهُ الَّذِی رَضِیَ لِنَفْسِهِ
«Allah-Taala hər bir şeyi bəyan edən Qur’anı nazil et­di və Peyğəmbərə siz ümmət arasında o qədər ömür verdi ki, Qur’anın vasitəsi ilə Öz dinini sizin üçün kamil etmiş olsun.»[3]
«Nəhcül-bəlağə»nin xütbələrinin çoxunda Qur’andan söh­bət açılmışdır, amma heç bir yerdə onun təhrif olun­ma­sına azacıq belə, işarə yoxdur; üstəlik Qur’anın kamil və tamam olması aşkar şəkildə bəyan olunmuşdur.
Doqquzuncu imam həzrəti Məhəmməd Təqi (əleyhis-salam) bir hə­dis­də öz dostlarından birinə, camaatın haqq yolundan çıx­ması ilə əlaqədar xitab edərək buyurur:
وَ کَانَ مِنْ نَبْذِهِمُ الْکِتَابَ اَنْ اَقَامُوا حُرُوفَهُ وَ حَرَّفُوا حُدُودَهُ
«Camaatın bir qrupu Qur’ani-məcidi boşlamış, söz­lərini düzgün oxuduqları halda onların məfhumlarını təh­rif etmişlər.»[4]
Bu və bu kimi digər hədislər göstərir ki, Qur’anın söz­ləri toxunulmaz qalmış və yalnız mə’na baxımından on­da təhrifə yol verilmişdir. Yə’ni bə’zi qruplar öz nəf­sani istək və şəxsi mənafelərinə görə onun ayələri­nin gerçəkliyini, həqiqətin əksinə olaraq izah etmişlər.
Buradan mühüm bir məsələ aydınlaşır: əgər bə’zi rə­va­yətlərdə təhrifdən söz açılmışsa da, məqsəd onun mə’na ba­xı­mından təhrif olunması, şəxsi rə’y əsasında təfsir edil­məsidir, amma ibarə və kəlmələrində olan təhrif deyil­dir.
Digər tərəfdən, mə’sum imamlar (əleyhimus-salam)-dan nəql olunan bir çox mö’təbər rəvayətlərdə oxuyuruq:
اَعْرِضُوهُمَا عَلَی کِتَابِ اللهِ فَمَا وَافَقَ کِتَابَ اللهِ فَخُذُوهُ وَ مَا خَالَفَ کِتَابَ اللهِ فَرُدُّوهُ
«Bizim sözlərimizin, rəvayətlərimizin düz olub-olma­ma­sını bilmək üçün, xüsusilə onların arasında təzad gö­rün­­düyü zaman onları Qur’anla tutuşdurun: Qur’anla uyğun gə­lən­lər düzgündür, ona əməl edin. Qur’anla müxalif olan­ları isə boşlayın!»[5]
Bu da Qur’ani-Kərimin təhrif olunmamağına dair aş­kar bir dəlildir, çünki, əks halda, haqq ilə batilin ayırd edilmə me’yarı ola bilməzdi.
Bunlardan əlavə, sünnü və şiə mənbələrinin çoxlu yer­lə­rində nəql olunan «Səqəleyn» hədisinə əsasən, Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur:
اِنِّی تَارِکٌ فِیکُمُ الثَّقَلَیْنِ کِتَابَ اللهِ وَ عِتْرَتِی اَهْلَ بَیْتِی مَا اِنْ تَمَسَّکْتُمْ بِهِمَا لَنْ تَضِلُّوا
 «Mən sizin aranızda iki ağır, qiyimətli əmanət qoyub ge­­­di­rəm: Allahın Kitabı və mənim itrətim. Əgər onlara sa­­­rıl­­­sanız, məndən sonra heç vaxt yolunuzu azmayacaq­sı­nız.»[6]
Bu dolğun mə’nalı hədis gözəl şəkildə çatdırır ki, Qur’­an və Əhli-beyt (əleyhimus-salam) insanların qiyamət gününə qə­dər hidayət olunması üçün çox mö’təbər bir sığınacaq yeri­dir. Əgər Qur’anda təhrifə yol verilmiş olsaydı, onda ca­maat üçün necə sığınacaq yeri ola bilərdi?! Camaat zəla­lət­dən necə xilas ola bilərdi.?![7]

[1] «Hicr» surəsi, 9-cu ayə.
[2] «Fussilət» surəsi, 41 və 42-ci ayələr.
[3] «Nəhcül-bəlağə», 86-cı xütbə
[4] «Kafi», 8-ci cild, səh.53.
[5] «Vəsailuş-şiə», 18-ci cild, səh.80
[6] «Biharul-ənvar», 36-cı cild, səh.331
[7] Əlavə mə’lumat almaq üçün «Ənvarul-üsul» kitabına (2-ci cild) müraciət edə bilərsiniz.

 

 

Firqə daxili ixtilaflara görə islamın köksünü baltalamaq olmaz!Son söz
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma