7-Haram olan təqiyyə

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
6-Təqiyyə təkcə kafirlər müqabilində caizdirmi?3.Səhabələrİn ədalətİ

Bə’zi hallarda təqiyyə etmək haram sayılır və bu, o haldadır ki, əgər bir şəxs və ya hər hansı bir qrup təqiyyə edərək öz məzhəbi əqidələrini gizlədərsə, islamın əsası təhlükəyə düşsün, yaxud müsəlmanlara ağır zərbələr vurulsun. Bu kimi hallarda insan hətta özü üçün təhlükə və ya zərər olsa belə öz həqiqi əqidəsini aşkar etməlidir.
Bə’zi hallarda təqiyyə etməməyin insanın özünü həla­kə­tə salmasını Qur’anın buyurduğu «və la tulqu bi əydikum ilət-təhlükəti» («Bəqərə», 195) qəbilindən olduğunu gü­man edənlər çox yanılmışlar; çünki belə halda onların ci­had meydanında iştirak etməsi də haram olmalı idi, hal­buki, heç bir aqil şəxs belə deməmişdir. Buradan ay­dın olur ki, imam Hüseyn ibni Əli ibni Əbitalib (əleyhimus-salam)-ın Yezid qarşısında qiyam etməsi qaçılmaz bir di­ni vəzifə idi. İmam hətta təqiyyə ünvanı ilə belə, yezid­çi­lər və islami xilafəti qəsb edən bəni-üməyyə tayfası ilə sa­ziş etmədi; çünki o bilirdi ki, saziş edəcəyi təqdirdə is­la­mın köksünə çox ağır və öldürücü zərbələr vurulacaq, onun qiyam edib şəhadətə çatması da bütün müsəlmanların ayılmasına və islamın cahiliyyət tör-töküntülərindən amanda qalmasına səbəb olacaqdır.
8-Müdara etmək üçün edilən təqiyyə
Bu da təqiyyənin digər bir növüdür ki, dinin və məz­hə­bin əsasına heç bir zərər yetirməyən hallarda bir məzhəb sahibləri tərəfindən müsəlmanların vəhdətinin qorunub saxlanması və sair müsəlman firqələri ilə həmahəng olmaq xatirinə edilir.
Məsələn, Əhli-beyt məktəbi ardıcılları ina­nır­lar ki, xalça və ya palazın üstünə səcdə etmək olmaz; hök­mən daş, torpaq və s. şeylərə səcdə etmək lazımdır. On­lar öz müd­də­alarına Peyğəmbər (səlləllahu əleyhi və alih)-in buyur­duğu məş­hur
جُعِلَتْ لِیَ اْلاَرْضُ مَسْجَدًا وَطَهُورًا
«Yer mənim üçün səcdəgah və təyəmmüm üçün (paklıq səbə­bi) qərar ve­ril­mişdir»[1]-hədisini dəlil gətirirlər. Am­­ma sair mü­səl­manlar onların məscidlərində namaz qıl­dığı halda cər­gə­lərinin möhkəmlənməsini, vəhdətin qo­runub-saxlan­ma­sını istəsələr, yaxud Məscidül-Həramda və Məscidün-Nəbi­də namaz qılmaq istəsələr, onda başqa­la­rı kimi həmin xalçaların üstünə səcdə etməlidirlər.
Bizim əqidəmizə görə bu iş caiz və belə bir namaz da səhihdir və buna, «müdara təqiyyəsi» deyilir. Çünki bu ki­mi hallarda insanın canından və malından qorxması kimi bir məsələ irəli gəlmir, əksinə sair islam firqə­ləri ilə müdara etmək məsələsi qarşıya qoyulur.
Böyük şəxsiyyətlərdən birinin buyurduğu sözlə təqiyyə məsələsini sona çatdırırıq:
Böyük şiə alimlərindən biri Misirdə «əl-Əzhər»in şeyxlərinin biri ilə görüşür, o, şiə ali­mi­ni məzəmmət edərək deyir: «Eşitmişəm, siz təqiyyə edir­siniz?!» Şiə alimi cavab verir: «Allahın rəhmətindən uzaq olsun o şəxs ki, bizi təqiyyəyə məcbur edir!»

[1] «Səhihi Buxari», 1-ci cild, səh.91, «Sünəni Beyhəqi», 2-ci cild, səh.433 (Bu hədis digər çoxlu kitablarda da nəql olunmuşdur.)

6-Təqiyyə təkcə kafirlər müqabilində caizdirmi?3.Səhabələrİn ədalətİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma