4-Bu məsələnin mənbələri

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
3-Nəyin üzərinə səcdə etməliyik?5-Əli ibni Əbdüllah ibni Abbas, Rəzinə belə yazdı:

İndi isə həmin məsələnin mənbələrini qeyd edir və əvvəlcə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in kəlamından başlayırıq:
a) Torpağa səcdə etmək barəsində məşhur Peyğəmbər hədisi.
Sünnü və şiə raviləri bu hədisi Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-dən nəql etmişlər:
جُعِلَتْ لِیَ اْلاَرْضُ مَسْجدًا وَ طَهُورًا
“Yer mənim üçün səcdəgah və təharət (təyəmmüm) səbəbi qərar verilmişdir.”[1]
Bə’ziləri güman etmişlər ki, hədisin mə’nası budur ki, yer kürəsi başdan-başa Pərvərdigari-aləm üçün ibadət yeridir və ibadətin yerinə yetirilməsi hansısa bir yerə məxsus deyildir, yəhudi və məsihilərin əqidələri kimi, «ibadət yalnız kilsədə və xüsusi mə’bədlərdə yerinə yetiril­məlidir» - deyə təsəvvür olunmamalıdır.
Lakin azacıq diqqət yetirdikdə, bu yozumun hədisin mə’na­sı ilə uyğun gəlmədiyi mə’lum olur. Çünki Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: “Yer mənim üçün həm təhur, həm də səc­də­gah qərar verilmişdir.” Bildiyimiz kimi, «təhur» olan və üzərinə təyəmmüm edilməsi caiz olan şey-daş və yerin tor­paqlarıdır. Deməli, səcdəgah da torpaq və daşdan iba­rət olmalıdır.
Əgər əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alih) bu hədisi, bə’zi sün­nü fəqihlərinin başa düşdüyü kimi bəyan etməli olsay­dı, onda belə deməli idi:
جُعِلَتْ لِیَ اْلاَرْضُ مَسْجدًا وَتُرابُها طَهُورًا
«Yer kürəsinin hər yeri mənim üçün səcdəgah və onun tor­­pağı təharət və təyəmmüm vasitəsidir.» Lakin Pey­­ğəm­bər (səlləllahu əleyhi və alih) belə buyurmamışdır. Deməli, burada qeyd olu­nan «məscid» səcdəgah mə’nasınadır, səcdəgah da üzə­­­ri­­nə təyəmmüm edilə biləsi şeylərdən olmalıdır. Am­ma şiə­lərin torpağa səcdə etməyə iltizamlı olmaları və səc­də­nin xalça, palaz və s. kimi şeylərə caiz olmama­sı­nı de­mə­lərinə gəldikdə isə, əsla səhvə, xətaya yol ver­mə­miş­lər. Çün­ki Peyğəmbər (səlləllahu əleyhi və alih)-in göstərişinə əməl etmiş­lər.
b) Peyğəmbər (səlləllahu əleyhi və alih)-in sirəsi (adət-ən’ənəsi)
Çoxlu rəvayətlərdən aydın olur ki, Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih) də yalnız torpağa səcdə etmiş, palaz, xalça, paltar və s. kimi şeylərə səcdə etməmişdir.
Əbu Hüreyrənin nəql etdiyi hədisdə deyilir: «Peyğəm­bə­ri yağışlı bir gündə gördüm; O, torpağa səc­də edir və (pal­­çığın) əsərləri onun alnında və burnunda görü­nür­dü.»[3]
Ayişə deyir: «Mən heç vaxt görmədim ki, Peyğəmbər (səc­­də vaxtı) alnını bir şeylə bürümüş və ya örtmüş ol­sun.»[2]
İbni Həcər bu hədisin şərhində yazır: «Bu hədis gös­tərir ki, səcdədə ilk şərt alnın torpağa dəyməsidir, lakin imkan olmadıqda bu iş vacib deyildir.»[4]
Digər bir rəvayətdə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qadınla­rın­dan biri olan Məymunədən belə nəql olunur:
«Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) bir parça həsir üzərində namaz qılır və elə ora da səcdə edirdi.»[5]
Aydındır ki, bu hədis Peyğəmbər (səlləllahu əleyhi və alih)-in həsir­dən olan səccadənin üzərinə səcdə etməsini göstərir.
Sünnülərin məşhur mənbələrində mövcud olan çoxlu rəvayətlər Peyğəmbər (səlləllahu əleyhi və alih)-in xümrəyə səcdə etdiyini gös­tərir (xümrə xurma ağacının yarpaqlarından toxunmuş səccadə, yaxud kiçik həsirə deyilir).
Qəribədir! Əgər şiələr bu cür əməl edərək namaz vax­tı həsirdən olan səccadəni ayaq altına qoysaydılar, bə’zi təəs­sübkeşlər və ifratçılar tərəfindən bid’ətdə müttə­him olunacaq, onlara qəzəb nəzərləri ilə baxılacaq­dı, halbu­ki, yuxarıdakı hədislərdə bu işin Peyğəmbər sünnəsi olduğu vurğulanır.
Nə qədər ağrılı haldır ki, sünnələr bid’ət hesab olunur. Heç vaxt unutmaram: Allah evinin ziyarətinə getdiyim səfərlərin birində Peyğəmbər məscidində kiçik bir səccadənin üzərində namaz qılmaq istədim. Vəhhabi alimlərindən olan təəssübkeş bir şəxs mənim yanıma gəldi, həsiri qəzəblə dartıb bir tərəfə tulladı. Deməli, o, sünnəni bid’ət hesab etmişdi!
v) Səhabə və tabeinlərin tutduğu yol
Bu bəhsin maraqlı məqamlarından biri də səhabələrin və onlardan sonra gələnlərin (tabein adı ilə məşhur­durlar) vəziyyətləridir. Bu vəziyyət göstərir ki, onlar da yerin üzərinə səcdə edirlərmiş. Nümunə üçün:
1-Cabir ibni Əbdüllah Ənsari deyir:
کُنْتُ اُصَلِّی الظُّهْرَ مَعَ رَسُولِ اللّه0فَآخِذُ قَبْضَةً مِنَ الْحِصَی فَاَجْعَلُهَا فِی کَفِّی ثُمَّ اُحَوِّلُهَا اِلَی الْکَفِّ اْالاُخْرَی حَتَّی تَبْرُدَ ثُمَّ اَضَعُهَا لِجَبِینِی حَتَّی اَسْجُدَ عَلَیْها مِنْ شِدَّةِ الْحَرِّ
«Mən zöhr namazını Rəsulullah (səlləllahu əleyhi və alih) ilə bir­lik­də qılırdım. Bir qədər kiçik daş qırıntılarını götü­rüb o əlimdən bu əlimə verirdim ki, soyusun və ona səcdə edim. Bu iş havanın şiddətli isti olmasına görə idi.»[6]
Bu hədis göstərir ki, Peyğəmbərin səhabələri yer üzə­ri­nə səcdə etməyə iltizamlı idilər. Hətta havanın qızmar ol­du­ğu şəraitlərdə belə, özləri üçün bir çarə yolu fikir­ləşirdilər. Əgər torpağa səcdə etmək vacib olmasaydı, bu əzab-əziyyətli işə heç bir lüzum olmazdı.
2-Ənəs ibni Malik deyir:
کُنَّا مَعَ رَسُولِ اللهِ 0 فِی شِدَّةِ الْحَرِّ فَیَاْخُذُ اَحَدُنَا الْحِصْبَاءَ فِی یَدِهِ فَاِذَا بَردَ وَضَعَهُ وَ سَجَدَ عَلَیْهِ 
«Biz qızmar bir havada Peyğəmbər (səlləllahu əleyhi və alih)-in hüzu­run­da idik. Xırda daş parçalarını əlimizə alıb, soyu­dur, sonra onu yerə qoyaraq üzərinə səcdə edir­dik.»[7]
Bu tə’bir göstərir ki, bu məsələ səhabələrin arasında adi bir iş olmuşdur.
3-Əbu Übeydə belə nəql edir:
انَّ ابْنَ مَسْعُودٍ لاَ یَسْجُدُ-اَوْ لاَ یُصَلِّی-اِلاَّ عَلَی اْلاَرْضِ

«Əbdüllah ibni Məs’ud torpaq tapmayınca namaz qılmır, yaxud səcdə etmirdi.»[8]
Əgər «yer» dedikdə məqsəd palaz, xalça olsaydı onu deməyə heç bir lüzum olmazdı. Deməli, yer dedikdə məqsəd elə torpaq, daş, çınqıldır.
Məsruq ibni Əcdə’nin (İbni Məs’udun şagird­lərin­dəndir) tərcümeyi-halında yazılır:
کَانَ لاَ یُرَخِّصُ فِی السُّجُودِ عَلَی غَیْرِ اْلاَرْضِ حَتَّی فِی السَّفِینَةِ وَ کَانَ یَحْمِلُ فِی السَّفِینَةِ شَیْئًا یَسْجُدُ عَلَیْهِ
«O, torpaqdan qeyri bir şeyin üzərinə səcdə etməyə ica­zə vermirdi. Hətta gəmiyə minən zaman, özü ilə bir (daş, torpaq və s.) şeyi aparır və onun üzərinə səcdə edir­di.»[9]

 


[1] «Səhihi Buxari», 1-ci cild, səh.93; «Sünəni Beyhəqi», 2-ci cild, səh.433. (Bu hədis çoxlu digər mənbələrdə də qeyd olunmuşdur).
[2] «Məcməuz-zəvaid», 2-ci cild, səh.126
[3] «Müsənnəf», İbni Əbi Şeybə, 1-ci cild, səh.397
[4] «Fəthül-Bari», 1-ci cild, səh.404
[5] «Müsnədi Əhməd», 6-cı cild, səh.331
[6] «Müsnədi Əhməd», 3-cü cild, səh.327, «Sünəni Beyhəqi», 1-ci cild, səh.439
[7] «Əs-sünənul-kubra», Beyhəqi, 2-ci cild, səh.106
[8] «Müsənnəf», bni Əbi Şeybə, 1-ci cild, səh.397
[9] «Təbəqatul-Kubra», İbni Sə’d, 6-cı cild, səh.53

 

 

3-Nəyin üzərinə səcdə etməliyik?5-Əli ibni Əbdüllah ibni Abbas, Rəzinə belə yazdı:
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma