Qəribə yozumlar

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
8.Dəstəmazda ayaqlara məsh çəkməkAyaqqabının üstünə məsh çəkmək!

Qur’anın göstərişlərini özlərinin dəlilsiz müha­ki­mə­ləri ilə uyğun olmadığını görən bir qrup, elə yozum­la­ra əl atmışdar ki, insanı təəccübə gətirir. O cümlədən:
1-Onlar deyirlər ki, bu ayənin hökmü Peyğəmbər (səlləllahu əleyhi və alih) sünnəsi və o həzrətdən nəql olunan hədislərin vasitəsilə nəsx olunmuşdur! İbni Həzm «Əl-əhkamu fi usulil-ehkam» kitabında yazır: «Sünnədə ayaqların yuyulması qeyd olunduğuna görə, məsh məsələsinin nəsx olunduğunu qəbul etməliyik.»
Halbuki, əvvəla: Bütün müfəssirlərin qəbul etdiyi ki­mi, «Maidə» surəsi Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih)-ə nazil olan axı­rıncı surədir və onun heç bir ayəsi nəsx olun­mamış­dır. İkincisi: Sonradan oxuyacağınız kimi, Peyğəm­bər (səlləllahu əleyhi və alih)-in dəstəmaz zamanı öz ayaqlarını yuma­sına dəlalət edən rəvayətlərin müqabilində çoxlu rəva­yət­lərdə o həzrətin ayaqlarına məsh çəkdiyi göstərilir.
Necə mümkün ola bilər ki, Qur’anın danılmaz bir qanunu, vəziyyəti belə olan rəvayətlərin vasitəsilə nəsx olsun?!
Bundan əlavə, «rəvayətlərin bir-birilə qarşı­laşma­sı» (buna təarüzür-rivayat deyilir) babında qeyd olunduğu kimi, hər vaxt rəvayətlər bir-birinə zidd olarsa, onları Qur’anla uyğunlaşdırmaq lazımdır: Qur’anın göstərişi ilə uyğun olan rəvayətləri qəbul, müxalif olanları isə rədd etmək lazımdır.
2-Bə’ziləri də, – Cəsasın «Əhkamul-Qur’an» kitabın­da­kı kimi – deyirlər ki, dəstəmaz ayəsi mücməldir, biz ehtiyata əməl edərək ayaqları yumalıyıq ki, həm yuyulma, həm də məsh hasil olsun.[1]
Halbuki, hamının bildiyi kimi, yumaq və məsh etmək bir-birinə zidd olan iki məfhumdur və yumaq heç vaxt məsh etməyə şamil deyil. Amma nə etmək olar?! Dəlilsiz mühakimələr Qur’anın zahirinə əməl etməyə icazə vermir.
3-Fəxr Razi deyir: «Hətta əgər ayəni kəsrə qiraətinə uyğun oxusaq (ərculikum kimi) belə, onda ruusikum kəlmə­sinə bağlanacaqdır. Bu halda ayaqların məsh edilməsinə dəlaləti aydın olsa da, yenə də məqsəd budur ki, ayaqları yuduğunuz zaman suyu tökməkdə israf etməyin.[2]
Halbuki, əgər Qur’an bu kimi şəxsi ictihad və rə’ylər əsa­sında təfsir edilməyə başlasa, onun zahirindən, əməl olun­maq üçün heç bir şey qalmayacaqdır. Əgər biz məshi, «su­yu tökməkdə israf etməmək» mə’nasına götürsək, onda Qur’­anın zahirlərinin hamısını başqa mə’naya yozmaq olar.
Aşkar göstəriş qarşısında ictihad, şəxsi rə’y əsasında təfsir
Çoxlu şahidlərə əsasən, aşkar buyuruq müqabilində ic­tihad etmək bizim zamanımızda məqbul sayılmayan bir iş olduğu qədər, İslamın əvvəllərində qeyri-məqbul olma­mış­dır. Başqa sözlə desək, hal-hazırda əziz Peyğəm­bə­rimiz (səlləllahu əleyhi və alih)-in sözləri və Qur’an ayələrini qeydsiz-şərt­siz qəbul və onların qarşısında mütləq itaət etmək o dövrdə belə yüksək səviyyədə olmamışdır. Misal üçün, Ömər
مُتْعَتَانِ مُحَلَّلَتانِ فِی زَمَنِ رَسُولِ اللهِ وَاَنَااُحَرِّمُهُمَا وَاُعاقِبُ عَلَیْهِمَا مُتْعَةُ الحَجِّ وَمُتْعَةُ النِّساءِ
«Peyğəmbərin dövründə iki müt’ə halal idi, mən onu qa­dağan edirəm və hər kəs müxalifət etsə, onu cəzalan­dı­racağam: Qadınların müt’əsi və həcc müt’əsi (özünün xü­susi formasında təməttö həcci).»[3] dediyi zaman çox az hal­larda eşitmək olardı ki, səhabələrdən bir kimsə ona irad tutmuş və «nəssin müqabilində ictihad caiz deyil­dir!» - demiş olsun, özü də bu qədər şiddət və qəlizliklə!
Halbuki, əgər müasir dövrdə islamın böyük fəqihləri və alimləri «filan əməl Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə halal idi, mən isə onu qadağan edirəm» - desə, hamı ona tə­əc­cüblənəcək, sözlərini dəyərsiz hesab edəcək və deyə­cək­lər ki, «Allahın halalını haram, haramını halal etməyə heç kəsin haqqı yoxdur!» Çünki hökmlərin nəsx olunması, yaxud nəss müqabilində ictihad edilməsinin heç kəs üçün mə’nası yoxdur.
Lakin islamın ilk dövrlərində belə deyildi; buna gö­rə də bə’zi hallarda fəqihlərdən bə’ziləri ilahi hökm­lər qarşısında müxalifət edirdilər. Ehtimal üzrə, ayaqlara məsh çəkilməsinin inkar və onun yuyulmaqla əvəz edilməsi də bu qəbildəndir.
Bə’ziləri belə fikirləşə bilər; yaxşı olar ki, əksər hallarda toz-torpağa aludə olan, çirklərə bulaşan ayaq­la­rı yuyaq, axı onun üzərinə məsh çəkməyin nə faydası var­dır?! Xüsusilə, o dövrdə bə’ziləri ayaqyalın gəzir, ayaqqa­bı geymirdilər. Qonağa ehtiramın bir nümunəsi də bu idi ki, qonaq gələn zaman su gətirib onun ayaqlarını yuyur­dular!
Bu sözü «Əl-minar» təfsirinin müəllifi dəstəmaz ayə­si­nin şərhində – ayağın yuyulmasına inananların söz­lə­ri­nin izahında demişdir. O deyir: «Yaş əlin, əksər hal­lar­da çirkli olan ayaqların üzərinə çəkilməsinin nəinki fay­dası yoxdur, üstəlik o, daha da çirkli olur, əl də çirk­lərə bulaşır.»
Sünnülərin məşhur fəqihi İbni Qüdamə (620-ci ildə vəfat edib) bə’zi alimlərdən belə nəql edir: «Ayaqlar daha çox çirkli olur, lakin baş belə deyildir; buna əsasən, yaxşı olar ki, ayaqlar yuyulsun, amma başa məsh çəkil­sin.»[4] Beləliklə də, özlərinin istihsan və ictihadlarını Qur’an ayələrinin zahiri mə’nalarından irəli keçirmiş və ayağa məshi boşlayaraq, ayəni xoşagəlməz tərzdə yoz­muş­lar! Lakin sanki unutmuşlar ki, dəstəmaz paklıq və iba­dət­dən tərkib tapmış bir əməldir. Başa, özü də bir bar­maq­la məsh çəkməyin – bə’ziləri buna fətva vermişlər – pak­lıq məsələsinə heç bir dəxli yoxdur. Ayaqlara məsh çəkilməsi də eynilə.
Həqiqətdə başa və ayağa məsh çəkilməsi bu məsələni xatırladır ki, dəstəmaz alan şəxs başdan-ayağa qədər (can­la-başla) Allahın fərmanına tabedir, əslində isə nə başa, nə də ayağa məsh çəkilməsi paklığa səbəb olmur.
Biz hər bir halda Allahın əmr və fərmanına tabe olur, özü­müzə, naqis əqllərimizlə ilahi göstərişləri dəyiş­dir­məyə haqq vermirik. Qur’an özünün Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə nazil olan son surəsində üzü və əlləri yuyub, başa və ayaq­la­ra məsh çəkməyi göstəriş verirsə, onda insanların qüsurlu, nöqsanlı əql qüvvəsi ilə müəyyən fəlsəfə və yozumlar düzəldərək o hökmlərlə müxalifət etmək, müxalifətlərini də izah etmək üçün Allahın kəlamı üçün yersiz təfsirlərə istinad etmək olmaz.
Bəli, Qur’anın şəxsi rə’y əsasında təfsiri və nəss müqabilində ictihad etmək iki böyük bəladır, təəssüflər olsun ki, bə’zi hallarda islamın idealoji məramını xətərə salmış, ona xələl yetirmişdir.


[1] «Əhkamül-Qur’an», 2-ci cild, səh.434
[2] «Təfsiri Kəbir», 1-ci cild, səh. 610
[3] Bu hədisin mənbələri «müvəqqəti nikah» bölməsində qeyd olundu.
[4] «Əl-muğni», İbni Qudamə, 1-ci cild, səh. 117.

 

 

8.Dəstəmazda ayaqlara məsh çəkməkAyaqqabının üstünə məsh çəkmək!
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma