İslamın düzgün e’tiqad prinsipləri ilə müxalif olmayan hər növ təvəssülün caizliyini göstərən ayələrin mütləq (qeydsiz) olmasından, təvəssülün nəinki icazə verilən, üstəlik bəyənilən bir şey olması da başa düşülür. Bundan əlavə, təvəssül barəsində təvatür, yaxud ona yaxın olan bir həddə nəql olunan çoxlu rəvayətlər də mövcuddur.
Bu rəvayətlərin çoxu həzrəti Peyğəmbər (səlləllahu əleyhi və alih)-in özünə təvəssül etməklə əlaqədardır ki, bə’zən təvəllüdündən əvvəl, bə’zən təvəllüdündən sonra və həyatında, bə’zən də vəfatından sonra baş vermişdir.
Əlbəttə, onların bir qismi də Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən başqa sair din rəhbərlərinə təvəssül etməyi göstərir.
Bunu da əlavə edək ki, onların bə’ziləri istək və dua, bə’ziləri Allah dərgahında şəfaət, bə’ziləri də Allahı Peyğəmbər (səlləllahu əleyhi və alih)-in məqamına and verməkdən ibarətdir. Bir sözlə, bu rəvayətlərdə təvəssülün bütün qismləri mövcuddur və vəhhabilərin, bəhanə axtaranların hamısına tutarlı cavab verir.
İndi bir neçə rəvayətə diqqət yetirin: