Avam camaatdan bə’ziləri (öz yanlış əməlləri ilə) müxaliflərin əlinə bəhanə verdiyinə görə, yaxşı olardı ki, böyük islam alimləri və mütəfəkkirləri bə’zi avam camaatın Peyğəmbərin, yaxud «Bəqi»də dəfn olunan imamların, yaxud sair mə’sum imamların, şəhidlərin, böyük din şəxsiyyətlərinin qəbirlərinə qarşı özlərindən göstərdiyi bə’zi ölçüsüz, yersiz hərəkətləri diqqət mərkəzində saxlayaraq ziyarətin, təvəssülün, təbərrükün və şəfaət istəməyin həqiqi məfhumunu onlara öyrətsinlər. Onlar bütün insanlara deməlidirlər ki, hər bir şey və hər bir iş yarnız Allahın icazəsi ilədir, O, bütün səbəbləri yaradan, hacətləri rəva qılan, qəm-qüssəni aradan qaldıran, ağır işlərdə insanlara kifayət edəndir; Peyğəmbərə və imamlara da təvəssül etdikdə, onlar Allahın izni ilə və Onun pak və münəzzəh zatından kömək almaqla müəyyən bir iş görür, yaxud Allah dərgahında şəfaət edir və Ondan ziyarətçinin hacətinin yerinə yetirilməsini istəyirlər.
Bə’zi avam camaatın bu müqəddəs qəbirlərin qarşısında səcdə etməsi, onlara, ilahiləşdirilməyə dəlalət edən sözlər deməsi, onların zərihinə müəyyən bir şeyi bağlaması və s. onlara layiq olmayan və problem yaradan işdir, həmçinin, bu qurucu olan işin (ziyarətin) çöhrəsini tamamilə tərsinə cilvələndirir, müəyyən şəxslərin əlinə bəhanə verir ki, camaatı ziyarətin xeyir-bərəkətindən məhrum etsinlər.