Təqiyyə budur ki, insan təəssübkeş və inadkar müxaliflərin qarşısında öz dini əqidəsini gizlətsin, çünki onun üçün təhlükə törədilə bilər. Misal üçün: Tövhidə inanan bir müsəlman inadkar və qansız bütpərəstlərin əlinə düşdüyü zaman öz abır-heysiyyətinə və namusuna dəyə biləcək zərərin qarşısını almaq üçün öz batini əqidəsini gizlədir.
Digər bir misal: şiə bir müsəlman səhranın ortasında şiənin qanını mübah hesab edən ifratçı bir vəhhabi ilə qarşılaşdıqda öz canını, malını və namusunu qorumaq üçün əqidəsini ondan gizlədir.
Hər bir ağıllı şəxs bu işin tamamilə məntiqli olmasını təsdiq edir, əql də onun düzlüyünə hökm edir. Çünki canı təəssübkeşlərin, inadkarların təəssübünə fəda etmək olmaz.