Zəkatın istifadə olunduğu yerlər

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
Dəvənin nisab həddiZəkatın müstəhəqləri


Məsələ 1641: Zəkat aşağıda qeyd edilən səkkiz yerin birində istifadə edilməlidir:
1-2 ― Fəqir və miskinlərə; Bunlar özlərinin, ailələrinin illik xərclərini tə’min edə bilməyən şəxslərdir. Fəqirlə miskinin fərqi, fəqirin heç kəsdən bir şey ummamasında, ehtiyaclı miskinin isə (bir şey) ummasındadır. Sənəti, mülkü, sərmayəsi və yaxud qazancı olan şəxslər məişətlərini tə’min edə bilmədiyi hallarda fəqir sayılırlar və məişət çatışmazlıqlarını zəkatdan götürə bilərlər.
 
3-İmam, yaxud onun naibi tərəfindən zəkatı yığmağa, saxlamağa, hesablamağa və yaxud onu İmam (əleyhis-salam)-a, naibinə və yaxud istifadə olunması üçün lazımi yerlərə çatdırmağa vəzifəli şəxs zəhmət çəkdiyi qədər zəkatdan istifadə edə bilər.
4-Zəkat almaqla (imanı) güclənən və ya İslam dininə marağı artan zəif imanlı şəxslərə;
5-Qulların alınıb və azad olunmasına;
6-Öz borcunu verə bilməyən borclu şəxslərə;
7-“Səbilillah”(Allah yolunda), yə’ni, ümumi dini faydası olan məscid, dini məktəblər, təbliğat mərkəzləri tikmək, (müxtəlif yerlərə dini) təbliğatçı göndərmək, faydalı dini kitablar nəşr etmək , qısası hər bir vasitə ilə İslama faydası olan işlər görmək, xüsusi ilə Allah yolunda cihad etmək;
8-İbnüs-səbil. Səfərdə yolda qalan ehtiyaclı şəxs ehtiyacını təmin edə bilən qədər zəkatdan istifadə edə bilər.


Məsələ 1642: Ehtiyat-vacibə əsasən, fəqir və yaxud miskin özünün və ailəsinin illik xərclərindən artıq zəkatdan götürə bilməz. Əgər çatışmazlığı varsa, yalnız çatışmazlığı qədər götürə bilər.


Məsələ 1643: Qazancı illik xərclərindən az olan sənətkar və yaxud fəhlə xərclərini ödəməyən hissəsini zəkatdan götürə bilər və iş alətləri, sərmayəsi və mülki ilə xərclərini təmin etməsi lazım deyil.


Məsələ 1644: Ehtiyaclı şəxs ehtiyac duyduğu minik vasitəsini, evi və qazanc üçün lazım olan sərmayəni zəkatla hazırlaya bilər. Bu hissədə gərək ehtiyacını ödəyən, şəxsiyyətini təmin edən miqdarla kifayətlənsin.


Məsələ 1645: Hansısa bir sənəti və yaxud başqa işləri öyrənməklə məişətini idarə etməyi bacara bilən şəxs zəkata ehtiyacı olmasın deyə mütləq (sənət) öyrənməlidir. Lakin, sənəti öyrənməyə məşğul olana qədər, zəkatdan istifadə edə bilər.


Məsələ 1646: Vacib elmləri öyrənənlər, qazilər, (şəriət) hədləri icraçıları və bu kimi şəxslər zəkatdan istifadə edə bilərlər.


Məsələ 1647: Zəkatı olan və fəqirə borc vermiş şəxs borcunu zəkat ünvanı ilə hesablaya bilər. Əgər fəqir borclu dünyasını dəyişsə belə borcunu zəkatdan hesablaya bilər. Əgər (borclu şəxs) borcu qədər özündən bir şey saxlayıbsa, vacib ehtiyata əsasən, onun borcunu zəkatla hesablamaq olmaz.


Məsələ 1648: Fəqirliyi mə’lum olmayan şəxsə zəkat vermək olmaz. Lakin, əgər zahiri görkəmindən fəqirliyi ehtimal olunsa, həmçinin, e’timadlı şəxslər fəqir olmasını xəbər versələr, ona zəkat vermək caizdir.


Məsələ 1649: Fəqirə - bu, zəkat malıdır- deyilməsi lazım deyil. Əksinə, zəkatı ona hədiyyə adı ilə vermək olar (yalan danışmamaq şərti ilə). Lakin, hər bir halda, zəkat qəsdi etməlidir.


Məsələ 1650: Əgər fəqir hesab edib, bir şəxsə zəkat verilsə və sonradan fəqir olmaması bilinsə və yaxud məsələni (şəriət hökmünü) bilmədiyindən fəqir olmayan şəxsə zəkat verilsə, əgər ona verdiyi (zəkat) qalmış olsa, geri alıb, müstəhəqqinə çatdıra bilər. Əgər aradan gedibsə, o şeyi alan şəxs onun zəkat olmasını bilib və yaxud ehtimal veribsə, onun əvəzini verməli və o da müstəhəqqə çatdırmalıdır. Əgər zəkat adı ilə verməyibsə, ondan heç nə ala bilməz. Hər bir halda, əgər müstəhəqq seçimində səhlənkarlıq etməyibsə, ikinci dəfə öz malından (zəkat) ödəməsi lazım deyil.


Məsələ 1651: Borcunu qaytara bilməyən, hətta illik xərcləri olan şəxs, borcunu qaytarmaq üçün zəkat ala bilər. Bu şərtlə ki, borcu günah işlərdə xərcləməyib.


Məsələ 1652: Pulu qurtaran, malları oğurlanan və yaxud nəqliyyatı xarab olan müsafirin səfəri günah yönlü deyilsə və məqsədinə çatmaq üçün borc ala və ya bir şeyi sata bilmirsə, vətənində fəqir olmamasından asılı olmayaraq, zəkat ala bilər. Vətənə çatdıqdan sonra zəkat adı ilə aldığı miqdarı qaytarması lazım deyil. Lakin, vətənə çatdıqdan sonra zəkatın artıq qalan miqdarını şəriət hakiminə qaytarmalı və onun zəkat olmasını deməlidir.
 
 
 

Dəvənin nisab həddiZəkatın müstəhəqləri
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma