Müzariənin hökmləri

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
Müzariənin şərtləriMusaqat


Məsələ 1889:
Əgər malik və yaxud əkinçi məhsulun müəyyən bir hissəsinin (məsələn, bir xarvar- 300 kq.) onun olmasını və qalan hissəsini iki nəfər arasında (öz aralarında) bölüşdürmələrini şərt etsə, eybi var.


Məsələ 1890: Əgər müzariənin müddəti sona yetsə və əkinçinin səhlənkarlığı üzündən məhsul ələ gəlməsə, torpaq sahibi əkinçini əkini biçməyə məcbur edə bilər; lakin, ilin təxirə düşməsinə görə olsa (rəsm olduğu kimi) malik səbr etməlidir. Əgər heç biri olmasa, əkini dərmək əkinçinin zərərinə səbəb olsa və malik bir zərər görməsə, yenə də səbr etməlidir. Amma zərər ona yönəldiyi halda əkinçini əkini dərməyə məcbur etməyə haqqı var.


Məsələ 1891: Əgər hansısa bir hadisə ilə bağlı torpaq sahəsində əkinçilik mümkün olmasa, məsələn, yeraltı su kanalları xarab olub, su kəsilsə, bu zaman, bir az ələ gələn əkin, hətta heyvanlara verməyə yararlı olan ot olsa belə, o miqdar, müqaviləyə əsasən, onların hər ikisinin malıdır, qalan hissəsində müzariə batildir.


Məsələ 1892:
Əgər əkinçi, torpaq onun ixtiyarında olduğu halda əkinçilik etməsə, gərək o müddətin icarəsini malikə versin. Əgər torpaqda bir qüsur meydana gəlibsə, ona da zamindir.


Məsələ 1893: Torpaq sahibi və əkinçi bir-birlərinin razılığı olmadan müzariəni poza bilməzlər. Lakin, müqavilə zamanı hər ikisi və yaxud onlardan biri üçün müqaviləni pozmaq hüququ müəyyən ediblərsə, müqaviləyə uyğun olaraq, müamiləni pozsun.


Məsələ 1894: Əgər müqavilədən sonra torpaq sahibi və yaxud əkinçi ölsə, müzariə pozulmur və varisləri onların yerlərinə gələcəklər. Lakin, əgər əkinçi ölsə, şəxsən özü əkinçilik etməsini şərt etsə, müzariə pozulur. Əgər əkin cücəribsə onun payını varislərinə verməlidirlər. Lakin, varis torpaq sahibini əkinin torpaqda qalmasına məcbur edə bilməz. Əgər onu dərmək onların zərərinə olarsa, istisnadır.


Məsələ 1895: Əgər əkinçilikdən sonra və məhsul sona yetməzdən qabaq müzariənin batil olmasını başa düşsə, toxum torpaq sahibinin olsa, əkin ona (torpaq sahibinə) məxsusdur və əkinçinin muzdunu rəsmə uyğun olaraq ödəməlidir. Əgər toxum əkinçinin olsa, əkin onundur və rəsmə uyğun olaraq icarə haqqını torpaq sahibinə verməlidir. Əgər müddətin sonuna qədər əkinin öz torpağında qalmasına razılıq verməsə, əkinçi onu biçməlidir. Lakin, bu iş onun zərərinə səbəb olsa, istisnadır. Həmçinin (əkinin) torpaqda qalması, malın icarə haqqını ödəməsi malik üçün zərər yaratmamalıdır.


Məsələ 1896: Əgər məhsul toplandıqdan, əkin müddəti bitəndən sonra əkinin kökü torpaqda qalıb, ikinci il yenidən məhsulnu verərsə və yer sahibi, əkinçi ondan üz döndərmədikləri halda, ikinci ilin məhsulu birinci ilə uyğun olaraq bölünməlidir.

 

Müzariənin şərtləriMusaqat
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma