Səcdənin hökmləri

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
7. Rüku və səcdənin zikrləri Səcdədə müstəhəb əməllər

 


Məsələ 947: Səcdə zamanı bədən səcdənin zikri deyilən həddə aram qalmalıdır. Hətta müstəhəb zikr zamanı da bu zikr səcdə üçün göstəriş verilmiş zikr məqsədi ilə deyilirsə, bədənin aram qalması lazımdır. Amma sırf zikr məqsədi ilə namazın istənilən bir yerində bədənin tərpənməsinin eybi yoxdur.


Məsələ 948: Bədən aramlaşmamış səcdənin zikrinə başlanılsa namaz batildir. Zikrin bir hissəsi bədən səcdədən qalxan zaman deyilərsə, səhvən olduqda eybi yoxdur. Başı səcdədən qaldırmamış bunu hiss edən şəxs zikri yenidən deməlidir.


Məsələ 949: Zikrə məşğul olmadığı vaxt alın istisna olmaqla o biri üzvləri yerdən qaldırmaq, yerini dəyişmək olar. Amma zikr zamanı buna icazə verilmir.


Məsələ 950: Birinci səcdədən sonra bədən aramlaşanadək oturmalı, sonra ikinci səcdəyə getməlidir.


Məsələ 951:
Vacib ehtiyata əsasən, namaz qılanın alnı dizlərini qoyduğu yerdən dörd bükülü barmaqdan artıq aşağı və ya yuxarı olmamalıdır. Alının da qoyulduğu yer dizlərin qoyulduğu yerdən dörd bağlı barmaqdan artıq yuxarı və ya aşağı olmamalıdır. Eləcə də, alının qoyulduğu yer ayaq barmaqların qoyulduğu yerdən bir o qədər fərqlənməməlidir. Bu halda yerin mailli olmasının fərqi yoxdur.


Məsələ 952: Əgər bilmədən alın elə bir yerə qoyularsa ki, dizlərin və ya ayaq barmaqların səviyyəsindən dörd bağlı barmaqdan çox fərqlənsin, bu fərq səbəbindən namaz qılanın səcdədə olmadığı söylənilərsə, başını qaldırmalı və dörd bağlı barmaqdan az fərqli yerə qoymalıdır. Amma əgər bu hal səcdə sayılsa, alını həmin yerdən fərqi az olan yerə çəkmək lazımdır. Alnı çəkmək mümkün olmadıqda ehtiyat budur ki, namazı bitirib yenidən qılsın.


Məsələ 953: Alın elə bir yerə qoyulmalıdır ki, həmin yerə səcdə etmək düzgün sayılsın. Bu barədə qarşıdakı Məsələlərdə danışılacaq. Əgər alınla səcdə yeri arasında saç və ya möhürün çirki kimi bir maneə yaransa, alın möhürün özünə çatmasa, səcdə batildir. Amma möhürün rənginin dəyişməsinin eybi yoxdur.


Məsələ 954: Əgər əllərinin içini yerə qoya bilməsə, onların arxasını yerə qoymalıdır. Əgər bu da mümkün olmasa dirsəklərini yerə qoya bilər. Bu da mümkün olmadıqda biləklər yerə qoyulur.


Məsələ 955: Vacib ehtiyata əsasən, səcdə zamanı ayaqların böyük barmaqlarının başı yerə qoyulmalıdır. O biri barmaqların qoyulması bəs etmir. Hətta dırnaq uzun olduğundan barmaq yerə dəyməsə bunun eybi var.


Məsələ 956:
Bir şəxsin baş barmağı kəsilmişsə, onun qalan hissəsini yerə qoymalıdır. Əgər bir şey qalmamışsa, o biri barmağını yerə qoya bilər. Əgər ayağında barmaq yoxsa ayağının qalan hissəsini yerə qoysun.


Məsələ 957: Əgər deyilməyən şəkildə səcdə etsə, məsələn yerə uzansa və bədənin yeddi üzvü yerə yapışmasa, səcdəsi batildir.


Məsələ 958: Əgər alında çiban və bu kimi başqa bir yara olsa, alnını möhürə qoya bilmədikdə alnının başqa bir tərəfini möhürə qoya bilər, ya da iki tərəfə möhür qoyub yaranı bu möhürlərin arasına sala bilər. bir şərtlə ki, bu hündürlük dörd bağlı barmaqdan çox olmasın. Əgər yara bütün alnı əhatə edərsə, alının iki kənar tərəfindən biri ilə səcdə etmək olar. Bu da mümkün olmasa çənəni möhürə qoymaq olar. Bu da mümkün olmadıqda üzün istənilən bir yerini möhürə qoymaq mümkündür. Üzün heç bir hissəsini möhürə qoymaq mümkün deyilsə, əyilmək bəs edər.


Məsələ 959: Alnını yerə qoya bilməyən şəxs bacardığı qədər əyilməli, möhür və ya səcdə ediləsi başqa bir şeyi hündür bir yerə qoymalıdır ki, alnı ona çatsın. Əllərinin içini, dizlərini və ayaq barmaqlarını adi halda yerə qoymalıdır. Əgər əyilə bilməsə başı ilə işarə verməlidir. Başı ilə də işarə verə bilməsə gözləri ilə işarə etməlidir. Səcdə niyyəti ilə göz yumulur, səcdədən qalxmaq niyyəti ilə göz açılır. Hər halda vacib ehtiyat budur ki, möhürü qaldırıb alnına qoysun. Bütün bunlar mümkün olmadıqda ehtiyat budur ki, qəlbində səcdə niyyət etsin.


Məsələ 960:
Əgər alın ixtiyarsız olaraq səcdə yerindən qalxsa və qayıtsa, bir səcdə hesab olunur. Səcdənin zikrini deyib-deməməsinin fərqi yoxdur. Amma ixtiyari olaraq başını qaldırsa, zikrdən öncə və bilərəkdən olsa, namazı batildir. Əks təqdirdə, eybi yoxdur.


Məsələ 961:
Təqiyyə (əqidəni gizlətmək) məqsədi ilə xalça və bu kimi şeylərə səcdə edə bilər. Möhürə səcdə məqsədi ilə başqa yerə getmək lazım deyil. Amma həmin yerdə daş və həsir kimi şeylərə səcdə etmək mümkün olsa bu iş vacibdir.


Məsələ 962: Əgər bir şeyin üzərində bədən aramlaşmırsa, həmin şeyə səcdə edilməsinə irad var. Amma öncə qeyd etdiyimiz kimi, gəmi və qatar kimi yerlərdə namazın vacib şərtlərini yerinə yetirmək mümkünsə, namaz düzgündür. Əgər bir şeyə (məsələn, balışa) səcdə etdikdə bədən əvvəlcə aramlaşmırsa, sonra aramlıq tapırsa, səcdə etmək olar.


Məsələ 963:
Əgər yer palçıq olarsa və səcdə zamanı bədən, libas bulaşarsa, ayaq üstə namaz qılmaq və səcdə üçün işarə etmək olar.

 
Məsələ 964: İkinci səcdədən sonra təşəhhüd vacib olmadıqda, yaxşı olar ki, bir qədər otursun, sonra növbəti rəkət üçün qalxsın.
Nələrə səcdə etmək olar?


Məsələ 965: Səcdə zamanı alın yerə və ya yerdən cücərən ağac, yarpaq kimi şeylərə qoyulmalıdır. Yeməli və geyməli şeylər yerdən cücərərsə belə onlara səcdə etmək olmaz. Eləcə də, qızıl və gümüş kimi metallara səcdə batildir. Amma mərmər, ağ və qara daş, hətta əqiqə səcdə etmək olar.


Məsələ 966: Vacib ehtiyat budur ki, qidada istifadə olunan üzüm yarpağına səcdə edilməsin.


Məsələ 967: Yerdən cücərən və heyvan yemi olan saman və ota səcdə etmək olar. Eləcə də insanın qidalanmadığı çiçəklərə də səcdə etmək olar. Amma bənövşə, maldili kimi qidada istifadə olunan gül və bitkilərə ehtiyata əsasən səcdə edilməməlidir. Bə’zi məntəqələrdə qida kimi istifadə olunan bitkilərə də səcdə etmək düzgün deyil.

 


Məsələ 968:
Əhəng və gəc daşına bişməzdən öncə, həm də bişəndən sonra səcdə etmək olar. Kərpicə, saxsıya, sementə də səcdə etmək olar.


Məsələ 969:
Pambıq və ya bu kimi səcdə ediləsi şeydən hazırlandığı mə’lum olan kağıza səcdə etmək olar. Hazırda əksər kağızlar ağacdan hazırlandığı üçün (ən azı nədən hazırlandığına şübhə var) onlara səcdə etmək olar.


Məsələ 970: Səcdə üçün ən üstün şey Həzrət Seyyidüş-şühədanın (İmam Hüseynin) türbətidir. Bu türbət şəhidləri yada salır.


Məsələ 971: Əgər insanın əlində səcdə ediləsi bir şey yoxsa və ya qızmar isti, sərt soyuq səbəbindən səcdə edə bilmirsə, kətan və ya pambıqdan olan libasına səcdə edə bilər. Əgər paltar yundandırsa bu paltara və ya xalçaya səcdə etsin. Bu da mümkün olmasa, metal və mə’dəndən çıxan şeylərə səcdə etsin. Bir şey tapmasa əlinin arxasına səcdə etsin; əlin arxası səcdə ediləsi son şeydir.


Məsələ 972: Əgər birinci səcdədə möhür alına yapışsa, ikinci səcdə üçün onu alından götürmək lazımdır. Həmin vəziyyətdə ikinci səcdəyə getsə buna irad var.


Məsələ 973: Əgər namaz əsnasında səcdə ediləsi şey əldən çıxsa, məsələn, uşaq onu götürsə, namazın vaxtı geniş olduqda onu başa vurub, ehtiyata əsasən onu yenidən qılmaq lazımdır. Vaxt dar olduqda, bu namazın qəzası yoxdur. Hər iki halda əvvəlki iki məsələdə deyilən göstərişə əməl etsin.


Məsələ 974: Səcdə halında başa düşsə ki, alnını səcdə edilməyəsi bir şeyə qoyub, namazın surətini pozmadıqda alnını səcdə ediləsi bir şeyin üzərinə çəksin. Yaxında bir şey olmasa və vaxt dar olsa, əvvəlki məsələdəki hökmə əməl olunur.


Məsələ 975: Əgər namazdan və səcdədən sonra başa düşsə ki, səcdə edilməyəsi bir şeyə səcdə edib, namazı düzgündür.


Məsələ 976:
Allahdan qeyrisi üçün səcdə etmək haramdır. Bə’zi avam insanlar imamların qəbri qarşısında səcdə qılırlar. Bu səcdələr imam üçün olsa haramdır, Allaha şükür üçün olsa eybi yoxdur. İmamların qəbri qarşısında səcdə edilməsi baxanlarda belə bir təsəvvür yaradırsa ki, həmin şəxs imama səcdə edir və bu iş düşmənlərin əlinə bəhanə edirsə, eybi var.

 

7. Rüku və səcdənin zikrləri Səcdədə müstəhəb əməllər
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma