Namaz qılınması üçün müstəhəb və ya məkruh olan yerlər

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
Beşinci şərt: Səcdə yerinin oturulan yerdən hündür olmamasıMəscidin hökmləri

 


Məsələ 816: Namazın məsciddə qılınması müstəhəbdir və bu məsələ xüsusi vurğulanır. Namaz üçün Məscidül-Həram, sonra Məscidün-Nəbi, sonra Kufə məscidi, sonra Beytül-Müqəddəs məscidi, sonra şəhərin Came məscidi, sonra isə məhəllə və bazar məscidi üstün sayılır.


Məsələ 817: Qadınların özlərini naməhrəmdən yetərincə qoruya biləcəyi halda onların məsciddə namaz qılması daha yaxşıdır. Əgər dini məsələləri öyrənmək üçün məscidə getməkdən savayı yol yoxsa, onların məscidə getməsi vacibdir.


Məsələ 818: İmamların hərəmində namaz qılmaq müstəhəbdir. Hətta hədisdə bildirilir ki, Əmirəl-mö’mininin (ə) pak hərəmində qılınan namaz iki yüz min namaza bərabərdir.


Məsələ 819: Namaz qılanı olmayan məscidə getmək müstəhəbdir. Məscidin qonşuları üzürsüz səbəbdən məsciddə namaz qılmağı tərk etməsinlər.


Məsələ 820: Yaxşı olar ki, insan məscidə e’tinasızlıq səbəbindən getməyənlərlə dostluq rabitəsi qurmasın. Onlarla bir süfrəyə əyləşməmək, hər hansı işdə məsləhətləşməmək, onlardan qız almamaq, onlara qız verməmək daha yaxşıdır.


Məsələ 821: Yaxşı olar ki, bir neçə yerdə namaz qılınmasın: Hamam, şoran torpaq, oturmuş və ya dayanmış insanın qarşısında, açıq qapının qarşısında, yollarda, get-gələ mane olacaq təqdirdə küçələrin kənarında. Əgər küçənin kənarında namaz qılınması insanlara əziyyət yaradarsa bu iş haramdır. Eləcə də od qarşısında, çıraq önündə, mətbəxdə, od kürəsi olan yerdə, quyu qarşısında, kanalizasiya axan quyu qabağında, ruhu olan əkslərlə üzbəüz namaz qılmamaq daha yaxşıdır. Amma bu əkslərin önündə pərdə olarsa eybi yoxdur. Namaz qılanla üz bəüz olmasa da əks olan yerdə, qəbirlərin önündə, qəbir üstündə, qəbristanlıqda, cənabətli şəxs olan otaqda namaz qılmamaq yaxşıdır.


Məsələ 822:
Əgər insanın namaz qıldığı yerdə onun qarşısında get-gəl olarsa, araya bir şey qoymaq müstəhəbdir. Araya əsa, təsbih, hətta bir ip qoymaq bəs edər.

 

Beşinci şərt: Səcdə yerinin oturulan yerdən hündür olmamasıMəscidin hökmləri
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma