Hansı hallarda namazı dayandırmaq olar

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
Namazda məkruh sayılan (bəyənilməyən) əməllərNamazda şəkk (“şəkkiyyat”)


Məsələ 1041: Ehtiyata əsasən, vacib namazı bilərəkdən kəsmək olmaz. Amma əhəmiyyətli maddi və ya həyati zərərin qarşısını almaq üçün namazı kəsməyin eybi yoxdur. Məsələn, namaz qılan şəxsin və ya başqa birinin həyatı üçün təhlükə yaranarsa və namazı kəsmədən təhlükəni uzaqlaşdırmaq mümkün olmazsa, namaz kəsilməlidir. Eləcə də, insan qorunmalı olan malını hifz etmək üçün namazı kəsə bilər. Amma əhəmiyyətsiz bir mal üçün namazı kəsmək məkruhdur, bəyənilmir.


Məsələ 1042:
Əgər namaza başlayandan sonra borclu öz borcunu tələb edərsə, namaz qıla-qıla, namazın surətini pozmadan borcu qaytarmaq mümkün olarsa, yaxşı olar ki, borc sahibinə verilsin. Amma namazı kəsmədən bu işi görmək mümkün olmasa, namaz bitənədək səbr etmək lazımdır. Xüsusi bir zərurət olmadıqda (məsələn, borc sahibinin yoldaşları onu incitmədikdə) borcu namaz həddində yubatmağın eybi yoxdur.


Məsələ 1043:
Əgər namaz əsnasında mə’lum olsa ki, məscid murdarlanıb və məscidin paklanması namazı kəsmədən mümkünsə, paklamaq lazımdır. Başqa hallarda namazı bitirdikdən sonra məscid paklanır. Ehtiyat budur ki, bu hallarda namaz uzadılmasın.


Məsələ 1044:
Namazı saxlamaq vacib olduqda onu davam etdirmək günahdır və namaz üçün eyib sayılır.


Məsələ 1045:
Əgər rükudan öncə mə’lum olarsa ki, azan və iqamə yaddan çıxıb, namazın vaxtı dar olmadıqda namazı kəsib, azan və iqaməni demək, yenidən namaza başlamaq lazımdır.


Namazda məkruh sayılan (bəyənilməyən) əməllərNamazda şəkk (“şəkkiyyat”)
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma