Fitrə zəkatı

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
Zəkatın müxtəlif məsələləriFitrə zəkatının istifadə olunduğu yerlər


Məsələ 1692:
Fitr bayramı gecəsinin qürubundan qabaq həddi-büluğa çatmış, aqil və imkanlı olan bütün şəxslərə zəkatın fitrəsi vacibdir. Yəni gərək özü və onun çörək yeyənləri (ailə üzvlərindən biri kimi) sayılan hər nəfər üçün, buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi o məntəqənin yemək növlərindən sayılan qidalardan bir sa’ (təqribən 3 kq.) müstəhəqqə verməlidir. Əgər bunlardan hər hansının pulunu versə, kifayatdir.


Məsələ 1693: İmkanlı şəxs dedikdə iş, alver yolu ilə özünün və ailəsinin illik xərclərini ödəyə bilənlər nəzərdə tutulur. Belə olmayan şəxs fəqirdir, ona fitrənin zəkatı vacib deyil və fitrə zəkatını ala bilər.


Məsələ 1694: İnsan fitr bayramı gecəsinin qürubundan qabaq- böyük-kiçik, müsəlman- kafir, xərcləri özünə vacib olan şəxslər- xərcləri özünə vacib olmayan şəxslər olmasından, onun yanında yaşayıb-yaşamamasından asılı olmayaraq- ailə üzvlərindən sayılanların fitrələrini verməlidir.


Məsələ 1695:
Başqa bir şəhərdə yaşayan ailə üzvlərindən bir şəxsi onun malından fitrəsini ödəməsi üçün vəkil etsə və onun bu işi görəcəyindən xatircəm olsa, kifayat edər.


Məsələ 1696: Qonaq ev sahibinin icazəsi ilə fitr bayramı gecəsinin qürbundan qabaq (evə) gəlib, onun çörək yeyəni sayılsa (yəni, bir müddət yanında qalmaq fikrində olsa) qonağın zəkatını vermək vacibdir. Lakin, yalnız bayram gecəsi üçün də’vət olunubsa, onun zəkatı ev sahibinə vacib deyil. Ev sahibinin razılığı olmadan (evə) gəlibsə, vacib ehtiyata əsasən, onun fitrəsini verməlidir. Onu, xərcini verməyə məcbur edən şəxsin hökmü də yuxarıdakı hökmlə eynidir.


Məsələ 1697: Əgər qürubdan qabaq uşaq həddi-büluğa çatsa, dəli ağıllansa, fəqir imkanlı olsa, gərək fitrənin zəkatını versin. Lakin, (yuxarıda qeyd edilən şərtlər) qürubdan sonra olsa, zəkatın fitrəsi lazım deyil. Amma, bayram gününün günortasından öncəyə qədər deyilən şərtlər olarsa, zəkat fitrəsinin verilməsi müstəhəbdir.


Məsələ 1698: Fəqir bir şəxsin yalnız 1 sa’ (təqribən 3 kq.) buğda və ona oxşar ərzağı olduğu halda, zəkat fitrəsini verməsi müstəhəbdir. Əgər ailəsinin də fitrəsini ödəmək istəsə, 1 sanı fitrə qəsdi ilə onların birinə və o da eyni məqsədlə onu ayrısına versin və (beləcə) sonuncu ailə üzvünə qədər (davam etsin). Sonradan onu özlərindən olmayan bir şəxsə vermələri yaxşıdır. Əgər onlardan biri kiçikdirsə (səğir), başçısı onun əvəzinə qəbul edib ayrı şəxsə versin.


Məsələ 1699:
Əgər fitr bayramı gecəsinin qürbundan sonra uşağı dünyaya gəlsə, yaxud bir şəxs onun çörək yeyəni olsa, onun fitrəsini verməsi vacib deyil, müstəhəbdir.


Məsələ 1700: Kiminsə çörək yeyəni olan bir şəxs qürubdan qabaq başqa birinin çörək yeyəni sayılsa, onun fitrə zəkatı ikinci şəxsin öhdəsindədir. Məsələn, qız qürubdan qabaq ər evinə köçərsə, zəkatını əri verməlidir.


Məsələ 1701:
Əgər insanın zəkat fitrəsi başqasına vacib olsa, onun özünə vacib deyil. Lakin, əgər ona vacib olan şəxs ödəməsə, vacib ehtiyata əsasən, bacarırsa özü versin.


Məsələ 1702: İnsanın zəkat fitrəsi başqasına vacib olduğu halda özü onu ödəsə, üzərindən götürülməz. Əgər qarşı tərəfin icazəsi ilə baş tutsa, istisnadır.


Məsələ 1703: Əgər əri tərəfindən xərcləri ödənilməyən qadın başqasının çörək yeyənidirsə, fitrəsi çörəyini yediyi şəxsin öhdəsindədir. Əgər qadın imkanlı olduğu üçün şəxsi malından xərcləyirsə, fitrəsini şəxsən özü verməlidir.


Məsələ 1704: Seyid olan şəxs qeyri-seyiddən zəkat ala bilməz.


Məsələ 1705: Ana və yaxud dayədən süd əmən körpənin fitrəsi, ana və yaxud dayənin xərclərini ödəyən şəxsin öhdəsindədir. Əgər körpənin şəxsi malından xərclərini götürürlərsə, onun fitrəsi nə özünə və nə də özgəsinə vacib deyil.


Məsələ 1706:
Əgər bir şəxs ailəsinin xərclərini haram maldan verirsə, onların fitrəsini halal maldan verməsi vacibdir.


Məsələ 1707: Əgər insan bir kəsi əcir edib, xərclərini verməsini (bir xidmətçi kimi) şərt etsə, onun fitrəsini verməlidir. Lakin verdiyi xərclər fəhlələrin əmək haqlarının bir hissəsi sayılarsa, onların fitrəsi iş sahibinə vacib deyil. Habelə, mehmanxana və ona oxşar yerlərdə çalışan fəhlələr adət üzrə yeməklərini orada yeyir və bu, həqiqətdə, onların məvaciblərindən sayıldığı üçü, işçilərin fitrəsi iş sahibinə deyil, özlərinə vacibdir.


Məsələ 1708: Hərbi hissə və döyüş meydanlarında olan əsgərlərin xərcləri dövlətin öhdəsindədir. Lakin, onların fitrəsi dövlətə vacib deyil. Əgər (deyilən) şərtlər onlarda varsa, öz zəkat fitrələrini şəxsən verməlidirlər.


Məsələ 1709: Əgər bir nəfər ayın son gününün qürbndan sonra dünyadan getsə, gərək onun və ailəsinin fitrəsini malından versinlər. Lakin, əgər qürubdan qabaq ölsə vacib deyil. Ailəsi vacib fitrənin şərtlərinə malik olduğu halda, özləri fitrə zəkatlarını ödəməlidirlər

Zəkatın müxtəlif məsələləriFitrə zəkatının istifadə olunduğu yerlər
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma