İstitaətin hökmləri

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
Həcc və onun şərtləriALQI-SATQI


Məsələ 1734:
Ehtiyacları şəxsi evi olmadan tə’min olunmayan bir kəsə evin puluna malik olduğu halda həcc vacib olur. Lakin, əgər icarə, vəqf edilmiş və buna oxşar evlərdə yaşaya bilirsə, istitaətli (həccə imkanlı) hesab olunur.


Məsələ 1735: Əgər bir qadının həccə getmək üçün malı varsa, lakin, qayıtdıqdan sonra nə əri və nə də özü məişətini təmin edə bilməyəcəksə, həcc ona vacib deyil.


Məsələ 1736: Əgər bir nəfərin həccə getməyə xərci olmasa, lakin ayrısı həccə getmək üçün ona müəyyən mal bağışlayır və yaxud ixtiyarında qoyur və bu müddətdə arvad-uşağının da xərclərini ödəyirsə, belə bir şəxsə həcc vacibdir. Borclu olduğu və qayıtdıqdan sonra da məişətini təmin etmək üçün kifayət qədər vəsaiti olmadığı halda belə, ona bu hədiyyəni qəbul etmək vacibdir. Əgər onda (bağışlanılan və yaxud ixtiyarında qoyulan malda) minnət, zərər, dözülməz çətinlik olsa, istisnadır. Bu həcc onun vacib həccinə kifayət edir.


Məsələ 1737: Həcc xərclərinə malik olan borclu şəxs, öz borcunu qaytardığı halda həccə getmək imkanı əldən verərsə, belə bir şəxs istitaətli deyil. Əgər borc aldığı şəxs tələsməsə və sonradan onun borcunu verməyə qadir olacağına əmin olsa, istisnadır.


Məsələ 1738:
Əgər bir şəxsi və yaxud karvanda qulluq etmək üçün bir nəfəri əcir etsələr və bu minvalla öz həccini yerinə yetirsə, bu, onun vacib həcci hesablanır. Lakin, belə bir həcci qəbul etmək vacib deyil.


Məsələ 1739:
Borc almaqla istitaətli ola bilən bir şəxsə həcc vacib deyil. Lakin, bir neçə nəfər bir şəxsin həcc və ailəsinin xərclərini verdiyi halda, ona həcc vacibdir.


Məsələ 1740: Həcc məsələlərini bilən şəxs, əvvəllər həcc yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, başqaları tərəfindən həcc əməllərini yerinə yetirmək üçün əcir ola bilər. Lakin, özü yerinə yetirə bilmədiyi halda onu (həccə məsələlərini yerinə yetirməyi ) özgəsinə tapşıra bilməz. Əgər pul sahibinin icazəsi ilə olsa, istisnadır.


Məsələ 1741: Meyyit tərəfindən həcc üçün bir şəxsi əcir etməklə bu əməl onun üzərindən götürülmür. Əgər xatircəm olsa ki o, həcci yerinə yetirmişdir, əda olar.


Məsələ 1742: Zəkat malı və yaxud imam payı alıb həcc (əməllərini) yerinə yetirmək caizdir. Bu həcc, vacib həcc hesab olunur.


Məsələ 1743: İzdivac etməyə ehtiyaclı olan şəxsin, (izdivac) xərcindən artıq həccə getmək üçün pulu yoxdursa, istitaətli hesab olunmur.


Məsələ 1744: Əgər bir nəfərə həcc vacib olduqdan sonra onu yerinə yetirməzsə və istitaəti əldən gedərsə, hər vasitiə ilə olursa olsun, həcci yerinə yetirməlidir. Hətta borc almaq, əcir olmaqla olsa belə.


Məsələ 1745: İstitaətli olan şəxs həcc yerinə yetirməsə və sonra fiziki sağlamlığını əldən verərsə, belə ki, şəxsən həcc əməllərini yerinə yetirə biləcəyindən ümidsiz olsa, gərək öz tərəfindən başqa birisini həccə göndərsin. Bir nəfərin maddi imkanı yaxşı olsa, lakin, qocalıq və yaxud xəstəlik üzündən gücü olmasa, ona həcc vacib deyil. Lakin, müstəhəb ehtiyata əsasən, əcir tutsun.


Məsələ 1746: Bir dəfə vacib həcc yerinə yetirən şəxsin ikinci dəfə həcc yerinə yetirməsi müstəhəbdir. Əgər hacıların həddindən artıq izdihamı ilk dəfə həccə gedən hacılar üçün sıxıntı yaradacaqsa, müstəhəb həcci müvəqqəti olaraq təxirə salmaları yaxşıdır. Həmçinin, növbə tutulan vaxt öz növbələrini ilk dəfə vacib həcc yerinə yetirələnlərə vermələri yaxşıdır.
Əgər Allah evinin bir il zəvvarsız qalması fərz edilsə, şəriət hakiminə bir dəstəni, hətta vacib həclərini yerinə yetirmiş olsalar belə, həcc (əməllərini) yerinə yetirmək üçün göndərməsi vacibdir.

 

Həcc və onun şərtləriALQI-SATQI
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma