9. Məstedici maye

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
8. Kafir və kafir hökmündə olanlar10. Piyvə


Məsələ 123: Şərab və insanı məst edən istənilən bir maye vacib ehtiyata əsasən, murdardır. Amma əsli maye olmayan tiryək, həşiş kimi məstedici narkotik maddələr pakdır. Onlar su qatılmaqla maye halına salınsa belə murdar sayılmaz. Amma bu kimi maddələrdən istifadə etmək haramdır.


Məsələ 124:
Məstedici mayedən alınması bilinməyən tibbi və texniki spirt pakdır. Tibbi və texniki spirtlə hazırlanmış adikolonlar, ətirlər və dərmanlar da pak sayılır.


Məsələ 125: İçilməsi mümkün olmayan, zəhərli spirtlər murdar deyil. Amma onu durulaşdırsalar, şərab və məstedici maye halına salsalar içilməsi haramdır və ehtiyata əsasən murdar sayılır.


Məsələ 126: Əgər üzüm suyu öz-özünə qaynasa (qaynama adətən şərab hazırlanması üçün müqəddimədir) murdar olur və onu içmək haramdır. Amma o və bu kimi başqa vasitə ilə qaynadılsa murdar sayılmaz, amma onu içmək haramdır. Xurma, mövücz, kişmiş suyu da vacib ehtiyata əsasən belədir.


Məsələ 127:
Əgər xurma, mövücz və kişmişi yeməklə birlikdə qaynadarlarsa, onu yeməyin eybi yoxdur.

 

8. Kafir və kafir hökmündə olanlar10. Piyvə
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma