Müamiləni poza bilmə hüquqlarının hökmləri

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
Müamiləni pozmağın mümkün olduğu yerlərAlqı -satqının müxtəlif məsələləri


Məsələ 1812: Əgər alıcı malın qiymətini bilməsə, yaxud səhvən (qafil olub) malı adi qiymətindən baha alsa, belə ki, çox baha aldıqda camaat onu məğbun (zərər çəkən) hesab etsə, müamiləni poza bilər. Bu hökm satıcı qiyməti bilməyib, məğbun olduğu halda da caridir.


Məsələ 1813: “Şərt-bey” müamiləsində, məsələn, 100, 000 tümənlik evi agah halda 50,000 tümənə satırlar və şərt edirlər ki, əgər satıcı müəyyən edilmiş vaxtda pulu verərsə, müamiləni poza bilər və həqiqətən, qarşı tərəflərin alqı-satqı məqsədləri olsa, müamilənin eybi yoxdur. Əgər təyin edilmiş vaxtda pulu verməsə, mal alıcının olacaq.


Məsələ 1814: Əgər saxtakarlıq edib ə’la növ çayı pis çayla qarışdırıb “ə’la növ çay” adı ilə satsa, müştəri müamiləni poza bilər.


Məsələ 1815: Əgər alıcı aldığı malın eyibli olduğunu bilsə, məsələn, aldığı parça və yaxud xalçanın sökük və yaxud çürük olduğunu bilsə, əgər eyib müamilədən qabaq həmin malda olub, o, bilməyibsə, müamiləni poza və yaxud da eyibsiz malla eyibli malın qiymətini müəyyən edib satıcıya verdiyi pula mütənasib olaraq pulu geri ala bilər. Məsələn, 100 tümənə aldığı malın eyibli olduğunu başa düşsə və bazarda onun sağlam və eyiblisinin fərqi dörddə biri qədərdisə, dördə birinin pulunu yəni, 25 tüməni satıcıdan ala bilər. Vacib ehtiyata əsasən, bu iş qarşı tərəfin razılığı ilə icra edilməldiir. Bu hökm, əvəzdə eyb olduğu halda da caridir.


Məsələ 1816: Əgər müamilədən sonra və mal təhvil alınmazdan öncə onda bir eyib tapılsa, müştəri müamiləni poza bilər. Həmçinin, o malın əvəzində, müamilədən sonra lakin, mal təhvil alınmazdan öncə malda bir eyib tapılsa, satıcı müamiləni poza bilər.


Məsələ 1817: Əgər müamilədən sonra malın eyibli olduğunu bilib, tez müamiləni pozmasa, ehtiyata əsasən, onun (müamiləni pozma) hüququ qüvvədən düşür. Lakin, fikirləşmək qədər təxirin olmasının maneəsi yoxdur və müamiləni pozan zaman satıcının hazır olması şərt sayılmır.


Məsələ 1818:
Bir neçə halda (mal) eyibli olsa müamiləni poza və yaxud qiymətin fərqini ala bilməz:
1-Alan zaman malın eyibli olmasını bilsə; 2-Sonradan razı olduğu halda; 3- Satıcı malı bütün eyibləri ilə yanaşı satıram desə. Lakin eyibi müəyyənləşdirib, bu eyiblə satıram, desə və sonradan başqa eyiblərin də olması məlum olsa, alıcı müamiləni poza bilər; 4- Alıcı malı alan zaman, “malın eyibi olsa, müamiləni pozmaz və qiymət fərqini almaram”, desə.


Məsələ 1819: Bir neçə halda alıcı malın eyibli olmasını bilsə müamiləni poza bilməz, lakin qiymət fərqini ala bilər:
1-Müamilədən sonra malda bəzi dəyişikliklər apardığı üçün camaat, “alınan mal olduğu kimi qalmayıb” desə; 2-Müamilədən sonra malın eyibli olduğunu bilsə, lakin müamilə hüququnu qüvvədən salmış olsa; 3-Malı təhvil alandan sonra başqa bir eyib onda tapılsa. Lakin, eyibli heyvan alıb, üç gün ötməzdən öncə başqa bir eyib tapsa, yenə də onu geri qaytara bilər. Həmçinin, əgər alıcı üçün yalnız müəyyən müddət daxilində müamiləni poza bilmə hüququ təyin edilsə və o müddətdə başqa bir eyib tapsa, onu təhvil almasına baxmayaraq, bu halda da müamiləni poza bilər.


Müamiləni pozmağın mümkün olduğu yerlərAlqı -satqının müxtəlif məsələləri
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma