İcarənin müxtəlif məsələləri

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
İcarənin şərtləriMüzarİə


Məsələ 1862:
Əgər icarənin nə vaxtdan başlamasını müəyyən etməsələr, onun başlanğıcı siğə oxunduqdan və yaxud təhvil alındıqdan sonradır.


Məsələ 1863:
Əgər bir evi və yaxud mülkü, məsələn, bir illik icarəyə versələr və onun başlanğıcını siğə oxunduqdan bir ay sonra müəyyən etsələr, siğə oxunduğu zaman o ev başqasının icarəsində olmasına baxmayaraq, icarə düzgündür.


Məsələ 1864: Əgər icarə edən evi bir aylıq min tumənə sənə icarəyə verirəm və hər nə qədər çox qalsan, həmin qiymətədir, desə, yalnız ilk ayda icarə düzgündür. Çünki, başqa (ayları) müəyyən etməyibdir. Əgər ilk ayı da müəyyən etməyibsə və yalnız hər ay min tuməndir, desə, icarə təmamilə batildir.


Məsələ 1865:
İnsanın orada nə qədər qalması mə’lum olmayan mehmanxana və hotellərdə bir gecə üçün 100 tumən verilməsinə qərara gəlsələr və (buna) hər iki tərəf razılaşsa, eybi yoxdur. Lakin, icarə müddətini müəyyən etmədiklərinə görə icarə düzgün deyil. Bu baxımdan, onun sahibinin razılığı olana qədər (orada) qala bilər, əks halda (orada qalmaq) hüququ yoxdur. Amma, qaldığı gecələrin sayını əvvəlcədən müəyyən etsələr, müddətin sonuna qədər (orada) qalmaq hüququ var.


Məsələ 1866: Əgər torpağı buğda və arpa əkmək üçün icarə versə və icarə malını (da) həmin torpağın buğda və arpasından qərar versə, icarə düzgün deyil, həmçinin, torpağın digər məhsullarının qarşısında.


Məsələ 1867:
Bir şəxsin icarə verdiyi şeyi təhvil verməzdən öncə icarə malını tələb etmək hüququ yoxdur. Həmçinin, əgər bir iş görmək üçün əcir olubsa, işi görməzdən öncə öz əcir olmağının haqqını tələb etmək hüququ yoxdur.


Məsələ 1868: Əcir olmuş fəhlənin muzdunu təri qurumazdan öncə vermək müstəhəbdir. Əgər fəhlənin buna meyli olmasa, məsələn, muzdunu hər ayda almaq istəsə, istisnadır.


Məsələ 1869: Əgər icarə verdiyi şeyi icarə edən təhvil versə, amma o, təhvil almasa və yaxud təhvil alıb, ondan istifadə etməsə, icarənin malını ödəməlidir.


Məsələ 1870:
Əgər bir şəxs, müəyyən bir gündə hansısa bir işi görmək üçün əcir olsa və təyin edilmiş gündə işi görmək üçün hazır olsa, lakin iş sahibi onu işlətməsə, onun muzdunu verməlidir. Məsələn, əgər bir bənnanı müəyyən gündə bina tikmək üçün əcir etsə və bənna həmin gündə işləməyə hazır olsa, lakin iş sahibi boyun qaçırsa və bənna o gündə işsiz qalsa, onun muzdunu verməlidir. Lakin özü və yaxud da başqası üçün iş görsə, ehtiyata əsaəsn, yalnız (qiymət) fərqini birinci iş sahibindən (ikinci muzd az olan halda) ala bilər.


Məsələ 1871: Əgər icarə müddəti tamam olandan sonra və yaxud icarə əsnasında icarənin batil olmasını anlasa, icarə edən gərək icarə malını adi dəyər (qiymət) miqdarında (müqavilənin qiymətindən az və yaxud çox olmasından asılı olmayaraq) mülk sahibinə versin. Əgər adi dəyər bir ayda min tuməndirsə, o, beş yez tümənə və yaxud iki min tumənə icarə edibsə, gərək həmin min tuməni versin.


Məsələ 1872: İcarə etdiyi şey tələf və yaxud eyibli olsa, əgər onu qorumaqda səhlənkarlıq etməyib və onun istifadəsində ifrata varmayıbsa, zamin deyil. Məsələn, dərziyə verdiyi parçanı oğru aparsa və yaxud yanğın zamanında tələf olsa, onu qorumaqda səhlənkərlıq etmdəyi halda məs’uliyyət daşımır. Lakin, səhv və yaxud da başqa səbəblər üzündən onu öz əli ilə korlasa və yaxud eyibli etsə, zamindir. Əgər eyib malın özündən olsa, istisnadır. Məsələn, parça elədir ki, ütü vurmaqla xarab olur, bu halda (dərzi) zamin deyil.


Məsələ 1873: Əgər qəssab bir heyvanın başını kəsib, (pullu və pulsuz kəsməsindən asılı olmayaraq,) onu haram etsə, heyvanın qiymətini sahibinə ödəməlidir və bir muzd da tələbkar deyil.


Məsələ 1874: Əgər bir şəxs heyvanı sına biləcək malı aparmaq üçün icarəyə versə, o heyvan titrəyib və yaxud hürküb yükü sındırsa, heyvanın sahibi zamin deyil. Lakin, əgər vurmaq və ona oxşar şeylərin vasitəsi ilə və yaxud xatircəm yollarla heyvanı aparmaqda səhlənkarlıq etsə, heyvan yerə yıxılıb, yük sınsa, zamindir. Habelə, avtomobillərin aşması nəticəsində malların tələf olması da yuxarıda qeyd edilən hökmlə eynidir. Əgər onun qanuna riayət etməməsi və yaxud səhlənkarlığı malın tələf olmasına səbəb olsa, zamindir. Amma saz avtomobilin hansısa səbəbdən bir hissəsi sınıb aşsa, mal tələf olsa, zamin deyil.


Məsələ 1875:
Əgər həkim xəstə üzərində əməliyyat apardıqda, uşağı sünnət etdikdə səhlənkarlıq üzündən xəstəyə, uşağa bir zərər yetirsə və yaxud onların ölümünə səbəb olsa, habelə, səhv edib, hansısa ziyana səbəb olsa, zamindir. Lakin, səhlənkarlıq və səhv deyil, başqa səbəblər nəticəsində, xəstə eyibli olsa, yaxud ölsə, bir şərtlə ki, əgər uşağı onun sahibinin icazəsi ilə müayinə edibsə, zamin deyil.


Məsələ 1876:
Əgər həkim xəstə üçün bir dərman nüsxəsi yazsa, ona göstəriş versə, şəxsən dərmanı ona yedirtsə və yaxud iynə vursa, müalicəsi səhv olduğundan xəstəyə zərər yetişsə və yaxud ölsə, zamindir.


Məsələ 1877:
Etdiyi səhv və xətalar qarşısında zamin olmaq istəməyən həkim və ya cərrah xəstəyə və yaxud onun qəyyumuna- əgər hansısa diqqətsizlik üzündən xəstəyə bir zərər yetişsə zamin deyil, desə, onlar qəbul etdikləri halda lazımi diqqət və ehtiyat etməsi ilə yanaşı xəstəyə zərər yetişsə və yaxud ölsə, həkim və yaxud cərrah zamin deyil.


Məsələ 1878: İcarə edən və malik bir-birlərinin razılığı ilə icarəni poza bilərlər. Habelə, icarədə fəsx hüququ onlardan biri və yaxud hər ikisi üçün nəzərdə tutulubsa, ona uyğun olaraq icarəni poza bilərlər.


Məsələ 1879: Əgər icarə verən və yaxud icarə edən aldandığını bilsə, əvvəlcədən qiymətdən xəbəri olmadığı halda icarəni poza bilər. Lakin icarədə, əgər zərərə düçar olsam belə, müqaviləni pozmaq hüququm yoxdur, deyə şərt etsə, icarəni poza bilməz.


Məsələ 1880: Əgər nəyisə bir şəxsə icarəyə versələr, icarə edənə təhvil verməzdən öncə başqası onu qəsb etsə, icarə edənin icarəni pozmaq hüququ var. Habelə səbr edib, qəsb edən şəxsin istifadəsində olan müddətdən icarəsini adi qaydada ondan ala bilər. Amma təhvil aldıqdan sonra başqası onu qəsb etsə, icarəni poza bilməz.


Məsələ 1881:
Əgər icarə müddəti bitməzdən öncə mülkü icarə edənə satsa, icarə pozulmur və icarə edən icarə haqqını ödəməlidir. Habelə, əgər başqasına satsa, yenə də icarə qüvvəsində qalır.
Məsələ 1882: Əgər icarə müddəti başlamazdan öncə mülk istifadə olunmaz halda xarab olsa və yaxud müqaviləyə uyğun istifadə edilməsi mümkün olmasa, icarə batil olur və icarə edənin mülk sahibinə verdiyi pul ona qaytarılır. Lakin, istifadə edilməsindən bir müddət keçdikdən sonra xarab olsa, icarənin qalan müddəti batil olur.


Məsələ 1883:
Əgər, məsələn, iki otaqlı evi icarəyə verdikdən sonra onun bir otağı xarab olsa və onu tez təmir edib, istifadə üçün yararlı hala gətirsə, icarə batil olmur və icarə edənin də müqaviləni pozmaq hüququ yoxdur. Lakin təmir işləri uzansa və icarə edənin istifadə etməsi üçün (otaq) bir müdət yararlı olmasa, o otağa nisbətdə icarə batil olur və qalanında da müqaviləni pozmaq hüququ var.


Məsələ 1884:
İcarə mülk sahibi və yaxud icarə edənin ölümü ilə batil olmur və o hüquq (icarə) müddətin sonuna qədər onların varisləri üçün qüvvəsində qalır. Əgər başqasını yox, yalnız icarə edənin ondan istifadə etməsini şərt etsələr, mülk sahibinin icarənin qalan müddətini pozmaq hüququ var.


Məsələ 1885: Əgər iş sahibi bənnanı onu tikinti işləri üçün fəhlə gətirməyə vəkil etsə və fəhlələrə verdiyi muzddan artıq, iş sahibindən pul alsa, haramdır. Lakin, binanı müəyyən məbləğ daxilində sona yetirməsini qəbul etsə və xərclədiklərindən artıq olsa, eybi yoxdur. Amma ehtiyata əsasən, özü bənnalıq, ona (bənnalığa) nəzarət və yaxud avadanlıqların alınması kimi bir iş görməməlidir.


Məsələ 1886: Əgər rəngsaz parçanı, müəyyən şəkildə rəngləməyi şərt etsə və başqa cür rəngləsə, muzd almaq hüququ yoxdur. Əksinə, parçanın xarab olmasına və yaxud keyfiyyətinin aşağı düşməsinə səbəb olubsa, zamindir. Bu məsələ (hökm) dərzi, pinəçi və s. haqqında da qüvvəsində qalır.

İcarənin şərtləriMüzarİə
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma