“Cəbirə” dəstəmazın hökmləri

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
Dəstəmazın hökmləri Vacib qüsüllər

 


Yaralı və ya sınmış üzvün bağlandığı, eləcə də, onların üzərinə qoyulmuş dərman “cəbirə” adlanır.


Məsələ 345: Dəstəmaz üzvlərindən birində yara, irinli-qanlı çiban və ya sınıqlıq olarsa, onların üzəri açıq olduqda, qanlı olmadıqda və su zərər vermədikdə, adi qaydada dəstəmaz almaq lazımdır.


Məsələ 346: Əgər yara, çiban və ya sınıq əllərin üzərindədirsə və su zərərli deyilsə, onların ətrafını yumaq bəs edər. Amma rütubətli əli onların üzərinə çəkmək zərər yetirmədikdə bu işi görmək lazımdır. Su zərərli olduqda onların üzərinə parça qoyub rütubətli əli parçanın üzərindən çəkmək müstəhəbdir.


Məsələ 347: Əgər yara, çiban və ya sınıq məsh yerində olarsa və məsh çəkmək mümkün olmazsa, onların üzərinə pak bir parça qoyub parçanın üzərindən rütubətli əllə məsh çəkmək lazımdır. Vacib ehtiyata əsasən, təyəmmüm də edilməlidir. Əgər onların üzərinə parça qoymaq mümkün olmazsa məshsiz dəstəmaz almaq və vacib ehtiyata əsasən, təyəmmüm etmək lazımdır.


Məsələ 348: Əgər yara, çiban və ya sınıq parça və ya bu kimi şeylə örtülü olarsa, onu açmaq məşəqqət yaratmazsa və su zərər verməzsə, onu açıb dəstəmaz almaq lazımdır. Başqa hallarda onların ətrafını yumaq, müstəhəb ehtiyata əsasən, cəbirə üzərindən məsh çəkmək lazımdır. Əgər cəbirə murdarlanmışsa və ya onun üzərindən əl çəkmək mümkün deyilsə, pak bir parça qoyub rütubətli əli onun üzərindən çəkmək lazımdır.


Məsələ 349: Əgər cəbirə bütün üzv və ya qollardan birini bütünlüklə örtmüşsə, ehtiyata əsasən həm cəbirə dəstəmazı almaq, həm də təyəmmüm etmək lazımdır. Cəbirə bütün dəstəmaz üzvlərini örtdükdə də belə edilir.


Məsələ 350: Əlinin içində və barmaqlarında cəbirə olan, dəstəmazda nəm əlini onun üzərinə çəkən şəxs başına və ayaqlarına həmin rütubətlə məsh çəkə bilər. Əgər rütubət bəs etməzsə başqa dəstəmaz üzvlərindən rütubət götürmək olar.


Məsələ 351: Əgər cəbirə yaranın ətrafını adi həddən artıq örtərsə və onu götürmək mümkün olmazsa, cəbirə göstərişinə əməl edilməlidir. Müstəhəb ehtiyata əsasən, təyəmmüm də edilməlidir. Artıq cəbirəni götürmək mümkün olduqda onu götürmək lazımdır.


Məsələ 352:
Dəstəmaz üzvlərində yara, çiban, sınıq olmazsa, amma başqa bir səbəbdən su zərər verərsə, təyəmmüm etmək lazımdır. Amma üz və qolların bir hissəsinə zərərli olduqda zərərli olmayan hissəni yumaq bəs edər. Ehtiyata əsasən təyəmmüm edilməlidir.


Məsələ 353: Əgər dəstəmaz və qüsl üzvlərinə bir şey yapışarsa və onu qoparmaq mümkün olmazsa, cəbirə göstərişinə əməl edilməlidir. Yə’ni həmin şeyin ətrafı yuyulmalı və üzərinə əl çəkilməlidir.


Məsələ 354:
Cəbirə qüslü də cəbirə dəstəmazı kimidir. Amma qüslü vacib ehtiyata əsasən, imkan həddində ardıcıllıqla yerinə yetirmək lazımdır.


Məsələ 355: Vəzifəsi təyəmmüm olan şəxs təyəmmüm üzvlərində yara, çiban və ya sınıq olduqda, cəbirə dəstəmaz göstərişləri əsasında cəbirə təyəmmümü etməlidir.


Məsələ 356: Vəzifəsi cəbirə dəstəmaz və ya qüslü olan şəxs vaxt başa çatanadək üzrünün aradan qalxmayacağını bildikdə ilk vaxtda namaz qıla bilər. Amma namazın son vaxtınadək üzrünün aradan qalxacağına ümid edirsə vacib ehtiyata əsasən, gözləməlidir.


Məsələ 357: Göz ağrısı səbəbindən üzü yumaq zərərli olarsa, təyəmmüm etmək lazımdır. İmkan olduqda gözün ətrafını, üzün qalan hissəsini yumaq bəs edər.


Məsələ 358: Cəbirə dəstəmaz və ya qüsüllə yerinə yetirilmiş namazlar təzələnmir. Amma namazın vaxtı başa çatmamış üzr aradan qalxarsa, vacib ehtiyata əsasən, namazı yenidən qılmaq lazımdır.

 

Dəstəmazın hökmləri Vacib qüsüllər
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma