Mal və onun əvəzinin şərtləri

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
Alıcı və satıcının şərtləriMüamilə siğəsi


Məsələ 1782: Satılan mal və onun əvəzinə alınan şeyin bir neçə şərti var: 1-Malın miqdarı çəki, peymanə və yaxud say hesabı ilə mə’lum olmalıdır; 2-Onu təhvil verməyə qadir olmalıdır. Bu baxımdan, hətta ona bir şey artırılsa belə (vacib ehtiyata əsasən), fərari heyvanın satılması düzgün deyil; 3-Cinsin dəyəri və camaatın müamiləyə maraq göstərməsində tə’siri olan xüsusiyyətlər müəyyən edilməlidir; 4-Malda və yaxud onun əvəzində başqa bir şəxsin haqqı olmasın. Bu baxımdan, bir nəfərin yanında girov qoyulan malı onun icazəsi olmadan satmaq olmaz. Həmçinin, alıcı pulun yerinə mülkünün mənfəətini verə bilər. Məsələn, bir nəfərdən xalça alıb, əvəzində evinin bir illik mənfəətini onun öhdəsində qoya bilər. Alıcı və satıcı malın qiymətini tə’yin etməkdə azaddır. Lakin, bu azadlıq bəzi vaxtlarda fəsada, İslam cəmiyyətinin iqtisadi durumunun pozulmasına səbəb olsa, belə hallarda şəriət hakimi mala qiymət tə’yin edib hamını ona əməl etməyə məcbur edə bilər.


Məsələ 1783:
Müamiləsi görməklə baş tutan malların, məsələn, ev, avtomobil, müxtəlif xalçalar kimi, müşahidəsiz müamiləsi düzgün deyil.


Məsələ 1784: Əgər bir şəhərdə malı çəki, peymanə və başqa bir şəhərdə isə saymaq, yaxud müşahidə ilə müamilə edirlərsə, gərək hər şəhərin adət-ən’ənəsinə uyğun rəftar edilsin.


Məsələ 1785: Yuxarıda qeyd edilən şərtlərdən biri olmadıqda müamilə batildir. Lakin, alıcı və satıcı, müamilənin batil olmasına rəğmən, bir-birlərinin mallarında istifadə etməyə razı olsalar, maneəsi yoxdur.


Məsələ 1786: Vəqf edilmiş malların müamiləsi batildir. Lakin, xarab olması ilə əlaqədar vəqf edilən məqsəd üçün yararsız olsa, məsələn, məscidin xalçası söküldüyündən ondan məsciddə namaz üçün istifadə edə bilmirlərsə, onun satılmasının eybi yoxdur. Həmçinin, təmir və yenidənqurma zamanı artıq qalan köhnə avadanlıqların (hökmü yuxarıda qeyd edilənlərlə eynidir). Lakin, gərək satdıqdan sonra onun pulunu həmin məsciddə eyni məqsəd üçün istifadəyə çatdırsınlar. Əgər mümkün olmasa, vəqf edən şəxsin məqsədinə (yaxın olan şeylərə sərf etsinlər). Əgər (buna) ehtiyac olmasa, başqa bir məsciddə istifadə etsinlər.


Məsələ 1787: Xüsusi vəqflərdə, onlar üçün vəqf edilmiş malda bə’zi şəxslər arasında elə ixtilaf yaransa ki, malı satmadıqda fəsadın üzə çıxması, qan tökülməsi və yaxud hansısa malın tələf olması qorxusu olsa, bu halda o malı sata və vəqf edənin məqsədinə yaxın olan yerlərdə sərf edə bilərlər.


Məsələ 1788: Malın sahibi ayrısına icarə verdiyi evi sata bilər və onun icarəsi batil olmur. İcarə müddətində o mülkdən istifadə etmək icarə edən şəxsin hüququdur. Lakin, alıcı o mülkün icarəyə verilməsini bilməsə və yaxud icarə müddətinin az olmasını güman etsə, xəbərdar olandan sonra müamiləni poza

Alıcı və satıcının şərtləriMüamilə siğəsi
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma