Təlağın müxtəlif məsələləri

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
Mübarat təlağıQƏSB


Məsələ 2169: Əgər bir kişi bir qadının öz arvadı olduğunu güman edib naməhrəm qadınla cinsi yaxınlıq etsə, onun əri olduğunu bilib-bilməməsindən asılı olmayaraq, həmin qadın iddə saxlamalıdır (təlaq iddəsi qədər). Əgər kişi o qadının öz arvadı olmamasını və qadınsa onu öz əri bilirsə, bu halda da vacib ehtiyata əsasən, iddə saxlamalıdır.


Məsələ 2170:
Əgər bir kişi bir qadını öz ərindən təlaq alıb, onun arvadı olması üçün aldatsa, o qadına verilən təlaq və əqd düzgündür. Lakin, hər ikisi böyük günah iş görmüşdür.


Məsələ 2171: Əgər qadın nikah əsnasında ərin, məsələn, (uzunmüddətli) səfərə getdiyi, narkotik maddələrə qurşanıb narkoman olduğu, yaxud onun xərcini vermədiyi halda təlağın ixtiyarı onun əlində olmasını şərt etsə, bu şərt batildir. Lakin, o, əri tərəfindən vəkil olub, hər vaxt bu işləri yerinə yetirsə, özünə təlaq verməsini şərt etsə, bu vəkalət düzgündür və belə bir halda özünə təlaq vermək hüququ var.


Məsələ 2172: Ərindən heç bir xəbər olmayan qadın ərinin ölüb-ölməmədiyini bilmədiyi halda təlaq alıb ərə getmək istəsə, adil müctəhidin yanına getməli və şəriətdə qeyd edilən xüsusi hökmlərə uyğun əməl etməlidir.


Məsələ 2173:
Dəlinin atası və yaxud atasının atası, onun arvadına məsləhət olduğu halda təlaq verə bilərlər. Azyaşlı uşağın vəlisi (hansı ki, onun üçün daimi arvad əqd etmişdir) vacib ehtiyata əsasən, ona təlaq verə bilməz. Amma onun üçün müvəqqəti arvad əqd ediblərsə məsləhət olduğu halda müddətin qalan hissəsini bağışlaya bilərlər.


Məsələ 2174: Əgər bir şəxs iki nəfəri adil bilib arvadına onların yanında təlaq versə və başqaları onları adil bilmirlərsə, vacib ehtiyata əsasən, o arvadı özünə və yaxud başqasına əqd etməməlidir. Lakin, onların ədalətli olmasında şəkk etsə, maneəsi yoxdur.

Mübarat təlağıQƏSB
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma