İrslə bağlı müxtəlif məsələlər

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
Zövcə və ərin irsi Difanın (müdafiənin) hökmləri


Məsələ 2406:
Kişi dünyasını dəyişdikdə onun Qur’anı, üzüyü, qılıncı, libası (geydiyi və ya geymək üçün hazır saxladığı libas) böyük oğulun malıdır. Əgər meyit sadalanan şeylərdən ikisinə malik olmuşsa (məsələn, iki üzük) onların hər birindən istifadə etdiyi halda hamısı böyük oğula çatır.


Məsələ 2407:
Meyitin borcu olsa və bu borc mal qədərində və ya maldan artıq həddə çatsa, yuxarıda adı çəkilən dörd şey böyük oğula verilmir, satılıb borcların ödənməsinə xərclənilir. Amma mal borcdan çox olarsa və borcu ödədikdən sonra vərəsələr üçün kifayət qədər mal qalarsa, həmin dörd şey böyük oğula çatır.


Məsələ 2408:
Müsəlman kafirdən irs götürür, kafir meyitin atası və ya oğlu olsa da, müsəlmandan irs götürmür.


Məsələ 2409:
Bir şəxs öz yaxın qohumlarından birini bilərəkdən və ya bilmədən öldürsə, ondan irs payı almır. Amma bilmədən öldürərsə, irs götürər. Məsələn, havaya atdığı vaxt təsadüfən həmin şəxsə dəyib öldürərsə, meyitdən irs payı çatır. Bu halda ehtiyata əsasən qətlin diyəsindən həmin şəxsə pay düşmür.


Məsələ 2410:
Əgər meyitdən ana bətnində övlad qalarsa, eyni vaxtda övlad, ata və ana kimi varislər olarsa, irs bölərkən bətndəki körpə üçün iki oğlan övladının payı ayrılmalıdır. Dünyaya diri gəlsə irs ona çatdırılır. Bir oğlan və ya bir qız doğulsa, artıq qalan pay vərəsələr arasında bölünür. Əgər onunla birlikdə başqa varis olmazsa, sağ-salamat doğulduqda bütün mal ona çatır. Əks təqdirdə irs varislər arasında bölünür.

Zövcə və ərin irsi Difanın (müdafiənin) hökmləri
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma